FAIRY-TALE

n 1. sehrli nağıl; 2. pl d.d. uydurma, yalan, yalan-palan, əfsanə

FAIRY
FAIRYLAND
OBASTAN VİKİ
Fairy
Fairy - Procter & Gamble şirkətinə daxil olan, 1950-ci ildə yaradılmış qabların yuyulması üçün maye markası. 1950-ci illərdə Fairy yalnız Böyük Britaniyada satılırdı. Fairy-nin ənənəvi rəngi hər zaman yaşıl olmuşdur. Marka yeni bazara çıxarıldığı dövrlərdə Artıq sizin əlləriniz özünü, bu gün siz qab yuyarkən üzünüzü hiss etdiyiniz kimi rahat hiss edəcək. devizi altında nümayiş etdirilmişdir. Satıldığı bölgələrə görə markanın adında müxtəlif fərqliliklər yaransada bu gün marka məhz Fairy ilə məşhurluq qazanmışdır. Procter & Gamble laboratoriyalarında inkişaf etdirilən Fairy bu gün qoxu kombinatsiyası və qırmızı başlıqlı PET plastik bağlaması ilə daha müasir bir görkəm almışdır. Fairy Böyük Britaniya əldə etdiyi məşhurluq nəticəsində bu ölkədə qabyuyan maye əfsanəsinin əsasını təşkil edir. Belə ki, bir çox sahələrin adları çəkiləndə ağıla yalnız bir markanın gəldiyi kimi qabyuyan maye sahəsindədə bu üstünlük Fairy markasına məxsusudur. Böyük Britaniyadan kənarda marka Dreft yuyucu tozlarının tərkib hissəsində satılır.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. == Türk xalq mədəniyyətində "alın yazısı" == "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Fairy Tail
Fairy Tail (フェアリーテイル, Fearī Teiru, ing. Fairy Tail - Pəri Quyruğu; ing. Fairytale - nağıl) — Hiro Maşimanın manqası və onun əsasında çəkilmiş eyni adlı anime. 2013-cü ilin noyabr ayına, yəni 42-ci cildin çıxan zamana kimi manqanın 25 million nüsxəsi çap olunub. == Məzmun == Uydurulmuş dünyada yaşayan sehrbazlar öz gücləri birləşdirib, ödənişli tapşırıqları eləmək üçün gildiyalara birləşirlər. Lüsi Hartfillia adlı sehrbaz hər şeyi dağıdmağına görə bilinən Fairy Tail adlı gildiyada üzv olmaq istəyir. == İstehsal == Hiro Maşimanın fikrincə sentimental və məyus olan Rave Master adlı keçmiş layihəni bitirdikdən sonra, o Fairy Tail hekayəsində "[hər kəs üçün] çox şən" olmağı istəyirdi. Onu yaradanda məcusilər ilə sehrbazlardan ilhamlanmışdı. Natsunun dəniz xəstəliyini taksidə həmişə özünü bis hiss elədiyi dostundan alıb. == Media == === Manqa === Hiro Maşima yazdığı və çəkdiyi Fairy Tail manqası 2006-cı ilin avqustun 2-dən Weekly Shōnen Magazine jurnalında çap olunur.
Tale Babayev
Babayev Tale Bəyənulla oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babayev Tale Bəyənulla oğlu 1964-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf havasını uda-uda, mayası halallıqdan yoğrulmuş bir ailədə böyümüşdü. Yaqublu kənd orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə kənddəki “Azərbaycan” sovxozunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdı. 1984 – 1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi. 1991-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq cəbhəyə yola düşmüşdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə edirdi.
Tale Bağırzadə
Taleh Bağırov və ya Taleh Bağırzadə (tam adı:Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı dini ekstremist, qruplaşma yaradan, ilahiyyatçı == Həyatı == Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 4 oğlu var. Ali təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Tale Heydərov
Tale Kəmaləddin oğlu Heydərov (9 fevral 1985) — Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008–2018), "Qəbələ" idman klubunun keçmiş prezidenti, Avropa Azərbaycan Məktəbi, "LIBRAFF" kitab mağazaları şəbəkəsinin, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisi, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. == Təhsili == 2001–2003 illərdə Londonda Kolinqam Kollecində oxumuşdur. 2003–2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. 2006 −2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb. == Avropa Azərbaycan Cəmiyyətində (AAC/TEAS) fəaliyyəti == TEAS Tale Heydərov tərəfindən 2006-cı ildə təsis olunmuş London Azərbaycan Cəmiyyətinin əsasında 2008-ci ilin noyabr ayında yaradılmışdır. Tale Heydərov təşkilatın təsisçisi və sədri vəzifəsində fəaliyyət göstərmişdir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin güclənməsi işinə dəstək verilməsi olmuşdur.Avropa Azərbaycan Cəmiyyətinin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri olub.AAC biznes, ictimai diplomatiya, mədəniyyət və xeyriyyəçilik sahəsində fəaliyyət göstərib. AAC tərəfindən təşkil olunan Biznes Forumlarda Azərbaycanın biznes və investisiya imkanlarını işıqlandırıb. İctimai diplomatiya fəaliyyəti çərçivəsində Azərbaycanın Avropada tanıdılması işi həyata keçirilib. AAC-nin Azərbaycanın tanıdılmasına dəstək verən mədəniyyət tədbirlərinə Avropanın müxtəlif şəhərlərində təşkil olunan konsertlər, sərgilər, xeyriyyə tədbirləri və kitab təqdimatları daxil olub.
