Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Falsifikasiya edilmə
Falsifikasiya ilə qarışdırılmamalıdır.Falsifikasiya edilmə (ifadənin əsaslı şəkildə falsifikasiya edilməsi, Popper meyarı) — elmi olması iddia edən empirik və ya digər nəzəriyyənin elmilik meyarı. 1935-ci ildə Karl Popper tərəfindən tərtib edilmişdir . Nəzəriyyə Popperin meyarına cavab verir (bu meyarın sınağı ilə bağlı saxtalaşdırıla bilər və müvafiq olaraq elmidir), əgər onun eksperimental və ya digər təkzibi ehtimalı varsa. Bu meyara görə, ifadələr və ya ifadələr sistemi yalnız təcrübə ilə toqquşma qabiliyyətinə malik olduqda, daha dəqiq desək, sistematik şəkildə yoxlanıla bilsə, yəni sınaqlara məruz qalarsa, empirik dünya haqqında təkzib edilən məlumat ehtiva edir. Başqa sözlə, Popperin meyarına görə: elmi nəzəriyyə əsaslı şəkildə təkzibedilməz ola bilməz . Beləliklə, bu doktrinaya görə, “demarkasiya” deyilən problem, yəni elmi biliyin qeyri-elmi biliklərdən ayrılması problemi həll olunur . Falsifikasiya edilmə prinsipi verifikasiya prinsipinin əksidir: fərziyyəni yoxlayarkən tədqiqatçı onu təsdiqləyən nümunələr axtarır, falsifikasiya prinsipi isə əskinə onu təkzib edən nümunələri.
Ölmüş elan edilmə
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. == Azərbaycan qanunvericiliyində mahiyyəti == Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: === Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi === 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
"Belqradın azad edilməsinə görə" medalı
"Belqradın azad edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı — SSRİ medalı.
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 10 sentyabr 1947-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Praqanın azad edilməsinə görə" medalı
"Praqanın azad edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Varşavanın azad edilməsinə görə" medalı
"Varşavanın azad edilməsinə görə" medalı - SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı - SSRİ Ali Sovetinin 20 oktyabr 1956-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Aktivlərin idarə edilməsi
Aktivlərin idarə edilməsi (asset management) 1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması. 2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması. Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir. Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır.Aktivlərin idarə edilməsi zamanı, təşkilat qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır. Bu isə özündə aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır. Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır. Bu zaman aktivləri idarə edən şirkətin sərəncamında portfel idarəetməsi üzrə ixtisaslaşmış menecerlər, o cümlədən investorların kapitalları ilə bağlı detlallı informasiyaya çıxış olur, bu da onlara hətta investorların üzərində müstəsna hüquq verir.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum (2016)
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçirilən referendum və onun nəticələri. == Tarixi == 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis edilməsi haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis edilməsi haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının əsaslarını təmin edən mühüm hüquqi sənəd. Azarbaycan Milli Şurası tərəfindən 1918 il noyabrın 19-da qəbul edilmişdir. == Qərarın qəbul edilməsi == 1918 il iyun ayının 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başladı. Cümhuriyyət Hökumətinin sədri Fətəli xan Xoyski Şuranın iclasında çıxış edərək bildirdi ki, Müəssislər Məclisini çağırmaq üçün hazırlığa vaxt çatmadığından Hökumət bu işi öz öhdəsinə götürməyi Milli Şuradan xahiş edir. Milli Şuranın 1918 il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında" qanunun layihəsi müzakirə olundu. Şuranın müzakirələr nəticəsində qəbul etdiyi qanunda göstərilirdi ki, hələ 1917 ilin sonlarında Cənubi Qafqazın müsəlman partiyalarından ümumi səsvermə yolu ilə Rusiya Məclisi-müəssisanına seçilmiş 14 nəfər nümayəndənin siyahısı seçkilərdə iştirak etmiş partiyaların qazandıqları səslərə müvafiq olaraq genişləndirilərək 44 nəfərə çatdırılmışdı. Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi Azərbaycanda Məclisi-Müəssisan toplamağın mümkün olmadığını nəzərə alaraq bu məsələnin həllini Zaqafqaziya seymində Azərbaycanı təmsil etməkdə görmüşdü. Zaqafqaziya seymi və Zaqafqaziya Cümhuriyyəti Hökuməti öz fəaliyyətinə xitam verdikdə Seymdəki 44 nəfər müsəlman deputat özlərini Azərbaycan Milli Şurası elan etmiş və Azərbaycanın idarəsini öz üzərinə götürmüşdü. Milli Şuranın qəbul etdiyi Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanunda göstərilirdi ki, Azərbaycan təkcə azərbaycanlılarla məskun olmadığından, Azərbaycan Milli Şurası ölkədə yaşayan bütün millətləri təmsil edir. Digər tərəfdən, müxtəlif siyasi partiyaların nümayəndələri ilə bərabər, Azərbaycan xalqının müxtəlif təbəqələrinin də Parlamentdə təmsil olunmalarına böyük ehtiyac var.
Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması münasibətilə Hökumətin qərarı ilə keçirilmiş bayram tədbirləri. == Arxa fon == Paris Sülh Konfransının Ali şurası tərəfindən 1920-ci il, yanvarın 11-də Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə yanvarın 14-də Bakıda və ölkənin digər bölgələrində təntənəli bayram mərasimləri keçirilmişdi. == Bayram tədbirləri == Nazirlər Şurasının qərarı ilə fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi münasibətilə xalq bayramında iştirak etmək üçün maaşları saxlanılmaqla bütün fəhlə və qulluqçular həmin gün işdən azad edilsinlər. Hökumət, eyni zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: Səhər saat 11-də Təzəpir məscidində dualar oxunmalı, saat 12-də Parlamentin təntənəli iclası açılmalı, saat 13 də Hürriyət meydanında Milli Ordunun rəsmi keçidi olmalı, saat 14-də Xarici İşlər Nazirliyində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər saat 7-dən 11-ə kimi və gündüz saat 3-dən axşama qədər camaatı pulsuz daşıması və gecə vaxtı paytaxtın çıraqban edilməsi barədə də sərəncam verilmişdi. Proqrama əsasən, başda Nazirlər Şurasının sədri olmaqla Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nazirləri, Parlament üzvləri, şəhər üləması Təzəpir məscidində toplandı. Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra təntənəli surətdə elan etdi: Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli: Xarici İşlər Naziri Fətəli xan Xoyski: Məhəmməd Əmin Rəsulzadə: Bakı bayram libası geyinmişdi. Hətta, erməni vandallarının yandırdığı İsmailiyyə belə bayraq və şüarlarla bəzədilmişdi. Hər tərəfdən musiqi sədaları ucalırdı. Milli bayraqlarla bəzədilmiş avtomobillər küçələrdə şütüyür, aktyorlar milli və tarixi geyimlərdə keçmişi canlandırırdılar.
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. == Mükafat == 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
Azərbaycanda Suvarmanın və Pambıqçılığın Bərpa edilməsi (1923)
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Film haqqında == Filmin neqativi Moskva Mərkəzi Dövlət Kinofondunda saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi (film, 1923)
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Film haqqında == Filmin neqativi Moskva Mərkəzi Dövlət Kinofondunda saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bornun müəyyən edilməsi (film, 2002)
Bornun müəyyən edilməsi (ingiliscə: The Bourne Identity) — rejissor Doug Limanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir. == Süjet xətti == İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır. Mənzilə ayaq basması böyük səhv olur.
Bredanın təslim edilməsi
Bredanın təslim edilməsi — Dahi ispan rəssamı Diyeqo Velaskesin ən məşhur rəsm əsərlərindəndir. 1634-cü ildə çəkilmiş əsər hazırda Madridin Prado muzeyində saxlanır.
Cuğa nekropolunun məhv edilməsi iddiası
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır.Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir. == Tarix == Cuğa şəhəri Azərbaycan ərazisindəki kiçik orta əsr yaşayış məskənlərindən olmaqla ilkin dövrdə kənd kimi formalaşmış, orta əsrlərdə isə böyüyərək şəhərə çevirilmişdir. XVI əsrdə şəhərdə 20–40,000 erməninin məskunlaşması və onların ticarət və sənətkarlıqla məşğul olmaları bildirilir.
