Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Falsifikasiya edilmə
Falsifikasiya ilə qarışdırılmamalıdır.Falsifikasiya edilmə (ifadənin əsaslı şəkildə falsifikasiya edilməsi, Popper meyarı) — elmi olması iddia edən empirik və ya digər nəzəriyyənin elmilik meyarı. 1935-ci ildə Karl Popper tərəfindən tərtib edilmişdir . Nəzəriyyə Popperin meyarına cavab verir (bu meyarın sınağı ilə bağlı saxtalaşdırıla bilər və müvafiq olaraq elmidir), əgər onun eksperimental və ya digər təkzibi ehtimalı varsa. Bu meyara görə, ifadələr və ya ifadələr sistemi yalnız təcrübə ilə toqquşma qabiliyyətinə malik olduqda, daha dəqiq desək, sistematik şəkildə yoxlanıla bilsə, yəni sınaqlara məruz qalarsa, empirik dünya haqqında təkzib edilən məlumat ehtiva edir. Başqa sözlə, Popperin meyarına görə: elmi nəzəriyyə əsaslı şəkildə təkzibedilməz ola bilməz . Beləliklə, bu doktrinaya görə, “demarkasiya” deyilən problem, yəni elmi biliyin qeyri-elmi biliklərdən ayrılması problemi həll olunur . Falsifikasiya edilmə prinsipi verifikasiya prinsipinin əksidir: fərziyyəni yoxlayarkən tədqiqatçı onu təsdiqləyən nümunələr axtarır, falsifikasiya prinsipi isə əskinə onu təkzib edən nümunələri.
Ölmüş elan edilmə
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. == Azərbaycan qanunvericiliyində mahiyyəti == Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: === Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi === 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Aktivlərin idarə edilməsi
Aktivlərin idarə edilməsi (asset management) 1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması. 2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması. Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir. Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır.Aktivlərin idarə edilməsi zamanı, təşkilat qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır. Bu isə özündə aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır. Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır. Bu zaman aktivləri idarə edən şirkətin sərəncamında portfel idarəetməsi üzrə ixtisaslaşmış menecerlər, o cümlədən investorların kapitalları ilə bağlı detlallı informasiyaya çıxış olur, bu da onlara hətta investorların üzərində müstəsna hüquq verir.
Bredanın təslim edilməsi
Bredanın təslim edilməsi — Dahi ispan rəssamı Diyeqo Velaskesin ən məşhur rəsm əsərlərindəndir. 1634-cü ildə çəkilmiş əsər hazırda Madridin Prado muzeyində saxlanır.
Cəbrayılın azad edilməsi
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. == Arxa plan == Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. == Döyüşlər == === 27 sentyabr === Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. === 1-ci həftə (28.09–04.10) === Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H.İ.Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920-1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. == Arxa planı == Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. == Ad == “Edam edilmiş İntibah” bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917-1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Füzulinin azad edilməsi
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir. 9 oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir.
Hadrutun azad edilməsi
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi.27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı. == Döyüşlər == Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi.
Madagizin azad edilməsi
Suqovuşan döyüşü (erm. Մատաղիսի ճակատամարտ) — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri. Nəticədə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir. Onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.
Maraqların ifadə edilməsi
Maraqların ifadə edilməsi — Qabriel Almond tərəfindən elmi dövriyyəyə buraxılan və siyasi sistemin siyasi partiyalar tərəfindən cəmiyyətin subyektlərinin (fərdlər və sosial qruplar) mövcud siyasi sistemə olan tələblərini müəyyənləşdirməsindəki funksiyasını ifadə edən bir siyasi elm termini. Mənafelərin əsas ifadə formaları seçkilərdə səsvermə, vətəndaşların etiraz fəaliyyəti, qeyri-rəsmi birləşmələrin və ictimai hərəkatların kollektiv fəaliyyətidir. == Həmçinin bax == Maraqların cəmlənməsi == İstinadlar == == Ədəbiyyat == Gabriel Almond. Interest Groups in the Political Process. 52 (American Political Science Review). 1958. (also published in Comparative Politics, pp. 128–156, ed. Macridis and Brown) Herbert Victor Wiseman. Political Systems.
Qubadlının azad edilməsi
Qubadlı döyüşü və ya Qubadlı uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 25-də başladılan hərbi əməliyyatlar. == Arxa plan == Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. == Nəticə == Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi.
