fəryad-vaveyla 2021
fərzən 2021
OBASTAN VİKİ
Konservaçan olduğunu fərz et
Konservaçan olduğunu fərz et (ing. assume a can opener) – nəticələrini əsassız və ya həddən artıq sadələşdirilmiş fərziyyələrə əsaslandıran iqtisadçıları və digər nəzəriyyəçiləri ələ salmaq üçün istifadə olunan ifadə. == Tarixi == İfadənin ilk dəfə 1970-ci ildə Britaniya iqtisadçıları tərəfindən işlədildiyi güman olunur. İfadənin işləndiyi ilk kitab Kennet Bouldinq tərəfindən yazılmış "İqtisadiyyat elm kimi" (1970) kitabı olmuşdur: İfadə 1981-ci ildə nəşr olunmuş bir kitabdan sonra populyarlaşmış və iqtisadi mövzularda yazan bir çox şəxs tərəfindən istifadə olunmuşdur. == İstifadəsi == Zarafat və onun tətbiqi 1981-ci ildə Corc Qudman tərəfindən yazılmış "Kağız pul" kitabından sonra məşhurlaşmışdır. O, inflyasiyanın başa çatacağını fərz edən iqtisadçıları ələ salmaq üçün bu zarafatdan bəhs etmiş, "konservaçan olduğunu fərz et" ifadəsinin həmin iqtisadçıların deduktiv məntiqinə qarşı ittiham kimi təqdim etmişdir. ABŞ prezidenti Ronald Reyqan bu zarafatı 9 aprel 1987-ci ildə Perdyu Universitetinin tələbələrinə danışmışdır: "Bir gün bir iqtisadçı, bir kimyaçı və bir mühəndis kimsəsiz adaya düşürlər. Onların ancaq bir lobya konservi olsa da, konservaçan yox idi. Mühəndis palma ağacına çıxmağı, dəqiq məsafədən və dəqiq bucaqdan konservi ataraq onu açmağı təklif edir. Kimyaçı razılaşmır və konservi günəşin altında qoymağı təklif edir.
Emin Fərzəliyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Emin Fərzəlizadə
Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi. Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu. 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu. 2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Frigiya-yunan fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. == Biblioqrafiya == Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Fərzalı
Fərzalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Etimologiyası == Dağlıq ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qarabağdan gəlmiş Fərzalı adlı şəxs saldığına görə kənd onun adı ilə adlandırılmışdır. 1917-ci ildə Cavanşir qəzasında Fərzalıbəyli (1933-cü ildə Bərdə rayonunda Fərzalılar), Qazax qəzasında Fərzalı, (1933-cü ildə Şəmkir rayonunda Fərzah Quşçu) kəndləri də qeydə alınmışdır. Oykonim Xələc tayfalarının bir tirəsi olan fərzalıların adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 559 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu – 2011) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S. Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsi olub. 2011-ci ildə vəfat edib.
Fərzan Özpətək
Fərzan Özpətək (türk. Ferzan Özpetek; 3 fevral 1959, İstanbul) — Türkiyə və İtaliya rejissoru, ssenaristi. == Həyatı == Fərzan Özpətək 1959-cu ildə İstanbulda anadan olmuşdur. 1976-cı ildə Roma Sapiensa Universitetində kino tarixi üzrə təhsil almaq üçün İtaliyaya köçmək qərarına gəlmişdir. Təhsilini Navona Akademiyasında sənət tarixi və kostyum dizaynı dərslərində tamamlamışdır.
Fərze rayonu
Fərze rayonu — Əfqanıstanın Kabil vilayətində rayon. == Haqqında == 18.000 nəfər əhalisi var. Kabil vilayətinin ən yaşıl rayonlarından biridir. Mərkəzi Dehnouye Fərze olan bu rayon 1991-ci ildə Mir Baça Kot vilayətindən müstəqil rayon kimi ayrılmışdır. Fərze rayonu 18 kənddən ibarətdir. Əhalinin əsas gəliri əsasən kənd təsərrüfatındandır. İstalif rayonundan cənubda, Güldərə rayonundan şimalda, Kələkan rayonundan qərbdə, Mir Baça kot rayonundan isə qərb və şimal qərbdə yerləşir.
Fərzikəndi (Germi)
Fərzikəndi (fars. فرضي كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (6 ailə).
