1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək.
– Ömrün varlığını izləyən şair; Bu günə dair; Nə isə düşünürdü haman salonda.
// Fikirləşib aramaq, fikirləşib tapmağa çalışmaq. Bir çarə düşünmək. Lazımi tədbirlər düşünmək. Məsələnin həllini düşünmək.
// Ümumiyyətlə, fikirləşmək, götür-qoy etmək. Bu xüsusda çox düşünmüşük. Əli alnında düşünürdü.
– Düşünürsən: insan insandır; Biri nədən doğma, mehriban, qayğıçəkən; Biri sərt, qılıqsız, ögey?
Əziz bir papiros yandırıb düşünməyə başladı.
İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal.
İndi Kamal nə edəcəyini deyil, necə edəcəyini düşünürdü.
□ Düşünüb-daşınmaq – fikirləşmək, düşünmək.
[Şeyda:] …Duyğusuz bir makina kimi düşünübdaşınmaq, yazıb-pozmaq neçin?!
Orxan çox düşünüb-daşındı və axırda inandırdı ki, Bənövşə görüşə gəlməyəcək.
2. Təsəvvür etmək, zənn etmək, ağlına gətirmək, xəyalına gətirmək, xəyal etmək.
Kim düşünə bilər ki… – Lakin həyatın gedişi Fərmanın düşündüyü kimi olmadı.
// Yada salmaq, fikrinə gətirmək, xatirinə gətirmək. Bu saat hələ səni düşünürdüm. Bir şey düşündüm.
– [Əbdüləli bəy:] Doğrudur, mən də onu düşünürdüm.
Yazıq babaları düşündükcə mən; Ağrımış ürəyim bəlkə min kərə!
3. Başa düşmək, anlamaq, dərk etmək. Heç bir şey düşünə bilməmək.
– Bunu hətta düşünüb cümlə müsəlman uşağı; Hər vilayətdə deyirlər: Pa atonnan, ölüb …ə!
Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur.
4. Narahat olmaq, əndişə etmək, fikir çəkmək. Xəstə çox düşünür.
// Fikrini çəkmək, haqqında narahat olmaq, qeydinə qalmaq. Ancaq özünü düşünmək.
– Özünü düşünür, özünü hər kəs; Bu qoca dünyamız hara gedir bəs?