1. Bükülmüş, dürmələnmiş şey; bağlama.
2. İçinə yağ, pendir və s. qoyulub (və ya bunlarsız) lülə şəklində bükülmüş lavaş, yuxa. Yuxanın arasına pendir qoyub dürmək düzəltmək. Yağ dürməyi. Pendir dürməyi. – İt yuxa yemək bilər, dürmək tutmaq bilməz. ( Ata. sözü ).
Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir.
Səkinə həyətin ortasında [Mayanı] saxladı, arasına yumurta və yağ bükdüyü dürməyi meşin heybənin küncünə qoydu.
Kimisi yaxmac qayırır, … kimisi yağla şorun qatışığından dürmək eləyib Qəmərin stəkanının yanına qoyurdu.
3. Əllə xörək yeyəndə birdəfədə ağıza qoyulan xörək. Bir-iki dürmək yedi, dayandı.
□ Dürmək vurmaq – əllə xörəyi dürməkləyib yemək. Xörəyə dürmək vurmaq.