ELSU

«el» və «su» sözlərindən düzəlmiş «elin suyu» mənasındadır; elin xoşbəxtliyindən xəbər verən.
ELSONA
ELSURƏ
OBASTAN VİKİ
Elsuort Torpağı
Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır. Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, Çili və ABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.
Elsuort dağları
Elsuort dağları (ing. Ellsworth Mountains) — Antarktidada yerləşən ən hündür dağ sistemidir. Tərkibinə Sentinel və Heritic silsilələri daxildir. Antarktidanın ən hündür zirvəsi olan Vinson massivi Sentinel dağları silsiləsində yerləşir. Elsuort dağları 401 km uzunluğa və 223 km enə malikdir. Gilli suxurlardan ibarətdir. Silsilə ərazisində zəngin daş kömür ehtiyatları vardır. Dağ sistemi 1935-ci ildə ABŞ araşdırmaçısı Linkoln Elsuort tərəfindən kəşf edilmiş və bir müddət sonra onun şərəfinə adlandırılmışdır. 1958—1966 illərdə ABŞ geologiya xidməti tərəfindən tətqiq edilmişdir.
Elsuort gölü
Elsuort gölü (ing. Lake Ellsworth) — Antarktida ərazisində buzaltında yerləşən göl. Bir çox aliklərin fikirinə görə göl təqribi olaraq 125 mln xarici aləmlə əlaqəsi yoxdur. Gölün ölçüləri 14,7 km х 3,1 km nisbətindədir. Elsuort gölünün sahəsi 28,9 km². Dərinliyi isə 52-156 metr arasında dəyişir. Gölün həcmi 1,37 km³-dir. Gölün araşdırılmasını Böyük Britaniya alimləri həyata keçirir.
зачини́ть изма́тываться Нового́дие отбро́сить пра́вденка стихотворе́ние будора́га гандбо́л гидроцефа́л лику́юще некомпете́нтно переспро́с свих art Camberwell beauty grossness harlequin Dane knocker-up osteologic penwiper plumbingware reseau tidy unquestioning writing ink