Fin

Çində tədavüldə olan xırda monet. 1 fin = 1/100 yuan =1/10 dzyao
Filyera
“Finencial Times 100” fond indeksi, Futsi
OBASTAN VİKİ
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976, Orhus) — Danimarkanı təmsil edən stolüstü tennisçi. Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Fin bağı
Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur. Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır. Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər.
Fin dili
Fin dili, (fin suomi, suomen kieli) — fin-uqor dilləri qrupunun baltikyanı-fin budağına aiddir və aqqlyuativ dil kimi xarakterizə edilir. Fin-uqor dilləri və samodiy dilləri (enes dili, nenes dili, nqanasan dili, selkup dili) ural dilləri ailəsini təşkil edirlər. Yazısı latın əlifbası əsasındadır.
Fin körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min кm², uzunluğu 420 кm, eni 70 кm-dən 130 кm-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Fin mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Fin Argus
Steffan Fin Argus (1 sentyabr 1998) — amerikalı aktyor, musiqiçi və modeldir. Arqus 1 sentyabr 1998-ci ildə İllinoys ştatında anadan olub. Onların Sadi adlı böyük bacısı və Leysi adlı kiçik bacısı var. Argus geydir və onlar əvəzliklərindən istifadə edir. O, gender qəribədir.
Fin-uqor dilləri
Fin-uqor dilləri (uqro-fin variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Verxnı adası (Fin körfəzi)
Verxnı adası (fin Vehkasaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Martinsaari adasından 50 m şimal-şərqdə yerləşir. Yaxınlığında Oveçi və Paatio adaları yerləşir. Əvvəllər fin Martinsari kəndinin bir hissəsi Vehkasaari adasında yerləşirdi.
Karel-Fin Sovet Sosialist Respublikası
Karel-Fin Sovet Sosialist Respublikası (fin Karjalais-suomalainen sosialistinen neuvostotasavalta) — 31 mart 1940 - 16 iyul 1956-cı illər arası SSRİ tərkibində yaranma tarixinə görə on altıncı (yaranma tarixinə görə on ikinci) müttəfiq sovet sosialist respublikası. 1956-cı ildə Kareliya MSSR kimi RSFSR tərkibinə daxil oldu.
Cənub-qərbi Finlandiya
Cənub-qərbi Finlandiya (fin Varsinais-Suomi; isv. Egentliga Finland) — Finlandiyanın vilayətidir. Bu vilayət Satakunta, Pirkanmaa, Kanta-Hyame, Uusimaa və Aland ilə əhatələnib. Cənub-qərbi Finlandiyanın təbiəti digər bölgələrdən fərqlənir. Ən diqqətəlayiq biotoplar Arxipelaq dənizi və meşələrdir. Finlandiya böcək növlərinin 80%-nə Cənub-qərbi Finlandiyada rast gəlinir. Sahil yaxınlığında təxminən 20.000 ada var. Cənub-qərbi Finlandiyanın ən cənub nöqtəsi və ən cənubda məskunlaşılan adası Utyodur. Ən yüksək nöqtə Kiikalada 164 metrdir. Vilayət 5 rayondan və 27 kommunadan ibarətdir.
Dendrobium findlayanum
Dendrobium findlayanum (lat. Dendrobium findlayanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Dendrobium findleyanum
Ed Find
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. Anderson, Alan Orr.
Euseius finlandicus
Euseius finlandicus (lat. Euseius finlandicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Financial Post
"Financial Post" — Kanada biznes qəzeti. 1907-ci ildən 1998-ci ilə qədər ingilis dilində nəşr olunmuşdur. 1998-ci ildə nəşr yeni "National Post"a çevrilmişdir. "Financial Post" 1907-ci ildə Con Beyn Maklin təsis edilmişdir və onun təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Həftəlik nəşr olunan qəzet Maklinin media biznesinin əsas aktivlərindən biri idi. Qəzetin redaktorları arasında Floyd Çalmers, Con Qodfrey və Dayan Frensis var idi.
Financial Times
Financial Times (FT) — Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur: London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburq və İstanbul. Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).
Finau Lino Ohuafi
Fincan-fincan
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Fincə Vikipediya
Fincə Vikipediya — Vikipediyanın fin dilində olan bölməsidir. Bu günə gədər 575.919 məqalə yaradılıb.
Find a Grave
Find a Grave (azərb. "Məzar tap"‎) — məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası. Sayt 1995-ci ildə Solt-Leyk-Siti sakini Cim Tipton tərəfindən məşhur adamların dəfn olunduğu yerlər haqqında ümumi bir məlumat bazası olmaması problemini aradan qaldırmaq məqsədilə yaradılıb. Sayt sürətlə böyümüş və 2015-ci ilin fevral ayına olan məlumatlara görə burada artıq 121 milyon qeyd toplanmışdır. Şəxs haqqında fərdi səhifədə onun doğum və ölüm tarixi, bioqrafik məlumatlar, dəfn olunduğu qəbiristanlığın adı, sahənin nömrəsi və şəxsin özünün, eləcə də məzarının fotosu yer alır.
