FIRILDAQ

is.
1. Hiylə, kələk, dolab, badalaq, biclik. Hərifin fırıldağını başa düşmək.
[Molla İbrahim:] Şeyx Yəhyanın bütün fırıldaqlarını açıb, Xorasan camaatına elan etmək mənim borcum olsun. S.Hüseyn.
[Musa:] De görüm, indi nə fırıldağın var? M.İbrahimov.

□ Fırıldaq gəlmək (düzəltmək, işlətmək) – kələk işlətmək, dolab gəlmək, biclik işlətmək, hiyləbazlıq eləmək, badalaq qurmaq.
Mən az görməmişəm badalaqları; Min fırıldaq gələn o alçaqları! S.Vurğun.
[Ataş:] Mən bilirdim, [Veysəlgili] əvvəl-axır belə fırıldaq düzəltməli idilər. Ə.Vəliyev.

2. dan. Fırıldaqçı mənasında. Fırıldağın biridir.
[Fərrux Natiqə:] Ədə, sən başdanayağa fırıldaqmışsan ki! B.Bayramov.

Синонимы

  • FIRILDAQ fırıldaq bax l. hiylə; 2. fırıldaqçı
  • FIRILDAQ kələk — hiylə — biclik

Этимология

  • FIRILDAQ Kökü təqlidi sözdür, “fırlatmaq”la bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FIRIQ
FIRILDAQÇI

Значение слова в других словарях