Cəbrayılın azad edilməsi
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. == Arxa plan == Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. == Döyüşlər == === 27 sentyabr === Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. === 1-ci həftə (28.09–04.10) === Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H.İ.Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Azərbaycan)
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. == Haqqında == Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: == Həmçinin bax == Azərfoto Səyahət agentliyi == İstinadlar == == Xarici keçidlər == Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Eroziyalı Yamaclardan İstifadə edilməsi (1983)
Eroziyalı yamaclardan istifadə edilməsi (film, 1983)
Füzulinin azad edilməsi
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir. 9 oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir.
Fəth edilməmiş (pyes)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Fəth edilməmiş (pyes, 1940)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. == Məqsədi == Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. == İşləmə prinsipi == Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. == C++ kodu == == Analizi == Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
Ədilə Hüseynzadə
Ədilə Hacıağa qızı Hüseynzadə (29 aprel 1916 – 20 iyul 2005) — bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). == Həyatı == Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir. == Yaradıcılığı == Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlir. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olaraq Üzeyir bəydən dərs alır. Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alır. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olur.1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunur və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilir. Eyni zamanda Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Nizami Gəncəvinin qəzəllərinə 800 illik yubileyi münasibətilə tələbələri tərəfindən romanslar bəstələnir.
Ədilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Ədilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Ədilə Əflaki
Nəzərli Ədilə Osmanqızı (1954-cü il, 4 iyul Bakı) — xanəndə,Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Ədilə Əflaki – Nəzərli 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu olan, eyni zamanda ADOBT-nın Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olmuş, tanınmış korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin ailəsində anadan olmuşdur. Əslən Qərbi Azərbaycandandır. Ata soyadının İrəvanda, Axta rayonunun Mərmərə kəndində, ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlarda – soyqırım nəticəsində ata tərəfindən qətlə yetirilən baba, nənə - doğmalarının, erməni daşnakları tərəfindən ümumilikdə - 6 ailəsinin tamamilə məhv edilməsinə istinadən şəhid ailəsi varisidir.(İşgəncə ilə qətlə yetirilən doğmalarının cəsədlərini taxıl quyularına tökmüşdülər). 1941-1945-ci illər Böyük Vətən Müharibəsi əlili Osman Alı oğlunun övladıdır. Ali təhsillidir, ADMİU-ni bitirmişdir. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olmuşdur. == Qarabağ müharibəsində iştirakı == Ədilə Əflaki I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlərinə görə Müdafiə Nazirliyində N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.
Edilli
Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Etnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur.Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır. İkincisi qıpçaqların Ed tayfasının adından, el (tayfa) və mənsubiyyət bildirən -li şəkilçisindən ibarətdir.
Edişə
Edişə (Cəlilabad)
Eşitmə borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
Yelmar Edilov
Edilov Yelmar Şahmar oğlu (10 aprel 1946, Əlimədətli, Ağdam rayonu – 11 aprel 1994, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954–1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəlir. == Döyüşlərdə iştirakı == 1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı.
İlmə
Xalça toxunarkən, ümumiyyətlə, iki ərişə bir ilmə salınır. İlmə salınarkən yun ip iki ərişə dolanıb düyünlənir, qalan iki ucu isə xalçanın xovunu yaradır. == İlmə növləri == İlmə iki hissədən ibarətdir: 1. Düyün hissəsi 2. Uc hissələr (düyünün ucları (buna qanad da deyirlər)).İlmənin ucları –qanadlarına ilmətoxunuşun uzunluğu da deyirlər. İlmənin uzunluğu xalçada sıxlığın aşağı olması ilə də əmələ gəlir. Məsələn, sıxlıq 40x40 olduqda ilmənin uzunluğu 25–28 mm, sıxlıq 35×35 olduqda isə, ilmənin uzunluğu 30–35 mm ola bilir. == İlmə sıxlığı == Xalça toxunmazdan qabaq ona sərf olunacaq yun ipin, ərişin, arğacın qədərini, sıxlığını, xovunun qalınlığını bilmək, hesablamaq çox vacibdir. Bunun üçün əvvəlcə 1 m²-də ilmələrin sayını bilmək lazım gəlir. Bunu hesablamaq üçün xalçanın 1 m²-də olan ərişlərin sıxlığını tapıb, onu həmin sahədəki arğacların sıxlığına vurmaq lazımdır.
