FƏRZ

edilməsi vacib olan dini əmrlərdir. Quranda və mütəvatir hədislərdə olan və heç bir şübhə doğurmayan Allahın buyruqlarıdır. Bu söz Quranın bir-çox ayələrində (33: 38, 2: 197, 3: 60, 2: 236, 4: 118) anılmışdır. Termin kimi daha çox Hənəfi məzhəbində işlədilir. Məsələn, müsəlmanın gündəlik beş vaxt namazının qılınması, Ramazan ayında orucun tutulması fərzdir. Bunları edənlər Allah qarşısında böyük savab qazandıqlarını, etməyənlərin isə Onun mərhəmətindən uzaq qaldıqlarını iddia edirlər. Bilərəkdən Allahın fərz buyurduqlarını tanımayanlar İslamdan çıxmış sayılırlar. Hənəfi məzhəbində fərzlər ikidir: 1. Fərzül-Əyn – bu Ramazan ayında orucun tutulması, namazların qılınması kimi ibadətlərdir; 2. Fərzül-Kifayə – bu cənazə namazının qılınması, cihad kimi əməllərdir. Onları müsəlmanların hamısı deyil, yalnız bəziləri yerinə yetirməlidirlər.
FƏNA
FƏSAD
OBASTAN VİKİ
Konservaçan olduğunu fərz et
Konservaçan olduğunu fərz et (ing. assume a can opener) – nəticələrini əsassız və ya həddən artıq sadələşdirilmiş fərziyyələrə əsaslandıran iqtisadçıları və digər nəzəriyyəçiləri ələ salmaq üçün istifadə olunan ifadə. == Tarixi == İfadənin ilk dəfə 1970-ci ildə Britaniya iqtisadçıları tərəfindən işlədildiyi güman olunur. İfadənin işləndiyi ilk kitab Kennet Bouldinq tərəfindən yazılmış "İqtisadiyyat elm kimi" (1970) kitabı olmuşdur: İfadə 1981-ci ildə nəşr olunmuş bir kitabdan sonra populyarlaşmış və iqtisadi mövzularda yazan bir çox şəxs tərəfindən istifadə olunmuşdur. == İstifadəsi == Zarafat və onun tətbiqi 1981-ci ildə Corc Qudman tərəfindən yazılmış "Kağız pul" kitabından sonra məşhurlaşmışdır. O, inflyasiyanın başa çatacağını fərz edən iqtisadçıları ələ salmaq üçün bu zarafatdan bəhs etmiş, "konservaçan olduğunu fərz et" ifadəsinin həmin iqtisadçıların deduktiv məntiqinə qarşı ittiham kimi təqdim etmişdir. ABŞ prezidenti Ronald Reyqan bu zarafatı 9 aprel 1987-ci ildə Perdyu Universitetinin tələbələrinə danışmışdır: "Bir gün bir iqtisadçı, bir kimyaçı və bir mühəndis kimsəsiz adaya düşürlər. Onların ancaq bir lobya konservi olsa da, konservaçan yox idi. Mühəndis palma ağacına çıxmağı, dəqiq məsafədən və dəqiq bucaqdan konservi ataraq onu açmağı təklif edir. Kimyaçı razılaşmır və konservi günəşin altında qoymağı təklif edir.