Suqovuşanın azad edilməsi
Suqovuşan döyüşü (erm. Մատաղիսի ճակատամարտ) — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri. Nəticədə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir. Onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.
Vəd edilmiş torpaqlar
Vəd edilmiş torpaqlar (ivr: הארץ המובטחת‎, rom:ha-Aretz ha-Muvtachat), Yəhudiliyə görə Yehova tərəfindən İsrail övladlarına vəd edilən torpaq. Tam sərhədləri məlum olmamaqla birlikdə, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılmışdır. Tövratın Təkvin kitabının XV Babında isə belə yazır: O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyətinə (soyuna) verdim.Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilmişdir. Bununla yanaşı sərhədlərinin tam olaraq müəyyənləşdirilməmiş olmasına görə bu tərif də olduqca mübahisəlidir.
Zəngilanın azad edilməsi
Zəngilan döyüşü və ya Zəngilan uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatlar. Zəngilan döyüşləri, Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi. == Arxa plan == Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. == Döyüşlər == Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. == Nəticə == Zəngilan döyüşü nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
İsfahanın azad edilməsi
İsfahanın azad edilməsi — Nadir xanın rəhbərliyindəki Səfəvi ordusunun Murçe-Xort döyüşündə Əşrəf xanın əfqan ordusunu məğlub etməsinin nəticəsi idi. == Şəhərin azad edilməsi == İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək şəhəri ələ keçirmişdilər. İndi isə (1729) şəhər yenidən Səfəvi dövlətinin tabeliyinə keçirdi.Murçe-Xort döyüşündən bir gün sonra — 16 noyabr 1729-cu ildə Nadir xan ordusuna İsfahana daxil olma əmri verdi. Səfəvi ordusunun İsfahana daxil olması ilə Əşrəf xanın şəhəri tərk etməsindən sonra yaranmış özbaşınalıq və xaosa dərhal son verildi. Əfqanların İsfahanı ələ keçirən zaman törətdiyi qırğına cavab olaraq şəhərdəki əfqanlar öldürüldü və meyidləri küçələrdə sürükləndirildi. Qısasçıların bir digər hədəfi isə 1722-ci ildə İsfahanı tutan əfqan hökmdarı Mir Mahmud Hotaki oldu. Onun məzarı üzərində olan məqbərə dağıdıldı və ictimai tualet kimi istifadə edildi. == II Təhmasibin paytaxta gəlməsi == 1729-cu ilin noyabr ayının 9-da şəhər qapılarının qarşısında Nadir xan II Təhmasib şahı qarşılamaq üçün gözləyirdi. Şah, Nadir xana çatan kimi minnətdarlıq əlaməti kimi atdan düşdü və ona öz təşəkkürünü bildirdi.
Şuşanın azad edilməsi
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Dilək Qaya
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. == Həyatı == Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir.18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir.2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir.2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir. Bu görüş Ədalət və İnkişaf Partiyası sədri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, o cümlədən Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı tərəfindən tənqid olunmuşdur.
Dilək boğazı
Dilək boğazı (türk. Dilek Boğazı) və ya Dar boğaz, Mikale boğazı (yun. Στενό της Μυκάλης) – Yunanistanın Samos adasını Kiçik Asiya yarımadasındakı Aydın ilindəki Quşadası bölgəsindən ayıran dar bir boğaz. Samsun dağlarının (Dilek, Mikale) Egey dənizinə girdiyi nöqtədə yerləşir. Ən dar yeri 1,6 km-dir və bu yunanların Egey adalarını Türkiyə sahillərindən ayıran ən dar boğazdır. Boğazda Bayraq adası yerləşir. Boğazın materik sahili boyunca Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı yerləşir. Dilək boğazının cənubunda, Yerond boğazının sahilində Geson çayı və Skolopoent (indiki Doğanbey) bölgəsində Mikalenin cənub yamaclarında, eramızdan əvvəl 479-cu ildə meydana gələn, II Leotixid və Ksantippin rəhbərliyi altında yunanların farsları məğlub etdiyi məşhur Mikale döyüşü baş tutmuşdur.
