DUYĞUSUZ

sif.
1. Duyğusu olmayan, heç bir şeyi hiss etməyən, duymayan, yaxud duyğusu kütləşmiş.
// Üzgünlükdən, yorğunluqdan bayğınlıq dərəcəsinə gəlmiş.
[Şeyx Hadi:] Suda bir xeyli qol-qanad çaldıq; Həp yorulduq da, duyğusuz (z.) qaldıq… H.Cavid.

2. məc. Həyata, hadisələrə, varlığa laqeyd baxan, onları dərk etməyən, heç bir şeydən təsirlənməyən.
Dastanlar yaradaq, dastanlar yazaq; Gələcək duyğusuz deməsin bizə. S.Vurğun.

Синонимы

  • DUYĞUSUZ duyğusuz bax hissiz
  • DUYĞUSUZ hissiz
DUYĞULU
DUYĞUSUZLUQ

Значение слова в других словарях