DƏRİNDƏN

zərf
1. İçdən, çox dərin.
Firidun ayağa durub köksünü ötürdü, dərindən nəfəs aldı. M.İbrahimov.
Güllü dərindən qıy çəkdi. Ə.Vəliyev.

2. Diqqətlə, fikrini cəmləşdirərək.
Həcər dərindən qulaq verib, güllə səsi eşitdi. Qaçaq Nəbi”.

// Əsaslı surətdə.
Sözün düzünü desək, Fərman ekskavatorçuluq həvəsinə düşəndə bu iş üçün əməlli-başlı, dərindən oxumaq lazım gələcəyini bilmirdi. Ə.Sadıq.

3. Hərtərəfli, çox ciddi. Dərindən düşünmək.
–N.Nərimanovu, ehtimal ki, gənc Verterin iztirabları dərindən mütəəssir etmişdir. M.Arif.

4. Çox, olduqca, son dərəcə.
// Şiddətli, güclü.
Toplarımızın dərindən nərə çəkməsinə baxmayaraq, düşmən yerindən tərpənmirdi … Ə.Vəliyev.

Синонимы

  • DƏRİNDƏN çox — olduqca
  • DƏRİNDƏN hərtərəfli — ciddi
DƏRİN-DƏRİN
DƏRİNDƏN-DƏRİN

Значение слова в других словарях