Esmiralda Şahbazova
Şahbazova Esmiralda Məmmədəli qızı — azərbaycanlı aktrisa.
== Həyatı ==
Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1985-ci ildə təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilib: bu teatrda çalışdığı 5 il ərzində onlarla tamaşada çıxış edib. 1990-1992-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.
"Dronqo" serialında mehmanxana inzibatçısı rolunu oynamışdır.
Aktrisa Yağmur Şahbazovanın anasıdır.
== Mükafatları ==
Azərbaycan Respublikasının əməkdar artisti — 2002
Prezident mükafatı — 9 may 2024
== Əsas rolları ==
Adamın adamı (Anar) — Nazlı-qəmzəli
Ovod (E.L.Voyniç) — Cemma
Mumu (İ.Turgenyev) — xanım
Mingəçevir Dövlət Dram Teatrı
Vaqif (S.Vurğun) — Gülnar
Nabat xalanın çörəyi (N.Həsənzadə) — Fərəh
Bakı Bələdiyyə Teatrı
Tomris (Altunbay) — Qövhərşah; rəqqasə qız
Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər
Nadir şah (N.Nərimanov) — Gülcahan
Dəli Domrul (A.Məmmədov) — Banı
İnsan və iblis (Ə.Pəhləvan) — Dilbər
Dönüş (C.Cabbarlı) — Xurşud
İblis (H.Cavid) — Xavər
Xəyanətin müsibəti (İ.Kərimov) — Cuda
Damokl qılıncı (N.Hikmət) — arxitektorun arvadı
Elektra (Sofokl) — qız
Türk sancağı (A.Qurbani) — ana
Məhsəti (N.Rəfibəyli) — Məhsəti
== Filmoqrafiya ==
Salur Qazanın evi talandığı boy (film, 2001)
Yoxlama (film, 2006)
Tək olanda qorxma...