Hind-Het fərziyyəsi
Hind-Het və ya Hind-Anadolu; İndiyə qədər mövcud olmuş bütün Hind-Avropa və Anadolu dilləri də daxil olmaqla vahid Hind-Avropa termininə ekvivalent bir model olaraq, ilk dəfə 1926-cı ildə Amerika dilçisi "Edqar H. Sturtevant" tərəfindən təklif edilmişdir və sırf hipotetik dil ailəsidir. Termin; "Hind" prefiksi isə Hind-Ari və ya İran hissəsinə aid deyil, yalnız ənənəvi "Hind-Avropa" termini üçün simvolikdir, "Het" hissəsi isə bütövlükdə Anadolu dil ailəsini öz ağuşuna alır. Edgar H. Sturtevant; O, qeyd edir ki, het (Anadolu dilləri) proto-Hind-Avropa dilinin (PHA) yenidən qurulmuş formalarından daha çox arxaik xüsusiyyətlər nümayiş etdirirdi və ola bilsin ki, "proto-hind-avropa"dan əvvəlki, primitiv (ilkin) mərhələdə ayrılıb. Anadolu dilləri üzrə mütəxəssis olan dilçi Haig C. Melchert isə digər tərəfdən, belə fikirləşir ki, "hazırkı trend olan Proto Hind-Avropa dili təkamül etmiş, Anadolunun ibtidai icma quruluşu dövründəki yaşayan insanları proto Hind-Avropa dilində danışan cəmiyyətin qalan hissəsindən böyük ölçüdə təcrid olunmuşdurlar və bir çox ümumi dil yenilikləri xüsusiyyətlərini isə bölüşməmişdirlər". Oxşar bir formada Het və Anadolu "əmiuşaqlarının" "proto-Hind-Avropadan əvvəlki" zamanın çox erkən mərhələsində ayrılaraq, digər Hind-Avropa dillərində itirilmiş olan arxaizmləri mühafizə edərək saxladığı bildirilmişdir. Hind-Het fərziyyəsinin tərəfdarları iddia edirlər ki, ayrılma Hind-Avropa dillərinin qalan bütün qollarının yayılmasından bir neçə min il əvvəl, ehtimal ki, e.ə. VII minillikdə olduğunu iddia edirlər. Bu kontekstdə, Anadolu qolunun ayrılmasından əvvəlki proto dilin "Proto Hind-Het" (PHH) adlandırılması məqsədəmüvafiqdir. Müvafiq olaraq, bütün sonrakı qolları birləşdirən proto-dil növbəti bölünmə qoluna (bəlkə də Tohar) qədər "Proto-Hind-Avropa dili (PHA)" adlandırıla bilər. Bu terminologiya məsələsi olsa da, Hipotez; Anadolu dillərinin Hind-Avropa dilləri və onların geriyə qalan qolları ilə son genetik əlaqəsini müzakirə etmir, yalnız zaman fərqlərinin böyüklük sırasını və xronologiyasını vurğulayır.
Kosmoqonik fərziyələr
Kosmoqonik fərziyələr (rus. космогонические гипотезы, ing. cosmogonical hypotheses) — günəş sisteminin yaranması haqqında fərziyyələr. İlkin elmi fərziyyələr XVIII əsrdə Kant və Laplas tərəfindən söylənilmişdir. Bu fərziyyəyə görə Günəş və planetlər fırlanan geniş qaz-toz buludunun sıxılması nəticəsində əmələ gəlmişdir. XX əsrin ikinci yarısında Kant və Laplas fərziyyəsi əsasında yaranmış və sovet alimi O. Y. Şmidt, ingilis alimi O. Xoyl və b. tərəfindən inkişaf etdirilmiş, Günəşin və planetlərin vahid soyuq qaz-toz buludundan yarandığı təsdiq edilmişdir.
Kurqan fərziyyəsi
Kurqan fərziyyəsi (nəzəriyyəsi) — erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir. Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir. Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılmışdırlar. === Ümumi baxış === Nəzəriyyə ilk dəfə 1956-cı ildə Tarixdən əvvəlki Şərqi Avropa kitabının I hissəsində təqdim edilərkən, Marija Gimbutasın Hind-Avropa mənşələrinin axtarışına verdiyi töhfə arxeologiya və linqvistika fənlərinin sintezinə səbəb oldu.
Mehdi Fərzulla-zadə
Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Məhəmmədəli xan Fərzin
Mirzə Məhəmmədəli xan Mirzə Məsih oğlu Fərzin (1878-1941)—Qacarlar dövrünün diplomatı. == Həyatı == Mirzə Məhəmmədəli xan Mirzə Məsih oğlu 1878-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən İsfahanlıdır. Mükəmməl mədrəsə təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Mirzə Məhəmmədəli xan Fərzin İran Milli məclisinin vəkili olmuşdu. O, İranın Almaniya və Əfqanıstanda vəziri-muxtarı (səfiri) vəzifəsində çalışmışdı. Mirzə Məhəmmədəli xan Fərzin 1941-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Mona Liza haqqında fərziyyələr
XVI əsrdə Leonardo da Vinçi tərəfindən yağlı boya ilə qovaq paneli üzərində çəkilmiş "Mona Liza" (it. Monna Lisa) və ya "Cakonda" (it. La Joconde) portreti müxtəlif fərziyyələrin yaranmasına səbəb olmuşdur. == Portretin subyekti == Ənənəvi olaraq portretdə oturmuş xanımın Liza del Cakondo olması qəbul edilsə də, müxtəlif mənbələrdə modelin kimliyi ilə bağlı fərziyyələrə də yer verilmişdir. Həyatının son illərində Leonardo "möhtəşəm Culyano de Mediçidən florensiyalı xanımın sağ ikən çəkilmiş portretini" işləmək sifarişi alır. Liza del Cakondo və Culyano de Mediçi arasında hansısa əlaqənin olmasını sübut edən heç bir sənəd və ya məlumat tapılmadığından Leonardonun başqa florensiyalı xanımın da portretini işlədiyi iddia edilmişdir. Rəssam Syuzan Doroti Vayt Mona Lizanın maskulin ölçüləri və kəllə quruluşunu yazdığı "Təbəssüm anatomiyası: Monanın sümükləri" (ing. Anatomy of a Smile: Mona's Bones, 2002) və "Çeynəyən Mona" (ing. Mona Masticating, 2006) adlı əsərlərində tədqiq edir.. "Bell Labs"dan Lillian Şvarts hesab edir ki, "Mona Liza" əslində Leonardonun avtoportretidir.
