DURSUNXAN
DUYĞUN
OBASTAN VİKİ
Duyğu
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Duyğu sinirləri
Duyğu sinirləri — Sensor sinir və ya afferent sinir, əsasən somatik afferent sinir liflərini ehtiva edən sinir üçün ümumi anatomik termindir. Duyğu sinirlərində olan afferent sinir lifləri periferik sinir sistemindəki həssas neyronlardakı müxtəlif hiss reseptorlarından mərkəzi sinir sisteminə (MSS) sensor məlumat ötürür. Hərəkət siniri məlumatı MSS-dən PSS-ə daşıyır və hər iki növ sinir periferik sinirlər adlanır. Afferent sinir lifləri bütün bədəndəki hiss neyronlarını əlaqələndirərək mərkəzi sinir sistemində müvafiq emal sxemlərinə səbəb olur. Afferent sinir lifləri tez-tez qarışıq sinirlərdə motor neyronlardan (mərkəz sinir sistemindən PSS-ə gedən) efferent sinir lifləri ilə birləşir. Stimullar reseptorlarda sinir impulslarına səbəb olur və həssas ötürülmə kimi tanınan potensialları dəyişdirir. == Onurğa beyninə giriş == Onurğa beyninin arxa köklərinin qanqliyalarından duyğu neyronlarından afferent sinir lifləri, efferent liflərlə ötürülən motor əmrləri isə onurğa beynindən ventral köklərə doğru ayrılır. Dorsal və bəzi ventral liflər birləşərək onurğa sinirləri və ya qarışıq sinirlər əmələ gətirir. == Sinir zədələnməsi == Həssas sinirin zədələnməsi sinir tərəfindən yerinə yetirilən funksiyaların çeşidinə görə geniş spektrli simptomlara səbəb olur. Travmatik xəsarətlər və həssas sinirlərin digər zədələnməsi periferik neyropatiyaya səbəb ola bilər, məsələn, zəif koordinasiya və tarazlığa səbəb olan mövqe duyğunun azalması, temperatur dəyişikliklərinə həssaslığın azalması və əlavə problemlərə səbəb olan ağrı.
Epifani (duyğu)
Epifaniya ( Klassik Yunan dilində "ἐπιφάνεια", epifaneia, "təzahür, qəfil aşkarlama") bir şeyin mənasını və ya mahiyyətini qəfil anlamaq və ya fərqinə varmaq deməkdir. Termin istər fəlsəfi, istərsə də sözün həqiqi mənasında, kiminsə "tapmacanın son hissəsini tapıb bütün mənzərəni görə bildiyini" və ya əhəmiyyətsiz olan yeni bir bilik və təcrübənin daha dərin və ya ilahi əsas dünyagörüşünə işıq saldığını göstərir.
Epifaniya (duyğu)
Epifaniya ( Klassik Yunan dilində "ἐπιφάνεια", epifaneia, "təzahür, qəfil aşkarlama") bir şeyin mənasını və ya mahiyyətini qəfil anlamaq və ya fərqinə varmaq deməkdir. Termin istər fəlsəfi, istərsə də sözün həqiqi mənasında, kiminsə "tapmacanın son hissəsini tapıb bütün mənzərəni görə bildiyini" və ya əhəmiyyətsiz olan yeni bir bilik və təcrübənin daha dərin və ya ilahi əsas dünyagörüşünə işıq saldığını göstərir.
Duyğu Asena
Duyğu Asena (19 aprel 1946, İstanbul – 30 iyul 2006, İstanbul) - Türkiyəli jurnalist, yazıçı. == Həyatı == Duyğu Asena Nihal və Muxtarın qızı olaraq İstanbulda anadan olub. Atası küncüt biznesi ilə məşğul olub. Babası CHP Gümüşhane millət vəkili Əli Şövkət Öndərsevdir, şair İnci Asena isə onun bacısıdır. O, orta təhsilini Kadıköy Özəl Qız Kollecində bitirdikdən sonra İstanbul Universitetinin Pedaqoji fakültəsində təhsil alıb. İş həyatına pedaqoq kimi başlayan Asena, Haseki Xəstəxanası Uşaq Klinikasında və İstanbul Universiteti Uşaq Evində çalışıb. Qəzetdəki ilk yazısı 1972-ci ildə “Hürriyyət” qəzetində “Kəpənək” əlavəsində dərc edilib. Bu vaxtdan sonra müxtəlif jurnal və qəzetlərdə jurnalist və idarəçi olaraq çalışıb. Türkiyədə qadın jurnalları sırasında ən önəmli jurnallardan “Qadınca” jurnalının 1978-1992-ci illər arasında baş redaktoru olub. 1992-1997-ci illər arasında o, TRT-2 telekanalında “Ondan sonra” adlı veriliş hazırlayıb.
Duyğu orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - lamisə Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Duyğu və qavramanın pozuntuları
== Duyğu == Duyğu - cisim və hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn və ya cism və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses. Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsi ilə əldə edir. Duyğu orqanlarına analizatorlar da deyilir. Bu analizatorlara görmə, eşitmə, qoxu, dad və orqanizmin daxilində və xaricində yerləşən ümumi hissiyat reseptorları aiddir. Duyğu vasitəsi ilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s. hiss edir. Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin başlanğıcı, ilkin mərhələsidir. === Duyğunun pozulması === Duyğu prosesinin pozulması nəticəsində senestopatiyalar baş verir. Senestopatiyalar - göynəmə, dartılma, təzyiq, qıdıqlama, sancma, soyuqluq və digər xoşa gəlməz hisslərin əzabverici və davamlı olması ilə özünü göstərir və bədənin müxtəlif yerlərində rast gəlinə bilər. Senestopatiyalar zamanı əksər psixi pozuntular kimi orqanizmdə heç bir patomorfoloji dəyişiklik baş vermir.
Dəri duyğusu üzvləri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Ramiz Duyğun
Şair. Ssenari müəllifi. Məlikov Ramiz Məmməd oğlu - şair, publisist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.
Duyğular
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir.

Значение слова в других словарях