Adilə Abbasova
Adilə Ziyat qızı Abbasova (3 avqust 1942, Zəngilan rayonu) — Fizika elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin bitirib. 1987-ci ildən Fizika-riyaziyyat elmləri doktoru olan A.Abbasova əmək fəaliyyətinə Azərbaycan EA Fizika İnstitutunda başlamışdır. 1974-cü ildən Moskvanın Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri, 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyində bölmə müdiri, şöbə müdiri işləmişdir. 1995-ci ildən Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasında professor vəzifəsində çalışmaqla yanaşı həm də Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri olmuşdur. Bir sıra beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Elmi və ictimai fəaliyyətindəki uğurlarına görə İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 1999-cu və 2001-ci ilin qadını elan edilmiş, haqqında həmin Mərkəzin nəşr etdirdiyi "XX əsrin görkəmli adamları" ensiklopedik kitabına məlumat daxil edilmişdir. Monoqrafiyanın, 100-ədək elmi əsərin, 5 ixtiranın müəllifidir.
Adilə Ayda
Adilə Ayda (Rusca: Гадиле Садреевна Максудова / Gadile Sadreyevna Maksudova, Tatarca: Гадилә Садри кызы Максудова / Ğädilä Sadri qızı Maqsudova, d. 1912 – ö. 1992), Türkiyənin ilk qadın diplomatıdır. Ancaq müasir dövrdə daha çox Etrusklar mövzusunda kitabları və mülahizələri ilə tanınır. Kontenjan senatorluğuna seçilmişdir. == Həyatı == 1912-ci ildə dönemin Duma üzvü Sadretdin Nizametdinoviç Maksudov (sonraki Sadri Maksudi Arsal) ilə Orenburqlu qızıl mədəni sahibi Rami ailəsinden Kamilə Rami (Arsal)nin qızı olaraq Sankt-Peterburqda doğuldu. Ayda Türkiyə Cümhuriyəti Roma səfirliyində elçi-müsteşar vəzifəsində çalışdığı illərdə Etrusklar mövzusunda araşdırma aparmış və fransızca və türkcə olaraq yazdığı əsərlərdə Etruskların proto-türk olduğu görüşünü işləmişdir. Xarici İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra prezident Fəxri Korutürk tərəfindən kontenjan senatoru seçilmişdir. Ayda iki dəfə ailə qurmuşdu. Doktor olan ilk ərinden uşağı olmamışdır.
Adilə Mütəllibova
Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi. == Həyatı == Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı. Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.
Adilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Adilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Sultan
Adilə Sultan (23 may 1826, Konstantinopol – 12 fevral 1899, Konstantinopol) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == 23 may 1826 tarixində İstanbulda dünyaya gələn Adilə Sultanın anası Zərnigar Sultandır. Adil ləqəbi ilə şeirlər yazan atası II Mahmud yeni dünya gələn qızına öz ləqəbinə uyğun ad qoydu. Hələ 4 yaşındaykən anası vəfat etmiş, sonrakı illərdə atasının bir digər xanımı olan Nevfidan Sultanın himayəsində böyümüşdür. 13 yaşında isə atası vəfat etmiş, təhsil və tərbiyəsi ilə böyük qardaşı Sultan Əbdülməcid maraqlanmışdır. 28 aprel 1845 tarixində gələcəkdə sədrəzəmliyə qədər yüksələn Mehmed Əli Paşa ilə nigahlandı və ertəsi ilin fevral ayında bir həftə davam edən möhtəşəm bir toy mərasimi ilə evləndi. Adilə Sultanın toy mərasimi XIX əsrdə Osmanlı sarayında yaşanan ən maraqlı hadisələrdən biri oldu. Belə ki, Osmanlı tarixində ilk dəfə möhtəşəm hava balonları uçuruldu. Hal-hazırda Memar Sənan Universitetinin yerləşdiyi Beyoğlu səmtindəki Neşətabad Sarayı, evləndikdən sonra Adilə Sultana hədiyyə edildi.
