Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Kürmük kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310-1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825-1918) təyin edilib.
Kürmük məbədi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310-1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825-1918) təyin edilib.
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Kürmük Qax FK
Kürmük Qax FK — 1990-cı ildə Qaxda yaranan, Azərbaycanın köklü klublarından biridir. Hazırda Azərbaycan İkinci Liqasında çıxış edir. == Tarixi == 2023/2024-cü ildən etibarən Azərbaycan İkinci Liqasında çıxış etməyə başladı. == Loqo == Qax həmişədən Müdafiə Qalası rolunu oynayıb. Bu səbəbdən Qaxda qala sayı çoxluq təşkil edir. Sumuq qala , Şeyx Şamil Qalası , Dəyirman qalası buna misal ola bilər. Bu özünü loqoda da göstərib. Belə ki, "Müdafiə Qalası" fikrinə uyğun olaraq, müdafiənin əsas simvollarından olan iki tərəfli balta əks olunmuşdur. Hal hazırda Qaxda qədim eksponatlar sərgilərində bu baltaya təsadüf edilir. Logodakı yaşıl rəng yaşıllıq bir rayon olduğunu təcəssüm edir.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Qax və Kürmük yeparxiyası
Qax və Kürmük yeparxiyası (gürc. კახისა და ქურმუხის ეპარქია) — Gürcü Pravoslav Kilsəsinin Azərbaycandakı inzibati ərazi vahidi. Mərkəzi Qaxdır. == Tarixi == 4 iyun 2014-cü ildə Xornabuci və Hereti yeparxiyasının iki yerə bölünməsindən sonra yaradılmışdır. Yeparxiyanın ilk rəhbəri Dimitri (Tetruaşvili) olub. 2015-ci ildə Xornabuci yeparxiyasının yepiskopu Dimitri (Kapanadze) həmçinin Qax və Kürmük yeparxiyasına təyin edilib. == Tabeliyində olan məbədlər == Müqəddəs Georgi kilsəsi Müqəddəs Nino kilsəsi Müqəddəs Üçlük kilsəsi == Rəhbərləri == Demetre (Tetruaşvili) (2014-2015) - Vəzifədən getmə səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməməsi olub.
Kurmet ordeni
"Kurmet" ordeni (qaz. Құрмет "şərəf, hörmət") — Qazaxıstan Respublikasının Sərəncamı, 1993-cü ildə təsis edilmişdir. "Kurmet" ordeni vətəndaşlara iqtisadiyyatın, sosial sahənin, elm və mədəniyyətin, təhsilin inkişafındakı xidmətlərinə, dövlət orqanlarında nümunəvi xidmətlərinə və aktiv ictimai fəaliyyətlərinə görə verilir. == Haqqında == Orden nişanı gümüşdən hazırlanmışdır və şüaları yaşıl emaye ilə örtülmüş və sonu Qazaxıstan naxışının elementləri ilə örtülmüş zərli beşguşəli ulduzu əks etdirir. Kirişlər arasında müxtəlif şüalar şəklində gümüş iplər var. Nişanın ortasında qızıl günəşi əks etdirən yuvarlaq mavi emaye medalyon var. Medalyonun altında "ҚҰРМЕТ" yazısı olan qırmızı emaye lent var. Qazax ornamentinin elementi şəklində bir keçid köməyi ilə döş nişanı medal lentlə örtülmüş altıbucaqlı medal blokundan asılır. Kiçik bir eni olan qırmızı zolaqlar ilə haşiyələnmiş, ortasında ağ zolaqlı mavi ipək parça. == Biznes və iqtisadiyyat == Arken Arıstanov, Almatı şəhərinin Regional Maliyyə Mərkəzinin sədri.
Kürmez Xan
Kürmez Xan - türk və altay mifologiyasında ruhlar ilahı. Körmöz Xan və ya Kürmes Xan da deyilir. Yeraltındakı ruhların (Körmözlərin) lideridir. Maniheizm sonrası Hörmüzd ilə əlaqəli olaraq görülmüşlər. Monqol mifologiyasında Xormosta ya da Qormosta, Türk mifologiyasında "Kurbustan" və ya Kürmez adıyla yer alır. Monqollara görə 55 Qərb tanrısının başında tapılar. == Körmözlər == Türk və altay xalq inancında və mifologiyasında mələk və qarabasma növü varlıqlardır. Kürmez xan bunların başında tapılar. Körmös, Kürmös və ya Körümes də deyilir. Kimi zaman Tanrının vəzifələndirdiyi düşünülər.
Əhmədu Kuruma
Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. == Həyatı == Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı.Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950—1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü.Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964—1969), Kamerunda (1974—1984), Toqoda (1984—1994) yaşamışdı. Sonra yenidən doğma yurduna dönmüşdü. Əhmədu Kuruma 11 dekabr 2003-cü ildə Fransada, Lion şəhərində vəfat edib.