EX

ex1

n I eks, X hərfinin adı

n II (pl exes və ya ex’s) d.d. keçmiş arvad / ər

ex2

pref Rütbə / Vəzifə bildirən sözlərin əvvəlində işlənir və “keçmiş, sabiq” mənasını ifadə edir: ex-champion keçmiş / sabiq çempion; ex-president keçmiş / sabiq prezident; ex-prime-minister sabiq / keçmiş baş nazir; ex-wife keçmiş arvad; ex-husband keçmiş ər

EVOLVEMENT
EX-SERVICE
OBASTAN VİKİ
Ex
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. ==
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Ex Deo
Ex Deo — 2008-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == Qrupun vokalisti Kataklysm qrupundan Maurizio Iacono və gitaristi Jean-Francois Dagenais-dur. Qrupun musiqisi Kataklysm qrupuna bənzəsə də, musiqisi və sözləri demək olar tamamilə Roma İmperiyasıdan bəhs olunur. Qrup Nuclear Blast albom şirkəti ilə müqavilə imzalayaraq, 2009-cu ildə ilk debüt studio "Romulus" adlı albomunu buraxdı. Albomun Romules adlı trekinə klip çəkildi. Bu albomun musiqi bəstəsini gitarist Jean-Francois Dagenais yazmışdır. Bundan əlavə olaraq albomun çıxışı və tanıtımı üçün Karl Sanders (Nile), Obsidian C. (Keep of Kalessin) və Nergal (Behemoth) kimi şəxs dəvət edilmişdir. 2010-cu ildə qrup Napalm Records albom şirkəti ilə birgə, 29 avqust 2010-cu ildə "Caligvla" adlı ikinci studio albomunu buraxdı.
Ex gratia
Ex gratia (hərdən - ex-gratia) — ən çox hüquqi kontekstlərdə istifadə olunan latın ifadəsi (hərfən - lütflə, mərhəmətlə). Bir şey əvəzsiz ediləndə könüllü olaraq, mərhəmətlə, xoş niyyətlə edilir. Belə ödənişləri həyata keçirən hüquqi və ya fiziki şəxs heç bir hüquqi məsuliyyət daşımır. Təşkilatlar, hökumətlər və sığortalılar tərəfindən fiziki şəxslərə ödənişlər sığortadan fərqlidir. Sığorta vəziyyətində ödənişlər etmək öhdəliyi var, ex gratia ödəniş isə ödəyicinin xoş niyyətini ifadə edir. Əmlakın itirilməsi və ya zədələnməsi və ya personalın ixtisarı zamanı istifadə oluna bilər. Belə ödənişlərin vergiyə cəlb edilməsinin özəllikləri var, xüsusən ABŞ-da onlar federal və ştat vergilərinə, Böyük Britaniyada isə 30 min funt-sterlinqə qədər vergiyə cəlb edilmirlər. Dövlətlərdən ex gratia ödənişlərinin bəzi nümunələri: 1988-ci ildə ABŞ Fars körfəzi üzərində vurulmuş təyyarənin sərnişinlərinin yaxınlarına təzminat təklif etdi. 1996-cı ildə ümumi kompensasiya 61,8 milyon dollar idi. Birləşmiş Ştatlar 1999-cu ildə Belqradda Çin səfirliyinin bombalanması zamanı həlak olanların və yaralananların ailələrinə 4,5 milyon dollar ödəyib.
Deep-Ex-Sense
Anatoliy Anatoliyeviç Semyonov (rus. Анатолий Анатольевич Семенов, 2 yanvar 1992, Georgiyevsk, Stavropol diyarı) daha çox Deep-Ex-Sense ləqəbi ilə tanınır. rusiyalı hip-hop ifaçısı və batl-reper. Russian Battle League və Slovo layihələrinin iştirakçısı olub. RBL:All Stars və RBL:Universe layihələrinin qalibi olub. Slovo:Krasnodar layihəsinin dörddə bir final mərhələsinə qədər yüksəlib. Rusiyanın ən güclü batl-reperlərindən biri hesab olunur. == Bioqrafiya == 2 yanvar 1992-ci ildə Georgiyevskdə dünyaya göz açıb. 2011-ci ildə ilk bəstələrini yazmağa başlayıb. 2013-cü ildə müxtəlif onlayn batl proyektlərində iştirak edib.
With Love To An Ex
With Love To An Ex — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca yeddinci studiya albomu "Song Machine, Season One: Strange Timez"-da səsləndirilmiş mahnı. Bu mahnıda CAR müğənnisi Moonchild Sanelly xüsusi qonaq qismində çıxış edir.
E3 (Electronic Entertainment Expo)
Electronic Entertainment Expo (E³) (2006-2008-ci illər ərzində:E³ Media and Business Summit) — hər il keçirilən videooyun sərgilərindən biridir. Bu sərgidə videooyun hazırlayanlar hazırladıqları oyunları sərgidə nümayiş etdirirlər. Sər hər il Kaliforniyanın San-Xose şəhərində may ayında keçirilir. Sərginin sonunda heç kəsdən asılı olmayan komissiya tərəfindən "Game Critics Awards" mükafatı verilir..
Electronic Entertainment Expo
Electronic Entertainment Expo (E³) (2006-2008-ci illər ərzində:E³ Media and Business Summit) — hər il keçirilən videooyun sərgilərindən biridir. Bu sərgidə videooyun hazırlayanlar hazırladıqları oyunları sərgidə nümayiş etdirirlər. Sər hər il Kaliforniyanın San-Xose şəhərində may ayında keçirilir. Sərginin sonunda heç kəsdən asılı olmayan komissiya tərəfindən "Game Critics Awards" mükafatı verilir..
