Bahar novruzçiçəyi
Bahar novruzçuçəyi (lat. Primula veris) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik ot bitkisidir. Qısa kökümsovları şaquli, dik yerləşib, uzunluğu 6-8 sm olmaqla, çoxillik şirəli, qaytanabənzər köklərə malikdir. Kök üstündə olan yarpaqları rozetşəkilli, uzunsov-tərsyumurtavari, qırışıq, kənarları çəpərli, yumşaq tükcüklü, mərkəzi damarı aydın görünən, şirəli və qanadlı saplağı vardır. Gövdəsi yarpaqsız, şirəli, hündürlüyü 15-30 sm, çiçəkqrupunun sonunda sadə birtərəfli çətirləri başı aşağı əyilmiş açıq-sarı rəngli burcuqlu çiçəkləri vardır. Meyvələri yumurtavarı çoxtoxumlu olmaqla, qutucuqda yerləşir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.
Enliyarpaqlı və qarışıq meşələrdə, orta dərəcəli kolluqlarda, seyrək meşəliklərdə, meşə çəmənliklərində və talalarda yaşayır.
Yarpaqlarını, bitki çiçəkləmə başladıqda əl ilə və ya bıçaqla toplamaq lazımdır.