Adilə Yusifova
Adilə Niyazi qızı Yusifova — Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor. == Həyatı == 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olmuşdur. 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C. Hacıyevin sinfində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. == Pedaqoji fəaliyyəti == 1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. == Əsərləri == Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün "Triptix" (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), "Milli naxışlar" (1993), İ. Tapdıq və B. Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün "Bahar nağılı"-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün "Unudulmuş duyğu" pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün "Biz eyni səma altındayıq" (1997), tar və fortepiano üçün "Alov" fantaziyası (2003), R. Mirzəyevanın sözlərinə "Qadın obrazlarının siluetləri" süitası (2003), (2007), truba, violin və fortepiano üçün "Reqtaym ruhunda" (2007), soprano, tenor və fortepiano üçün "Nənə çin sandığında" süitası (2009), fortepiano üçün "İthaf" (Cövdət Hacıyevə həsr olunub (2012), R. Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün "Xəyallarımdakı şəhər" fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N. Kərimovla birlikdə rus dilində "Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985–1995-ci illər)", musiqi təhsil ocaqlarının tələbələri üçün "Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı", "Azərbaycan bəstəkarlarının işləmələri" adlı kitablar, Azərbaycan və rus dillərində "Soltan Hacıbəyov.
Adilə Şahtaxtinskaya
Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis — 30 mart 1951, yenə orda) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın. == Həyatı == Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.
Adilə Əliyeva
Adilə Əliyeva — Fransada yaşayan Azərbaycan əsilli pianoçu. == Həyatı == Adilə Əliyeva Bakı şəhərində anadan olub. İlk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olub, oranı qırmızı diplomla bitirib və aspiranturaya daxil olub. 1980-86-cı illərdə Bakının indiki Yasamal rayonunun deputatı olub. == Fəaliyyəti == 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın bir sıra məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və TV-lərdə haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib. Bu ölkələrə İngiltərə, Almaniya, Belçika, İsveçrə və s. daxildir.
Dilma Rousseff
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Dilma Rusef
Dilma Vana Rousseff (port. Dilma Vana Rousseff, 14 dekabr 1947[…], Belu-Orizonti) — braziliyalı siyasətçi, 1 yanvar 2011-ci ildən 2016-cı ilə kimi Braziliya Federativ Respublikasının prezidenti olmuşdur, sol İşçilər partiyasının üzvüdür. == Valdeyinləri == Dilma 14 dekabr 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. Onun atası Bolqarıstan Kommunist Partiyasının fəal üzvü idi və 1929-cu ildə siyasi təqiblər üzündən Bolqarıstandan mühacirət etməyə məcbur olmuşdu. Bir müddət Fransada yaşamış, burada öz soyadını Rousseff yazmağa başlamışdı. Sonra Argentinaya köçmüş və bir neçə il də keçdikdən Braziliyada yaşamağa başladı. Burada o, Dilma Jane Koimbra Silva ilə evlənmiş və onların bu nikahdan üç uşağı dünyaya gəlmişdir: İqor, Dilma Vana və Jana Lusia. == İnqilabi fəaliyyəti == Dilma, Juan Qulartın devrilməsinə gətirən, 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başladı. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşuldu. Fraksiya, Braziliyada 1964–1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi.
Dilzə (Piranşəhr)
Dilzə (fars. ديلزه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (48 ailə).
Dəlmə bağları
Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. 7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur. == 1918-1920 == İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən: -Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir.Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir.Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir. Qurbangahlar da qəbrə bu tərəfdən işlənmişdir. Qəbirlərin kameralarının ölçüləri müxtəlifdir (0,7-0,9 x 1,3 x 1,5 m).
