DIRMALAMAQ

f.
1. Qazımaq, cırmaqlamaq.
[Pələng] də məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq.
Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. M.Rzaquluzadə.

2. məc. Qıcıqlandırmaq, əziyyət vermək, pis təsir etmək (bu mənada adətən “qulağı”, “qəlbi” və s. sözlərlə işlənir).
İnan ki, bir acı söz, bir baxış, bir incə gülüş; Kədərli, sıtmalı bir qəlbi dırmalar, yaralar. H.Cavid.
Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var; O dırmalar qulaqları, balta kimi odun yarar. S.Vurğun.
Gözümün nurudur qoçaq adamlar; Ruhumu dırmalar şıltaq adamlar. M.Rahim.

Синонимы

  • DIRMALAMAQ qazımaq — cırmaqlamaq
DIRMALAMA
DIRMANDIRMAQ

Значение слова в других словарях

могу́че неотде́ланность проблесну́ть салома́с стожа́р шёлкопряди́льня выплатно́й геркуле́совый глота́тельный девчу́ркин лесбия́нство подга́дить радио... тогда filter centre malpractice metaplasia Nicobar Islands sapropel sourcrout вытащить маслёнок обветшать придаток сочетать