Tale alleqoriyası
Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır. 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir. == Tarixi == Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir. Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi. Rosanın dostları əsəri gördükdən sonra onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər. 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur.
Tale Şirinov
Tale Qadir oğlu Şirinov (21 noyabr 1996, Çuxur Qəbələ, Qəbələ rayonu – 8 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Tale Şirinov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tale Şirinov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. == Həyatı == Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır.Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. === Təhsili === Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. == Musiqiçilik fəaliyyəti == Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib. Talıbın oxuduğu bəzi mahnıların söz və musiqiləri özünə aiddir.
Tale (film, 2001)
Tale 2001-ci ildə çəkilən bir türk filmidir. Filmin rejissoruluğu Zəki Dəmirkubuz tərəfindən edilib. == Mövzusu == Yad romanının tamamilə eyni sayılmayan bir uyğunlaşmasıdır və Musa xarakteri Merso (fr. Meursault) xarakterinə bənzəyir. Gömrük məmuru Musa bir-birinin əksi iki hadisə arasında fərq görməyən biridir. Anasının ölümünə reaksiya verməyən Musa iki uşaq və bir ananı öldürməkdə günahkar bilinməsinə də səs çıxartmır...
Parlaq tale (film, 1972)
== Məzmun ==
Tale yükü (film, 1997)
== Məzmun == Film Fatmanın (Ruhiyyə Hüseynova) başına gələn əhvalatlar haqqındadır. Filmdə baş verən hadisələr yaradıcı təxəyyülü bəhrəsi olaraq 1994-1995-ci illəri əhatə edir. == Film haqqında == Film aktyor Məmməd Quliyevin kinoda son işidir. Film Akif Axundovun "Fatmanın Hekayəti" povesti əsasında çəkilmişdir.
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür)‎) ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anna Seneka tərəfindən tərcümə edilmişdir.
İndiana Cons və tale məbədi
İndiana Cons və tale məbədi (ing. Indiana Jones and the Temple of Doom) — 1984-cü ildə ABŞ-də çəkilmiş macəra filmidir. İndiana Cons franşızın ikinci filmi və İtən sandığın axtarışında filminin prikvelı. == İstehsalı == Şimali Hindistan və Amber rəsmiləri filmin məzmunu təhqiredici sayıb, öz ərazisində çəkilişə icazə vermədilər. Nəticədə, çəkilişlər Londonda və Şri Lankada keçib və buna görə kənd, məbəd və Pankot Sarayı üçün əlavə rəsmlər və miqyaslı modelləri işlətmək lazım olub. Bu cür əlavə xərclərə görə bu filmin büdcəsi 28,17 mln. dollar olaraq İtirilmiş sandığı axtaranları filmin büdcəsindən 8 mln. artıq olmuş. Çəkilişlər 1983-cü ilin aprelin 18-də Şri Lankanın Kandi şəhərində başlayıb. Mayın 5-də isə, onlar İngiltərənin Hartfordşir bölgəsindəki Elstree Studios-a köçürülüb.
İndiana Cons və tale məbədi (film, 1984)
İndiana Cons və tale məbədi (ing. Indiana Jones and the Temple of Doom) — 1984-cü ildə ABŞ-də çəkilmiş macəra filmidir. İndiana Cons franşızın ikinci filmi və İtən sandığın axtarışında filminin prikvelı. == İstehsalı == Şimali Hindistan və Amber rəsmiləri filmin məzmunu təhqiredici sayıb, öz ərazisində çəkilişə icazə vermədilər. Nəticədə, çəkilişlər Londonda və Şri Lankada keçib və buna görə kənd, məbəd və Pankot Sarayı üçün əlavə rəsmlər və miqyaslı modelləri işlətmək lazım olub. Bu cür əlavə xərclərə görə bu filmin büdcəsi 28,17 mln. dollar olaraq İtirilmiş sandığı axtaranları filmin büdcəsindən 8 mln. artıq olmuş. Çəkilişlər 1983-cü ilin aprelin 18-də Şri Lankanın Kandi şəhərində başlayıb. Mayın 5-də isə, onlar İngiltərənin Hartfordşir bölgəsindəki Elstree Studios-a köçürülüb.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. == Məzmun == Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub.Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
болта́ть веселёшенький взмотну́ть ворчли́вость голго́фа кондуи́тный непредумы́шленность поперёд трубоукла́дчик хулаху́п бактериа́льный выпрева́ть дошути́ться стенографи́ст суеве́рность суко́тная у́нтерский хлорофи́льный Ладога fine-tooth flip-airplane muck-up mudflat palmist self-complacence