Dilək piri
Dilək piri — Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgah. Pir daşdan tikilmiş bir оtaqlı binadan ibarətdir. Girişi cənub tərəfdəndir. Şərq tərəfə baxan bir pəncərəsi, qərb divarının içəri tərəfində bir dördkünc fоrmalı taxçası vardır. Binanın interyeri sadə оlub gəclə suvanmışdır. Binanın fasadında kiçik həcmli üçbucaq fоrmalı taxça vardır. Taxça hisdən qaralmışdır. Taxçada çıraq, ya da şam yandırılır, daş yapışdırmaqla niyyət edilir. Binanın içərisi İslam dininin müqəddəs şəxsiyyətlərinin şəkilləri və dini mоtivli digər rəsmlərlə bəzədilmişdir. Pirin indiyədək saxlanmış tikintiləri XIX əsrə aid оlsa da, ətrafdan aşkar оlunan şirli və şirsiz saxsı məmulatı оnun Erkən Оrta əsrlərdən fəaliyyət göstərdiyini deməyə əsas verir.
Dilək İmamoğlu
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. == Həyatı == Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir.18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir.2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir.2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir. Bu görüş Ədalət və İnkişaf Partiyası sədri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, o cümlədən Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı tərəfindən tənqid olunmuşdur.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. == Məqsədi == Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Adilbek Mussin
Adilbek Mussin (4 oktyabr 1999) — Qazaxıstanlı üzgüçü. Adilbek Mussin Qazaxıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adilbek Mussin birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.13 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Güngör Dilmen
Güngör Dilmən Qalyoncu (türk. Güngör Dilmen Kalyoncu; 27 may 1930, Təkirdağ – 8 iyul 2012, İzmir) türk dramaturq. Tarix və mifologiyadan ilhamlanan Midas'ın kulakları və Ben Anadolu Dilmenin ən vacib əsərlərdən sayılır. == Haqqında == Dilmən İstanbul Universitetin ədəbiyyat fakültənin klassik filologiya şöbəsində oxuyub 1960-cı ildə məzun oldu. İlk şeiri 1956-cı ildə Yücəl jurnalında nəşr edilmişdir. 1959-cu ildə Cinema - Teatr Jurnalı tərəfindən açılan müsabiqədə Dilmənin Midasın kulakları pyesi birincilik mükafatını qazandı. Midas Üçləməsi adlı trilogiyanin ilk əsəri olan Midasın kulakları, Gənclik Teatrında və sonra Ankara Dövlət Teatrında səhnəyə qoyuldu. Ali təhsilini bitirdikdən sonra 1961-ci ildə Fulbright Təqaüdü alaraq ABŞ-yə getdi və Yale Teatr Məktəbində rejissorluq, səhnə işıqlandırması və səhnə dizaynı kimi mövzulara maraq göstərdi. Eyni ildə Təl-Əvivdəki Həbima teatrın qonağı olaraq İsrailə getdi, sonra bir müddət Yunan hökumətinin köməyi ilə Afinada yaşadı. ABŞ-da yazdığı Canlı Maymun Lokantası pyesi Türkiyənin Xalq evləri cəmiyyətindən ona bir mükafat qazandı.1964-1966 arasında İstanbul Bələdiyyə Şəhər Teatrının işıqlandırma şöbəsində çalışmışdır.
Rıdvan Dilmen
Rıdvan Dilmen — Fənərbaxça və Türk milli futbol komandası üçün xüsusi qeyd edilməli veteran Türk futbolçudur. Karyerası ərzində Rıdvan Türk Super Liqasının ən təcrübəli oyunçularından biri halına gəldi. O ya hücumçu-yarımmüdafiəçi, ya da kənar və hücumçu mövqesində oynayırdı. Onun xoşuna gəlməməsinə baxmayaraq, çox sayda məqamda ona "Şeytan Rıdvan" ("Rıdvan Şeytan") ləqəbi verilmişdir. Rıdvan bir oyunçu kimi təqaüdçü olduqdan sonra bir sıra komandalarda məşqçilik etmişdir. Məşqçilik karyerasının sonunda isə Rıdvan Dilmən rəngli şərhçi, analitik və idman yazarı kimi fəaliyyətinə davam etməkdədir. == Futbol karyerası == Dilmen, 1977-ci ildə Sümerspor ilə debüt etdi. 1979-cu ildə 25 oyunluq müqaviləylə Muğlaspor'a transfer oldu və 1980-1983 illəri arasında Boluspor üçün futbol oynayarkən məşhurlaşdı. 1983-1987-ci illərdə Sarıyer üçün oynadıqdan sonra Fənərbaxçaya imza atdı və uşaqlıq xəyalını yerinə yetirdi. Fənərbaxçanın 36 oyunda 103 qolla çempion olduğu 1988-89 Türkiyə Liqası mövsümünün əsas aktyorlarından biri idi.