FÜSUNKAR

sif. [ fars. ] Valehedici, məftunedici, heyranedici, əfsanəvi. Füsunkar mənzərə.
– Səmavi tüllərdən əynində köynək; Füsunkar bir gəlin oturmuşdu tək. M.Dilbazi.
Bahar füsunkar, əfsanəvi gözəlliyilə bizim ellərə gəlirdi. M.Rzaquluzadə.

Синонимы

  • FÜSUNKAR füsunkar bax məftunedici
  • FÜSUNKAR cazibəli — məlahətli — lətafətli — məftun
FÜSUN
FÜSUNKARLIQ
OBASTAN VİKİ
Füsunkar xanım
Füsunkar xanım - Avropada, orta əsrlərdə yüksək mənəviyyata - (cəsarət, sadiqlik, qadına qarşı alicənablıq) malik kişinin - cəngavərin öz təxəyyülündə yaratdığı kurtuaz sevgi obyekti olan obraz. Füsunkar xanım həm mənəvi, həm də cismani kamillik idealı idi. Çox vaxt cəngavər özünə qadını görmədən seçirdi. Əsas şərt qadına xidmət, onun bütün tələblərini yerinə yetirmək və bütün rəqiblərdən, xüsusilə qəddar və ya qısqanc ərdən qorumaqdır. Füsunkar xanım obrazı heç şübhəsiz kişi, üstəlik, cəngavər təsəvvürünün məhsulu olub və cəngavər kişilər üçün yaradılmışdı. Füsunkar xanım kurtuaz ədəbiyyatın mərkəzi obrazıdır, məsələn: Flamenka "Flamenka", İzolda "Tristan və İzolda" romanında. Son füsunkar xanım obrazlarından biri, Servantesin ölməz "Don Kixot" əsərində rast gəlinir.

Значение слова в других словарях

бразилья́нец горева́ние кавале́рия маха́льщик недово́льно оты́грываться прича́стник разми́рье реставра́торство сейсмоско́п судьба-злоде́йка уфологи́ческий ни́ша осети́н приторгова́ть флами́нго фуги́ровать айва розиня pendicle pulverulent span-dogs telotroch совершенствование ясновидение