Erigeron exilis
Erigeron exilis (lat. Erigeron exilis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron eximius
Erigeron eximius (lat. Erigeron eximius) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib. Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.
Exmeya
Exmeya (lat. Aechmea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinə aid bitki cinsi.
Exnaton
Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Teben – e.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu. == Həyatı == IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü.
Exo (Azərbaycan qəzeti)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Exo (nimfa)
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj, dağ nimfası - oreada. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur. == Exo və Nərgiz == Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
Exo (qəzet)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Exo (qəzet, Azərbaycan)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Exo yoxedilməsi
Exo yoxedilməsi - göndərən modemin kanalın girişində yalançı siqnalların meydana çıxmasını izləmək yolu ilə rabitə xətlərində (məsələn, peykdən veriliş zamanı) exolara nəzarət üsulu. Əsas verilişi təkrarlayan exoların nəzarətdə saxlanması müəyyən gecikmələrə görə mümkün olur. Exonun yoxedilməsi zamanı modem qəbuledilən siqnalı ötürülən siqnalın çevrilmiş (yəni “əks işarə ilə”) versiyası ilə cəmləyir və nəticədə exo yox olur, daxil olan verilənlər isə toxunulmaz qalır. Exonun yoxedilməsi verilənlərin 9600 bit/san sürətlə ötürülməsi üçün CCITT komitəsinin məsləhət bildiyi V.32 standartının bir hissəsidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Exocoetus volitans
Exocoetus volitans (lat. Exocoetus volitans) — exocoetus cinsinə aid balıq növü.
Exokardioqrafiya
Exokardioqrafiya — ürəyin ultrasəs müayinəsi. EKQ ilə birlikdə kardiologiyanın önəmli qeyri-invaziv müayinə üsullarından biridir. == Növləri == === Transtorakal (Döşüstü) Exokardioqrafiya (TTE) === Transtorakal Exokardioqrafiya (TTE) zamanı ürək döşüstü, yəni bədənin xaricindən, müayinə olunur. Bu zaman əsasən 2 nöqtədən baxış keçirilir: sol parasternal (döşsümüyü yanı) baxışda 2 müayinə kəsiyi var: qısa ox kəsiyi uzun ox kəsiyi apikal (ürək zirvəsindən) baxışda 4 görünüş var: dörd boşluq görüntüsü (dördkameralı görünüş) beş boşluq görüntüsü (beşkameralı görünüş) üç boşluq görüntüsü (üçkameralı görünüş) iki boşluq görüntüsü (ikikameralı görünüş) Digər əlavə ölçmə nöqtəsi subcostal nöqtədir (qabırğaaltı görünüş, xəncərəbənzər çıxıntının altından). Müxtəlif yöntəmlərlə ürəyin fəaliyyətini aşağıdakı kimi müayinə etmək olar: M-rejim ultrasəsin birölçülü müayinəsidir. Bu zaman sol parasternal yandan aortal və mitral qapaqlar, sol mədəcik müayinə olunur. 2-ölçülü B-rejimində ağ-qara görüntülərin sayəsində real zamanda qapaqların quruluşu, mədəciklərin yığılma fəaliyyəti və ölçüləri müayinə edilir. PW- və CW-Doppler Rəngli Doppler === Transezofageal (Yeməkborusudaxili) Exokardioqrafiya (TEE) === === Stress Exokardioqrafiyası === === 3D (Üçölçülü) Exokardioqrafiyası === === Kontrastlı Exokardioqrafiya === === Fetal (Döl) Exokardioqrafiya === == İstinadlar == == Ədəbiyyat == European Journal of Echocardiography. Guidelines of European Society of Cardiology — Recommendations for chamber quantification. December, 2005.
Exolaliya
Exolaliya — başqası tərəfindən çıxarılan səslərin təkrarlanmasıdır. "Exolaliya" sözü Yunanca "təkrarlamaq", mənasına gələn "ἠχώ" və "danışmaq" mənasına gələn λαλείν felindən törəmiş olan "mənasız danışma" mənasında λαλιά sözlərinin birləşməsindən gəlir. Bu zaman insan cavab vermək əvəzinə, qarşısındakının dediyini təkrarlayır. Autizm, Turet sindromu, Afaziya, Rubinşteyn-Taybi sindromu, inkişaf pozğunluğu, şizofreniya, bəzən isə psixopataloji digər hallarda exolaliya müşahidə olunur. İstənilmədən edildiyində sinir səyriməsi hesab edilir. Dərhal verilən reaksiyalar (dərhal exolaliya) hər hansı bir sözü və ya cümləni eşidilən anda təkrarlamaqdır. Gecikən exolaliya isə əvvəllər eşidilmiş olan, məsələn, bir neçə gün əvvəl eşidilmiş reklam səsi kimi, aradan bir neçə vaxt keçdikdən sonra təkrarlamasıdır.
