DƏD

f. 1) yırtıcı heyvan, vəhşi; 2) oğlaq.

DƏCCAL
DƏDÜ DAM
OBASTAN VİKİ
DədəBaba
DədəBaba — Azərbaycanda fəaliyyət göstərən və əsasən, rok üslubunda ifa edən satirik qrup. == Qrup haqqında == DədəBaba qrupunun üzvləri 2015-ci ilin yayında bir araya gəlsə də, qrup rəsmi olaraq həmin ilin dekabrında fəaliyyətə başlamışdır. Qrupun mahnıları, əsasən, satirik xarakterli olmaqla cəmiyyətdə olan sosial problemlər haqqındadır. 2018-ci ilin martında qrupun "Molotov kotleti" adlı ilk klipinin təqdimatı olmuşdur. 27 may 2019-cu ildə qrupun "Buyurun, keçin, baxın" adlı 15 mahnıdan ibarət ilk albomunun təqdimatı keçirilib. Təqdimatdan sonrakı konsert zamanı qrup Niyaməddin Musayev ilə birlikdə müğənninin "Dünya sənin, dünya mənim" mahnısını ifa etmişdir.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Dədə Qorqud
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. == Təsviri == Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dədə Qorqud (1975)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. == Məzmun == Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. == Film haqqında == Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Dədə Qorqud (Saatlı)
Dədə Qorqud (əvvəlki adı: Bayramovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Bayramovka kənd inzibati-ərazi vahidi tərkibindəki Bayramovka kəndi Dədə Qorqud kəndi, Bayramovka kənd inzibati-ərazi vahidi Dədə Qorqud kənd-inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 2348 nəfərdir.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Qorqud (dəqiqləşdirmə)
Dədə Qorqud — türk, altay və oğuz əfsanələrində, nağıllarda və xalq hekayələrində ozan. Kitabi Dədə Qorqud — Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər). Dədə Qorqud (film, 1975) — Azərbaycan istehsalı olan tammetrajlı bədii film. Dədə Qorqud (jurnal) — Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun jurnalı. Dədə Qorqud (heykəl) — Naxçıvan şəhərindəki Dədə Qorqud heykəli. Dədə Qorqud (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dədə Qorqud (Suraxanı) — Azərbaycan Respublikasının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə.
Dədə Qorqud (film, 1975)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. == Məzmun == Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. == Film haqqında == Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Dədə Qorqud (heykəl)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Dədə Qorqud axtarışında (film, 2000)
Dədə Qorqud oğuznamələri (film, 2000)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi, dəqiqləşdirmə)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (teleserial)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud parkı
Dədə Qorqud parkı — Bakı şəhərində, Nərimanov rayonunda yerləşən park. ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir. == Haqqında == Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb. Açılış da İlham Əliyev də iştirak etmişdir. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.
Dədə Qorqud qəsəbəsi
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Qorqud Özəl Türk Liseyi
Dədə Qorqud Özəl Türk Liseyi — Bakıda Azərbaycan-Türkiyə özəl liseyi. 1993-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində Sumqayıt özəl texniki liseyi kimi tədrisə başlayan lisey 1999-cu ildən Bakı şəhərində özəl ümumtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildən etibarən liseyi bitirmiş 353 məzunun 98,3 %-i ali məktəblərə qəbul olunmuşdur. Universitetlərə qəbul imtahanlarında yüksək nailiyyətə gorə Nizami rayonu üzrə reytinq cədvəlinə başçılıq edən liseyin məzunlarından 32-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, həmcinin 1999-cu ilin 5-ci qrup birincisi və 689 balla 2006-cı ilin 1-ci qrup üzrə birincisi məhz bu liseyin məzunları olmuşlar. Liseyin indiyədək yetişdirdiyi 353 məzununun sorağı Moskvadan və İstanbuldan, Londondan və Berlindən, Parisdən və Nyu-Yorkdan gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil gostəriciləri ilə vətənə xidmət edirlər. 2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Dədə Qorqud Özəl Türk Liseyi bağlanıb.
Dədə Qorqudun heykəli (Naxçıvan)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
Dədə Şəmşir (film, 2002)
== Məzmun == Film kəlbəcərli məşhur aşıq Aşıq Şəmşirə həsr edilmişdir.
Dədə Əfəndi
Dədə Əfəndi (9 yanvar 1778 – 29 noyabr 1846) — XIX əsr Türkiyə bəstəkarı. == Həyatı == Dədə Əfəndi 9 yanvar 1778–ci ildə İstanbulda doğulmuşdur. Lap gənc yaşlarından musiqini öyrənməyə başlamışdır. Yeniqapı Mövləbixanəsində 1001 gün oxuyaraq "Dədə" olmuşdur. İlk əsərlərini 16 yaşında yazan bəstəkar dövrünün böyük bəstəkarı olan III Səlimin diqqətini cəlb etmişdir. Padşah baş musiqiçi və müsahib kimi onu saraya gətirmişdir. Dədə Əfəndi Həccə getmiş, orada Xolera xəstəliyinə tutularaq 30 noyabr 1846-cı ildə orada vəfat etmişdir. Məkkədə Həzrəti Xədicənin ayaq tərəfində basdırılmışdır. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycan türkü olan aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Dədəbəyli (Meşkinşəhr)
Dədəbəyli (fars. دده بيگلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 873 nəfər yaşayır (229 ailə).
Dədəgünəş
Dədəgünəş – Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu çayının sol sahilindən bir qədər aralı, dağətəyi ərazidədir. Kənd adını oradakı Dədəgünəş pirinin adından almışdır. Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-1603-cu illərdə tikilmişdır. Türbənin kitabəsinə görə, orada Dədəgünəş (Əfzələddin Xəqaninin əmisinin ləqəbi) nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmməd dəfn olunmuşdur. Rəvayətə görə, Dədəgünəş quduzluğa tutulmuş xəstələri müalicə edirmiş. Odur ki, vəfatından sonra türbəsi müqəddəsləşdirilmişdir. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş orta əsrlərdə məşhur elm mərkəzlərindən biri olmuşdur və Xaqaninin əmisi Kafiəddin Ömər Osman oğlu bu mərkəzin hörmətli alimlərindən idi. == Əhalisi == === Məşhur şəxslər === Ağa Məsih Şirvani – XIX əsr Azərbaycan şairi və maarifpərvəri.