FARMAKOQNOZİYA

сущ. фармакогнозия (раздел фармацевтики, изучающий лекарственное сырьё растительного и животного происхождения)
FARMAKOKİMYA
FARMAKOLİT
OBASTAN VİKİ
Farmakoqnoziya
Farmakoqnoziya — bitki və digər mənşəli dərman xammallarını və belə xammalın emalı məhsullarını öyrənən əsas əczaçılıq elmlərindən biri. == Təsviri == Farmakoqnoziya ayrıca bir elm kimi XIX-cu əsrdə yaranmışdır (dərman elmi Materia medikadan (lat.) ayrılaraq). "Farmakoqnoziya" sözü iki yunan sözündən ibarətdir: φάρμακον, pharmakon (dərman) və γνῶσις gnosis (bilik) və ya latın feli cognosco (con, "ilə" və , "bilmək"; özü yunan γι( γι) feli ilə bağlıdır. γ)νώσκω, gi(g)nósko, yəni "Mən bilirəm, dərk edirəm"), "konseptuallaşdırmaq" və ya "tanımaq" deməkdir. "Farmakoqnoziya" termini ilk dəfə 1811-ci ildə Avstriyalı həkimi Şmidt və 1815-ci ildə Anotheus Seidler tərəfindən "Analekta Pharmacognostica" adlı əsərdə istifadə edilmişdir. XXI-ci əsrin gəlişi farmakoqnoziya elminə canlanma gətirdi və onun ənənəvi botanika elmi kimi yanaşması molekulyar və metabolik səviyyələrə qədər genişləndi. Amerika Farmakoqnoziya Cəmiyyəti farmakoqnoziyanı "dərman, ekoloji, dad və ya digər funksional xüsusiyyətləri ilə faydalı olan təbii məhsul molekullarının (adətən ikincili metabolitlərin) öyrənilməsi" kimi də təyin edir. Digər təriflər botanika, etnobotanika, dəniz biologiyası, mikrobiologiya, bitki mənşəli təbabət, kimya, biotexnologiya, fitokimya, farmakologiya, əczaçılıq, klinik əczaçılıq və əczaçılıq təcrübəsi daxil olmaqla, bioloji fənlərin geniş spektrinə əsaslanaraq daha əhatəlidir. tibbi etnobotanika: dərman məqsədləri üçün bitkilərin ənənəvi istifadəsinin öyrənilməsi; etnofarmakologiya: ənənəvi dərman maddələrinin farmakoloji keyfiyyətlərinin öyrənilməsi; fitoterapiya: bitki ekstraktlarının dərman istifadəsinin öyrənilməsi; fitokimya: bitkilərdən əldə edilən kimyəvi maddələrin öyrənilməsi (bitki mənbələrindən əldə edilən yeni dərman namizədlərinin müəyyən edilməsi daxil olmaqla) zoofarmakoqnoziya: heyvanların xəstəlikləri müalicə etmək və qarşısını almaq üçün bitkiləri, torpaqları və həşəratları seçmək və istifadə etməklə özünü müalicə etməsi prosesi; dəniz farmakoqnoziyası: dəniz orqanizmlərindən alınan kimyəvi maddələrin tədqiqi. == Bioloji fonu == Bütün bitkilər normal metabolik fəaliyyətlərinin bir hissəsi kimi kimyəvi birləşmələr istehsal edirlər.