Exolokasiya
Exolokasiya – əşyalardan əks olunan səs dalğalarının və ya radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin təyin edilməsi. Akustik exolokasiya, radioekolokasiya və hidroekolokasiya formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti, balina və s.-də canlı exolokasiya var. Exolokasiya heyvanların səmti bilməsi, maneələrdən qorunması, həmçinin qida axtarması üçün vacibdir. Yarasa və delfinin exolokatoru ətraflı tədqiq edilmişdir. Exolokasiya prinsipi ilə işləyən texniki qurğular, sualtı qayıqların yerini öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və okean dibi relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki exolokasiya qurğuların həssaslığına görə canlıların exolokasiyasından geri qalır.
Exolot
Exolot — ultrasəs səs dalğalarının köməyi ilə dəniz dibinin dərinliyini ölçən və şaquli dəniz mühitində olan obyektlərin səthə olan məsafəsini təyin edən naviqasiya vasitəsi.
Exomiocarpon
Exomiocarpon (lat. Exomiocarpon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Exomiocarpon madagascariense
Exophya
Epidendrum (lat. Epidendrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Exothamnus
Haplopappus (lat. Haplopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Exploit
Eksployt (ing. Exploit - "istismar etmək") — proqram təminatında olan zəif yerlərdən istifadə edən və əməliyyat sisteminə hücumu həyata keçirmək üçün tətbiq olunan kompüter proqramı, proqram kodunun fraqmenti və ya komandalar ardıcıllığı. Hücumun məqsədi həm sistem üzərində nəzarəti ələ almaq (səlahiyyətləri artırmaq), həm də onun fəaliyyətini pozmaq ola bilər (DoS hücumlar). == Təsnifat == Zəif yerləri olan proqram təminatına giriş imkanı almaq metodundan asılı olaraq eksploytlər iki yerə bölünür: uzaq (REMOTE) və lokal (LOCAL). Uzaq eksployt şəbəkədə işləyir və zəif yeri olan sistemə qabaqcadan girmədən mühafizədə olan zəiflikdən istifadə edir. Lokal eksployt isə qabaqcadan giriş (adətən, ən yüksək hüquq) almaqla bilavasitə zəif yeri olan sistemdə başladılır. Eksployt hücumu əməliyyat sisteminin müxtəlif komponentlərinə yönələ bilər: server proqramlarına, müştəri proqramlarına və ya əməliyyat siteminin modullarına. Serverdə olan zəif yerlərdən istifadə etmək üçün eksploytun ziyanverici kodun olduğu sorğu formalaşdıraraq serverə göndərməsi kifayətdir. Müştəri kompüterindəki zəif yerlərdən istifadə etmək bir qədər çətindir: bunun üçün istifadəçini saxta serverə qoşulmanın zəruriliyinə inandırmaq lazımdır. Eksployt ilkin mətnlər, icra modulları, yaxud zəif yerlərdən istifadənin sözlə təsviri şəklində yayıla bilər.
Explorer-1
Explorer-1 (ing. Explorer-1) – süni peyk. Verner fon Braun-nun komandası tərəfindən 1 fevral 1958-ci ildə saat 3:48-də (UTC) kosmosa göndərilmişdir. Explorer-1 28 fevral 1958-ci ildə yayımı dayandırdı, 1970-ci ilin mart ayına qədər orbitdə oldu.
Explosions in the Sky
Explosions in the Sky — 1999-cu ildə Ostin, Texasda qurulmuş post rok qrupudur. Explosions In The Sky, post rok deyiləndə ağla ilk gələn qruplardan biridir. Digər bir çox post rok qrupları kimi, musiqiləri yavaş və epiktir. Mahnılarının hamısı instrumentaldır. Ancaq, qrup eyni tərz musiqiçilər arasında, dərhal seçilən bir tərzə malikdir. 2000-ci ildə "How Strange, Innocence" albomunu çıxardan qrup, xüsusilə 2001-ci ildə çıxartdığı "Those Who Tell The Truth Shall Die, Those Who Tell The Truth Shall Live Forever" adlı albomuyla musiqi bazarında çox yaxşı müvəffəqiyyət əldə etdi. 2003-cü ildə çıxartdıqları albomları "The Earth Is Not A Cold Dead Place" ilə şöhrətini daha da artıran qrup, 2005-ci ildə nümayış olunan Friday Night Lights adlı filmin musiqilərinin də böyük bir hissəsinə imza atdı. Qrup, 2005-ci ildə isə "The Rescue" adında bir albom çıxartdı. 2007-ci ilə gəldikdə isə "All Of A Sudden I Miss Everyone" adlı albomunu çıxaran qrup, son olaraq 2011-ci il aprelində "Take Care, Take Care, Take Care" albomunu dinləyicilərinə təqdim etdi.
Exsar
== Coğrafi mövqe == Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. == Hekayə == 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.

Значение слова в других словарях