Fərzili
Fərzili (əvvəlki adı: Fərzəli) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Fərzəli kəndi Fərzili kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim 1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2001-ci ildən Fərzili kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Fərzəliçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fərzəli Əliyev
Fərzəli Fazil oğlu Əliyev (12 mart 1953, Ağdaş)— fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Əliyev Fərzəli Fazil oğlu 1953-cü il mart ayının 12-də Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur. 1961–1966-cı illərdə Aşağı Ləki kənd orta məktəbində və 1966–1971-ci illərdə Orta Ləki kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1971-ci ildə [[[Gəncə Dövlət Universiteti]]nə fizika-riyaziyyat fakultəsinin fizika ixtisasına daxil olmuş və 1975-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Ağdaş rayonu Orta Ləki kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1981-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1989-cu ildə "Gümüş tellur və selendə qalvano-termomaqnit hadisələr" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2005-ci ildə "Gümüş tellur və selendə elektron-fonon prossesləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. == Əsas elmi nailiyyətləri == Əsas elmi istiqamətləri: darzolaqlı yarımkeçiricilərdə elektron-fonon prossesləri, gümüş halkogenidlərdə və faza keçidinə (FK) məruz qalan bəzi materiallarda FK –nin mexanizminin öyrənilməsi. Əsas elmi nəticələri: 1. Ag2Te kristalının elektrikkeçirmə və termoelektrik əmsallarının temperatur asılılıqlarını köməyi ilə elektronların T≈65K-də aşqar səviyyələrindən rezonans səpilməsi müəyyənləşdirilmişdir; 2.
Fərzəlioba
Fərzəlioba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Köhnə Xudat inzibati ərazi vahidində kənd. == Tarixi == Fərzəlioba kəndi Samur-Dəvəçi ovalığındadır. 1917-ci ildə Hacı Fərzəlioba variantında qeydə alınmışdır. Oykonim Fərzəli (ŞƏRQa.) və oba komponentlərindən duzelib, "Fərzəlinin obası, Fərzəliyə məxsus oba" mənasındadır. Keçmiş oba sonralar daimi yaşayış məntəqəsinə çevrilmışdir.
Fərzəliyev
Fərzəliyev — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslər Abbasqulu Fərzəliyev — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Abdin Fərzəliyev — Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı. Çingiz Fərzəliyev — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi. Əkbər Fərzəliyev — Azərbaycan kino aktyoru, hüquqşünas. Firdovsi Fərzəliyev — Azərbaycan karateçisi. Məşədi Məmməd Fərzəliyev — Qarabağ xanəndəsi. Murad Fərzəliyev (d. 1963) — Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi. Natiq Fərzəliyev — Aktyor Pəhlivan Fərzəliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Hind-Het fərziyyəsi
Hind-Het və ya Hind-Anadolu; İndiyə qədər mövcud olmuş bütün Hind-Avropa və Anadolu dilləri də daxil olmaqla vahid Hind-Avropa termininə ekvivalent bir model olaraq, ilk dəfə 1926-cı ildə Amerika dilçisi "Edqar H. Sturtevant" tərəfindən təklif edilmişdir və sırf hipotetik dil ailəsidir. Termin; "Hind" prefiksi isə Hind-Ari və ya İran hissəsinə aid deyil, yalnız ənənəvi "Hind-Avropa" termini üçün simvolikdir, "Het" hissəsi isə bütövlükdə Anadolu dil ailəsini öz ağuşuna alır. Edgar H. Sturtevant; O, qeyd edir ki, het (Anadolu dilləri) proto-Hind-Avropa dilinin (PHA) yenidən qurulmuş formalarından daha çox arxaik xüsusiyyətlər nümayiş etdirirdi və ola bilsin ki, "proto-hind-avropa"dan əvvəlki, primitiv (ilkin) mərhələdə ayrılıb. Anadolu dilləri üzrə mütəxəssis olan dilçi Haig C. Melchert isə digər tərəfdən, belə fikirləşir ki, "hazırkı trend olan Proto Hind-Avropa dili təkamül etmiş, Anadolunun ibtidai icma quruluşu dövründəki yaşayan insanları proto Hind-Avropa dilində danışan cəmiyyətin qalan hissəsindən böyük ölçüdə təcrid olunmuşdurlar və bir çox ümumi dil yenilikləri xüsusiyyətlərini isə bölüşməmişdirlər". Oxşar bir formada Het və Anadolu "əmiuşaqlarının" "proto-Hind-Avropadan əvvəlki" zamanın çox erkən mərhələsində ayrılaraq, digər Hind-Avropa dillərində itirilmiş olan arxaizmləri mühafizə edərək saxladığı bildirilmişdir. Hind-Het fərziyyəsinin tərəfdarları iddia edirlər ki, ayrılma Hind-Avropa dillərinin qalan bütün qollarının yayılmasından bir neçə min il əvvəl, ehtimal ki, e.ə. VII minillikdə olduğunu iddia edirlər. Bu kontekstdə, Anadolu qolunun ayrılmasından əvvəlki proto dilin "Proto Hind-Het" (PHH) adlandırılması məqsədəmüvafiqdir. Müvafiq olaraq, bütün sonrakı qolları birləşdirən proto-dil növbəti bölünmə qoluna (bəlkə də Tohar) qədər "Proto-Hind-Avropa dili (PHA)" adlandırıla bilər. Bu terminologiya məsələsi olsa da, Hipotez; Anadolu dillərinin Hind-Avropa dilləri və onların geriyə qalan qolları ilə son genetik əlaqəsini müzakirə etmir, yalnız zaman fərqlərinin böyüklük sırasını və xronologiyasını vurğulayır.
