DÜYÜNLƏMƏK

f.
1. Düyün edib bağlamaq, düyün vurmaq, düyün halına gətirmək. İpləri bir-birinə düyünləmək.
– O əllər məkik atmaqdan, … odun kəsməkdən, ya da nazik qırıq ipək saplarını düyünləməkdən, cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür!… Ə.Əbülhəsən.
Qadın bu pullara həsrətlə baxdı və nəhayət, onların beşini götürüb çarqatının ucuna düyünlədi. P.Makulu.

2. Bir sıra tərkiblərdə işlənir: əllərini düyünləmək – bax əl.
Yumruğunu düyünləmək – bax yumruq.
Qaşlarını düyünləmək – bax qaşlarını çatmaq (“qaş”da).
3. məc. Dərd olmaq, dağlandırmaq (bu mənada xalq ədəbiyyatında adətən “sinə” sözü ilə bərabər işlənir).
Təbib olsam, yaraların bağlaram; Sinəm üstə düyünlərəm, dağlaram. Aşıq Ələsgər.
[Kərəm:] Dərdim, sinəm düyünlərəm, dağlaram; Ağ geymərəm, qaraları bağlaram. “Əsli və Kərəm”.
Bir xalın bənd edib aşiqi bağlar; Bir xalın sinəmi düyünlər, dağlar. S.Rüstəm.

Синонимы

  • DÜYÜNLƏMƏK bağlamaq

Антонимы

  • DÜYÜNLƏMƏK DÜYÜNLƏMƏK – AÇMAQ Qadın bu pullara həsrətlə baxdı və nəhayət, onların beşini götürüb çarqatının ucuna düyünlədi (A
DÜYÜNLƏMƏ
DÜYÜNLƏNMƏ

Значение слова в других словарях