FİKİRLƏŞMƏK

f.
1. Bir şey və ya iş haqqında düşünmək, götür-qoy etmək, ölçübbiçmək. Bir qədər fikirləş, sonra cavab ver. Bu barədə yaxşı fikirləşmək lazımdır.
– Əhməd tacirbaşı bir az fikirləşdi, o, necə deyərlər, ölçdü-biçdi, götürdü-qoydu, axırda razı olub tədarük görməyə başladı. Koroğlu”.
[Teymur:] Mən bu əməliyyat haqqında çox fikirləşmişəm. H.Seyidbəyli.

// Fikrə getmək, düşüncəyə dalmaq. Məsələnin həlli üzərində fikirləşmək.
[Zeynal] öz qapısının önündə durub fikirləşməyə başladı. S.Hüseyn.

2. Fikrində tutmaq, niyyətində olmaq, düşünmək, bir şey etməyə hazırlaşmaq.
Toydan bir neçə gün sonra ortancıl bacı fikirləşdi ki, durum gedim, görüm bacım necədi. (Nağıl).
Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın. “M.N.lətif.”.
3. Qayğısına qalmaq, halını düşünmək, yaddan çıxarmamaq, tədbir aramaq. Öz oğlunun gələcəyini fikirləşmək. Gənclik haqqında fikirləşmək.

Синонимы

  • FİKİRLƏŞMƏK FİKİRLƏŞMƏK Qızıl Arslan da oturub bu məsələ üzərində fikirləşdi, həm də vəliəhdi gözləyirdi (M.S.Ordubadi); DÜŞÜNMƏK Bu səsdən çıraq kimi gah yanır,
  • FİKİRLƏŞMƏK düşünmək
FİKİRLƏŞMƏ
FİKİRLİ

Значение слова в других словарях

васса́льский Во́рон сидя́щая ще́рить ягни́ться багрить вти́скиваться вычленя́ть де́душкин культурологи́чески неоцени́мый проска́льзывание то́ловый проникнуть closed-minded cyclone cellar dolly-bird phonocardiograph pollenosis rain restraint subemployed venereal палеонтологический фабрить