Kosmoqonik fərziyələr
Kosmoqonik fərziyələr (rus. космогонические гипотезы, ing. cosmogonical hypotheses) — günəş sisteminin yaranması haqqında fərziyyələr. İlkin elmi fərziyyələr XVIII əsrdə Kant və Laplas tərəfindən söylənilmişdir. Bu fərziyyəyə görə Günəş və planetlər fırlanan geniş qaz-toz buludunun sıxılması nəticəsində əmələ gəlmişdir. XX əsrin ikinci yarısında Kant və Laplas fərziyyəsi əsasında yaranmış və sovet alimi O. Y. Şmidt, ingilis alimi O. Xoyl və b. tərəfindən inkişaf etdirilmiş, Günəşin və planetlərin vahid soyuq qaz-toz buludundan yarandığı təsdiq edilmişdir.
Kurqan fərziyyəsi
Kurqan fərziyyəsi (nəzəriyyəsi) erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir. Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir. Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılıblar. === Ümumi baxış === Nəzəriyyə ilk dəfə 1956-cı ildə Tarixdən əvvəlki Şərqi Avropa kitabının I hissəsində təqdim edilərkən, Marija Gimbutasın Hind-Avropa mənşələrinin axtarışına verdiyi töhfə arxeologiya və linqvistika fənlərinin sintezinə səbəb oldu.
Mehdi Fərzulla-zadə
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fərzalı bəy Fətəlibəyov (1824-1887) — məmur, çar ordusunun zabiti, Tiflis Aleksandr Müəllimlər institutunun məzunu. Mirzə Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında (indiki Ağdamın Ətyeməzli kəndi) anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Fərzalı bəy Şuşa Qəza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müəllimlər Institutunu bitirmişdi. Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəftərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi.
Mirzə Məhəmmədəli xan Fərzin
Mirzə Məhəmmədəli xan Mirzə Məsih oğlu Fərzin (1878-1941)—Qacarlar dövrünün diplomatı. Mirzə Məhəmmədəli xan Mirzə Məsih oğlu 1878-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən İsfahanlıdır. Mükəmməl mədrəsə təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Mirzə Məhəmmədəli xan Fərzin İran Milli məclisinin vəkili olmuşdu. O, İranın Almaniya və Əfqanıstanda vəziri-muxtarı (səfiri) vəzifəsində çalışmışdı. Mirzə Məhəmmədəli xan Fərzin 1941-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Mona Liza haqqında fərziyyələr
XVI əsrdə Leonardo da Vinçi tərəfindən yağlı boya ilə qovaq paneli üzərində çəkilmiş "Mona Liza" (it. Monna Lisa) və ya "Cakonda" (it. La Joconde) portreti müxtəlif fərziyyələrin yaranmasına səbəb olmuşdur. Ənənəvi olaraq portretdə oturmuş xanımın Liza del Cakondo olması qəbul edilsə də, müxtəlif mənbələrdə modelin kimliyi ilə bağlı fərziyyələrə də yer verilmişdir. Həyatının son illərində Leonardo "möhtəşəm Culyano de Mediçidən florensiyalı xanımın sağ ikən çəkilmiş portretini" işləmək sifarişi alır. Liza del Cakondo və Culyano de Mediçi arasında hansısa əlaqənin olmasını sübut edən heç bir sənəd və ya məlumat tapılmadığından Leonardonun başqa florensiyalı xanımın da portretini işlədiyi iddia edilmişdir. Rəssam Syuzan Doroti Vayt Mona Lizanın maskulin ölçüləri və kəllə quruluşunu yazdığı "Təbəssüm anatomiyası: Monanın sümükləri" (ing. Anatomy of a Smile: Mona's Bones, 2002) və "Çeynəyən Mona" (ing. Mona Masticating, 2006) adlı əsərlərində tədqiq edir.. "Bell Labs"dan Lillian Şvarts hesab edir ki, "Mona Liza" əslində Leonardonun avtoportretidir.
Murad Fərzəliyev
Murad Fərzəliyev (22 avqust 1963, İmişli rayonu) — Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. Murad Fərzəliyev, 1963-cü il 22 avqust tarixində İmişli rayonunda anadan olub. Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib. İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru olub. Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. "Şücaət" hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş "Onlar bizimlə yaşıd idi…" xüsusi buraxılışının müəllifidir. İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib. 2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir.
Məhəmməd Əli Fərzani
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.

Значение слова в других словарях