Dəlmə qalası
Dəlmə qalası — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Sabirkəndin yaxınlığında, Dəlmə nekropolundan 700-750 metr qərbdə, dağın zirvəsində arxeoloji abidə. Qalanın şərq divarının eni 2 metrə qədərdir. Bir neçə keramika fraqmentlərindən başqa yerüstü materiala demək olar ki, rast gəlinmir. Coğrafi mövqeyini əsas götürdükdə, qala sanki gizlədilmişdir. Qaladan qısa müddətdə, ən çoxu bir əsr istifadə olunmuşdur. Bir təbəqəli abidədir. nekropolun ölçüləri və quruluşu da qalaya uyğundur. Qalanın yerləşdiyi dağın cənub ətəklərində iki dairəvi plana malik kürənin qalıqları vardır. Tədqiqat işləri aparılma dığından kürələrin təyinatı haqqında müəyyən bir fikir söyləmək çətindir. Lakin onların qala ilə əlaqədar olduğu şübhəsizdir.
Edişə (Cəlilabad)
Edişə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Edişə oyk, sadə. Cəlilabad r-nunun Hovuzbulaq i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Xocavənd r-nunun Xocavənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişe adlı dörd kənd qeydə alınmışdır. Edişe adlı tayfanın XII-XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır.
Edişə (Xocavənd)
Edişə — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edişə kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişa adlı dörd kənd qeydə alınmışdır. Edişə adlı tayfanın XII–XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Edirne
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var.Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. == Qardaş şəhərlər == Yambol Prizren Aleksandropolis == Ədirnədə idman == Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir. Olin Ədirnə Basketbol ədirnə şəhərinin basketbol komandasıdır.
Əbilcə
Əbilcə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Toponim Əbil şəxs adına -cə şəkilçisini əlavə etməklə yaranmışdır, "Əbilə məxsus yer" mənasındadır.
Ədirnə
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var.Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. == Qardaş şəhərlər == Yambol Prizren Aleksandropolis == Ədirnədə idman == Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir. Olin Ədirnə Basketbol ədirnə şəhərinin basketbol komandasıdır.
Ədimi
Ədimi-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Poştab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,974 nəfər və 630 ailədən ibarət idi.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 572 nəfərdir. == Toponimiyası == Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Güngör Dilmen
Güngör Dilmən Qalyoncu (türk. Güngör Dilmen Kalyoncu; 27 may 1930, Təkirdağ – 8 iyul 2012, İzmir) türk dramaturq. Tarix və mifologiyadan ilhamlanan Midas'ın kulakları və Ben Anadolu Dilmenin ən vacib əsərlərdən sayılır. == Haqqında == Dilmən İstanbul Universitetin ədəbiyyat fakültənin klassik filologiya şöbəsində oxuyub 1960-cı ildə məzun oldu. İlk şeiri 1956-cı ildə Yücəl jurnalında nəşr edilmişdir. 1959-cu ildə Cinema - Teatr Jurnalı tərəfindən açılan müsabiqədə Dilmənin Midasın kulakları pyesi birincilik mükafatını qazandı. Midas Üçləməsi adlı trilogiyanin ilk əsəri olan Midasın kulakları, Gənclik Teatrında və sonra Ankara Dövlət Teatrında səhnəyə qoyuldu. Ali təhsilini bitirdikdən sonra 1961-ci ildə Fulbright Təqaüdü alaraq ABŞ-yə getdi və Yale Teatr Məktəbində rejissorluq, səhnə işıqlandırması və səhnə dizaynı kimi mövzulara maraq göstərdi. Eyni ildə Təl-Əvivdəki Həbima teatrın qonağı olaraq İsrailə getdi, sonra bir müddət Yunan hökumətinin köməyi ilə Afinada yaşadı. ABŞ-da yazdığı Canlı Maymun Lokantası pyesi Türkiyənin Xalq evləri cəmiyyətindən ona bir mükafat qazandı.1964-1966 arasında İstanbul Bələdiyyə Şəhər Teatrının işıqlandırma şöbəsində çalışmışdır.