Murad Fərzəliyev
Murad Fərzəliyev (22 avqust 1963, İmişli rayonu) — Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. == Həyatı == Murad Fərzəliyev, 1963-cü il 22 avqust tarixində İmişli rayonunda anadan olub. Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru olub. Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. "Şücaət" hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş "Onlar bizimlə yaşıd idi…" xüsusi buraxılışının müəllifidir. İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib. 2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir.
Məhəmməd Əli Fərzani
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. == Həyatı və təhsili == Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Məhəmməd Əli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. == Həyatı və təhsili == Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Məhəmmədəli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. == Həyatı və təhsili == Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru. == Həyatı == Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970–1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.
Məşədi Məhəmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də "Şüştər" ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı.
Məşədi Məmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də "Şüştər" ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı.
Natiq Fərzəliyev
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Ossillyasion-fərziyyə
Ossillyasion-fərziyyə (rus. осцилляционная гипотеза, ing. oscillation hypothesis fr. oscillation) — titrəyiş, tərəddüd Xaarman tərəfindən təklif edilmiş fərziyyə. O.f. tektonik strukturların əmələ gəlməsini kosmik quvvələrin təsiri altında yaranan qabıqaltı plastik kütlənin yerdəyişməsi nəticəsində əmələ gələn yer qabığının titrəyişli hərəkətləri ilə izah edir. Xaarman qırışıqların əmələgəlməsində sıxılmanın rolunu rədd edir. Xaarman fərziyyəsinə qarşı müxtəlif etirazlar mövcuddur.
Pəhlivan Fərzəliyev
Pəhlivan Fərzəliyev (27 sentyabr 1958, Qobu Dilağarda, Qaryagin rayonu – 11 aprel 1992, Füzuli rayonu) — Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir. == Döyüşlərdə iştirakı == BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur. == Ailəsi == Evli idi.
Pərviz Fərzəliyev
Qaçaq Fərzalı
== Həyatı == Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Rizvan Fərzəliyev
Rizvan Fərzəliyev - Araz Naxçıvan MFK-ın müdafiəçisi kimi oynayan Azərbaycan futzalçısıdır. O, Azərbaycan yığmasının kapitanıdır. 2011-ci ildə UEFA Avropa Furzal Çempionatında Ukraynanı məğlub edərək yarım finala yüksəlməyə kömək edən son penalıtini qola çevirən futzalçı. Yarımfinalda Portuqaliya ilə düşən Azərbaycanın qələbə qolunun müəllifi. Bu ölkənin bu idmanda ən yaxşı performansı idi.
Samiq Fərzalıyev
Samir Fərzəliyev
Saməddin Fərziyev
Təhmasib Fərzəliyev
Təhmasib Əhməd oğlu Fərzəliyev (1928, Naxçıvan) — Folklorşünas, filologiya elmləri namizədi. == Həyatı == Təhmasib Fərzəliyev 1928-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1966-cı ildə «Azərbaycan xalq lətifələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Folklorun nəzəri məsələlərinə dair elmi məqalələrin və monoqrafiyaların müəllifidir.
Tərlan Fərzullayev
Tərlan Yaşar oğlu Fərzullayev (20 iyun 1979, Lənkəran) — Azərbaycan aktyoru. "Bacanaqlar" teleserialındakı roluna görə tanınır. "Qonşular", "Aramızda qalsın", "Üç Bacı", "Qız atası" kimi teleseriallarda çəkilmişdir. == Həyatı == Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Значение слова в других словарях