DƏKKƏ

сущ. нугъ. некшуь (ири гьайванрин – калин, яцран ва мс.).
DƏXL
DƏQİQ
OBASTAN VİKİ
Dəkkə
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Böyük Dəkkə
Böyük Dəkkə — Azərbaycan Respublikasının Zərdab rayonunun İsaqbağı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. Yaşayış məntəqəsini Hacıəsədli nəslinə mənsub ailələr salmışlar. Kənd böyük olduğuna görə və Bala Dəkkə kəndindən (hazırda Təzəkəndlə birləşdiyinə görə kənd ləğv olunmuşdur) fərqləndirmək məqsədilə belə adlandırılmışdır. "Böyük oba, oymaq" mənasındadır.
Dəkkə şəhəri
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dəkkən sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur. Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Dəkkən yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Dəkkəoba
Dəkkəoba — Azərbaycan Respublikasının Zərdab rayonunun Dəli Quşçu inzibati ərazi vahidində kənd. == Tarixi == Dəkkəoba kəndi Şirvan düzündədir. Əvvəlki adı Məcidoba olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə indiki Böyük Dəkkə kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Dəkkə kəndinin obası" mənasındadır. "Oba, oymaq" mənasında olan dəkkə sözü Benqaliyanın ən qədim Şəhərlərindən biri və paytaxtı olan Dakka Şəhərinin adında da qorunub saxlanmışdır.
Səfəvi–Dəkkən münasibətləri
Səfəvi-Dəkkən əlaqələri — Səfəvi dövləti ilə Dəkkən sultanlıqları arasında ikitərəfli münasibətlər nəzərdə tutulur. Dəkkən sultanlıqlarının çoxu elə şiə sülalər tərəfindən idarə edilirdilər. Bu sülalələrdən ən aktivi və ən güclüsü olan Qütbşahlar və ya digər adları ilə Adilşahlar elə Qaraqoyunlular nəslindən gəlməkdə idilər və bunu öz məktublarında da xüsusi fəxr mənbəyi kimi bildirmişdilər. Dəkkəndə bir neçə şiə dövlətinin yaradılması ilə Səfəvi imperiyası özünü şiə dünyasının ortasında olduğunun fərqinə vardı. Səfəvi sarayına digər şiə dövlətləri tərəfindən dövlətçilik sahəsində bələdçi kimi yanaşır və ondan "qəzəbli sünni dünyası"na qarşı qorunma istəyirdilər. Bu sultanlıqlar müasir mərkəzi və qərbi Hindistanda XVI əsrdə Bəhməni sultanlığının parçalanmasından sonra meydana çıxmışdı və əsas sahil xəttlərinə nəzarət etməkdə idilər. Bu sultanlıqlardan ikisi Əhmədnaqar və Qolkonda sultanlıqları I Şah İsmayılın müvafiq addımından sonra onlar da şiəliyi dövlətin rəsmi məzhəbi elan etdilər. Lakin buna baxmayaraq, Qaraqoyunlu sülaləsindən olan Sultanqulu Baharlu babaları olan Qara Məhəmmədlə Qara Yusifin şiəliyi Şah İsmayıldan daha əvvəl qəbul etməsi ilə fəxr edirdi. O, deyirdi: İsmayılın keçmiş tərəfdarı, Hindistanda yaşayan Şah Tahir Hüseyni bu torpaqlarda şiəliyin güclənməsinə kömək etdi. Başqa bir sultanlığın hökmdarları, Bicapur sultanlığının Adili şahları növbə ilə özlərini ya sünni, ya da şiə elan etsələr də, tez-tez xütbələri Moğal imperatorlarının deyil, Səfəvi şahlarının adlarına oxumağı əmr etdilər.

Значение слова в других словарях