Kəsilmə emalçısı
Kəsilmə emalçısı ( ing. interrupt handler (IH) ~ ru. обработчик прерываний ~ tr. kesme işleyici) – müəyyən kəsilmələri emal etmək üçün yerinə yetirilən xüsusi prosedur. Hər bir kəsilmə növü müəyyən prosedurla bağlıdır. Kompüter yaddaşının aşağı ünvanlarında hər bir kəsilmə üçün uyğun prosedurların ünvanlar cədvəli saxlanılır. Bu ünvanlar göstəricilər (POINTERS) və ya vektorlar (VECTORS) adlandırılır, çünki onlar kəsilmə emalçılarının başlanğıcını göstərir. Proqramçılar sistemdə olan kəsilmə emalçıları toplusunu əvəzləmək və ya genişləndirmək üçün özlərinin kəsilmə emalçılarını yarada bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rıdvan Dilmen
Rıdvan Dilmen — Fənərbaxça və Türk milli futbol komandası üçün xüsusi qeyd edilməli veteran Türk futbolçudur. Karyerası ərzində Rıdvan Türk Super Liqasının ən təcrübəli oyunçularından biri halına gəldi. O ya hücumçu-yarımmüdafiəçi, ya da kənar və hücumçu mövqesində oynayırdı. Onun xoşuna gəlməməsinə baxmayaraq, çox sayda məqamda ona "Şeytan Rıdvan" ("Rıdvan Şeytan") ləqəbi verilmişdir. Rıdvan bir oyunçu kimi təqaüdçü olduqdan sonra bir sıra komandalarda məşqçilik etmişdir. Məşqçilik karyerasının sonunda isə Rıdvan Dilmən rəngli şərhçi, analitik və idman yazarı kimi fəaliyyətinə davam etməkdədir. == Futbol karyerası == Dilmen, 1977-ci ildə Sümerspor ilə debüt etdi. 1979-cu ildə 25 oyunluq müqaviləylə Muğlaspor'a transfer oldu və 1980-1983 illəri arasında Boluspor üçün futbol oynayarkən məşhurlaşdı. 1983-1987-ci illərdə Sarıyer üçün oynadıqdan sonra Fənərbaxçaya imza atdı və uşaqlıq xəyalını yerinə yetirdi. Fənərbaxçanın 36 oyunda 103 qolla çempion olduğu 1988-89 Türkiyə Liqası mövsümünün əsas aktyorlarından biri idi.
Səid Ədilov
Səid Həsən oğlu Ədilov (5 noyabr 1994; Bərdə rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Ədilov 5 noyabr 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Səid Ədilov 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səid Ədilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Ədilov 2 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şirvani Ədilli
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı. == Həyatı == 17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Yaradıcılığı == Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub. Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub.
Ədirnə ili
Ədirnə ili — Türkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanla sərhəddə yerləşir. Şərqdə Kırklareli, Təkirdağ, cənubda Çanaqqala və Egey dənizi, qərbdə Evros (Yunanıstan), şimalda isə Haskovo (Bolqarıstan) ilə əhatələnmişdir. == Etimologiyası == Ədirnənin ən qədim xalqı Traklardır. Onlar Meriç və Tunca çaylarının birləşdiyi bölgədə bir kənd saldılar. Kəndin adı Odris (Odrisia) idi. Makedoniyalı İsgəndərin dövründə kəndinin adı dəyişdirilərək Odrestia (Odrestas) olaraq dəyişdirilmişdir. II əsrdə Roma imperatoru Adrianın (117-138) Orestia qəsəbəsinin stratejik əhəmiyyətinə görə şəhər statusu verildi və təmir işləri aparıldı. Adrianın şərəfinə şəhərin adı dəyişdirilərək Adrianopolis adlandırıldı. Daha sonralar şəhərin adı Adrianopol olaraq formalaşmağa başladı.
Ədirnə müqaviləsi
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. == Arxa plan == Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. == Müqavilə == 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Ədirnə vilayəti
Ədirnə vilayəti — Osmanlı İmperiyası tərkibində, 1867–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ədirnə şəhəri idi.