Rəqəmsal hüquqların idarə edilməsi
Rəqəmsal hüquqların idarə edilməsi (ing. Digital rights management, qısaca DRM) rəqəmsal medianın istehsalı olan məhsulların (filmlər, musiqilər, oyunlar kimi) bu gün çox asanlıqla kopyalana bilinməsinə, yəni surətlərinin çıxarılmasına, saxtalarının hazırlanması ehtimalının yüksək olmasına görə lisenziya hüquqlarını idarə etmək üçün hazırlanmış giriş nəzarət sistemləri üçün istifadə edilən ümumi addır.
O, avadanlıq istehsalçıları, oyun və proqram təminatı şirkətləri, musiqi şirkətləri və naşirlər tərəfindən satışdan sonrakı dövrdə piratlıqla mübarizə aparmaq üçün istifadə olunur.
Son dövrlərdə bu üsul bir sıra səbəblərə görə əks reaksiyalara səbəb olmuşdur. Bunun ən mühüm səbəblərindən biri bundan ibarətdir ki, bu cür məhdudiyyətlər adətən yalnız müvafiq medianın məhsullarını qanuni yollarla əldə edən istifadəçilərə təsir etməsi, lakin eyni zamanda da piratlığın qarşısını ala bilməməsidir. Həmçinin bu da məlumdur ki, DRM sistemlərinin tamamilə müvəffəqiyyətli olması texniki cəhətdən qeyri-mümkündür, buna baxmayaraq yenə də rəqəmsal medianı yayan şirkətlər bu üsuldan istifadə etməyə davam edirlər. Bu məsələ ilə bağlı hal-hazırda müəyyən etirazlar mövcud olsa belə, hələlik iştirakçılarının sayının yüksək olduğu hər hansısa bir etiraz və yaxud da boykot hadisəsi ilə rastlaşılmamışdır. Bəzi istifadəçilər, satın aldıqları medianın; İnternetə qoşulmuş cihazları olmadan istifadəsinin mümkünsüz olması, şəxsi kompüterlərinin əməliyyat sistemlərindəki yenilənmələr, yenidən quraşdırılmalar və yaxud da aparat təminatındakı dəyişikliklərdən sonra medianın təkrar istifadəsinin bloklanması, oyun konsollarındakı (məs. PS3 və Xbox 360) və müxtəlif media pleyerlərdəki (məsələn, iPod) məhdudiyyətlər və uyğunsuzluqlara görə qeyri-qanuni olsa da, pirat məhsullarından istifadədən mühafizəni ləğv edən müxtəlif yamaqlardan və ya proqramlardan istifadə edirlər.
== İstinadlar ==
== Xarici keçidlər ==
Середа С. А. «Анализ влияния систем защиты на потребительские свойства программного обеспечения»
Середа С. А. «Перспективы охраны авторских и смежных прав в условиях распространения произведений через глобальные сети передачи данных»
Александр Новичков, Рубен Сардарян.