Fineas Teylor Barnum
Fineas Teylor Barnum (5 iyul 1810[…] – 7 aprel 1891[…], Bricport, Konnektikut) — amerikalı sahibkar, siyasətçi və sirk artisti. 1871-ci ildə Barnum öz sirk şirkətini qurdu. On il ərzində çox uğur qazandıqdan sonra, rəqabət onu qüvvələrini birləşdirərək Ceyms A. Bailey (1881) ilə birlikdə "Böyük Barnum və Bailey Sirkini" yaratmağa məcbur etdi. İki, üç və ya hətta dörd fəaliyyət halqası nümayiş olundu. Və 1882-ci ildə nəhəng bir fil olan Jumbo, yeni sirkin ulduzu oldu. Siyasi karyerasına gəlincə, 1867–1869-cu Connecticut qanunverici orqanda xidmət etdi və 1875-ci ildə Bricport meri oldu.
Fineo De Araujo
Fineo De Arauyo (10 aprel 1987-ci ildə anadan olub) — Hücumçu kimi çıxış edən Braziliya əsilli Azərbaycanlı kişi futzalçıdır. Azərbaycan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Azərbaycanın Araz-Naxçıvan MFK futzal klubunda çıxış edir.
Fineo De Arauyo
Fineo De Arauyo (10 aprel 1987-ci ildə anadan olub) — Hücumçu kimi çıxış edən Braziliya əsilli Azərbaycanlı kişi futzalçıdır. Azərbaycan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Azərbaycanın Araz-Naxçıvan MFK futzal klubunda çıxış edir.
Fines və Ferb
Fines və Ferb (ing. Phineas and Ferb) — Den Povenmayr və Ceff Marş tərəfindən yaradılmış ABŞ istehsalı musiqili komediya cizgi-serialı. Disney Channel və Disney XD kanallarında nümayiş olunan serial, Disney Television Animation studiyası tərəfindən hazırlanıb. Cizgi-serial ilk olaraq 17 avqust 2007-ci ildə yayımlanıb, 12 iyun 2015-ci ildə isə tamaşaçıları ilə vidalaşıb. Serialda yay tətili ərzində səkkiz və on yaş arasında olan Fines Flinn (ing. Phineas Flynn) və ögey qardaşı Ferb Fletçerin (ing. Ferb Fletcher) sərgüzəştlərindən bəhs olunur. Oğlanlar hər gün mümkün olmayacaq böyük elmi layihələrə imza atırlar. Etdikləri bu işlər onların bacısı Kendesi (ing. Candace) qıcıqlandırır, o anası Linda Flinn-Fletçer və atası Lourens Fletçerə (ing.
Folker Finke
Folker Finke (d. 24 mart 1948) - alman futbol mütəxəssisi. Hal-hazırda Kamerun milli futbol komandasının baş məşqçisidir. O, 16 il ərzində "Frayburq" futbol klubuna baş məşqçilik etmişdir. 6 dekabr 2008-ci ildə Yaponiyanın "Urava Red Daymondz" klubu Finkenin baş məqçisi kimi cəlb olunduğu və onunla 2010-cu ilə qədər müqavilə imzalandığını elan etmişdir. 18 dekabr 2010-cu ildə Finke 1 fevral 2011-ci il tarixindən etibarən "Köln"nun yeni idman direktoru kimi fəaliyyət göstərəcəyi barədə mətbuata açıqlama verilmişdir. 27 aprel 2011-ci ildə o, mövsümün sonuna kimi komandaya müvəqqəti məşqçilik etmişdir. 10 mart 2012-ci ildə "Köln" "Herta" üzərikdəki 1-0 hesablı qələbədən sonra qarşılıqlı razılaşma əsasında Finke ilə müqaviləni pozmuşdur. 22 may 2013-cü ildə Finke Kamerun milli futbol komandasının baş məqçisi təyin olunmuşdur. Folker Finke bu vəzifədə kamerunlu futbolçuları 2014-cü ildə Braziliyada keçiriləcək mundiala hazırlamalı idi.
FİFA Dünya Kuboku finallarının siyahısı
FİFA Dünya Kuboku 1930-cu ildən etibarən baş tutan beynəlxalq futbol yarışıdır. Dünya Çempionatına Beynəlxalq Futbol Federasiyasına (FIFA) üzv olan yığmalar qatılır. Dörd ildə bir dəfə baş tutan yarış, II Dünya müharibəsi səbəbi ilə 1942 və 1946-cı illərdə baş tutmayıb. Dünya Çempionatı sonuncu dəfə 2018-ci ildə Rusiyada baş tutub. Həmin çempionatın qalibi Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa yığmasını olub. Dünya Çempionatının final oyunu, yarışın sonuncu oyunu hesab olunur. Dünya Çempionatı final oyunu 90 dəqiqə davam edir. Əgər 90 dəqiqə heç-heç başa çatsa, oyun əlavə 30 dəqiqə davam edir. Əgər 30 dəqiqədə heç-heç başa çatsa, oyunsonrası penaltilər seriyası yerinə yetirilir. Final oyununda qalib gələn yığma, FIFA Dünya Çempionatının qalibi elan olunur.
FİFA Dünya Kuboku finalı 2010
2010 FİFA Dünya Kuboku finalı — 11 avqust 2010-cu ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən Sokker siti stadionunda qazanan komandanı təyin etmək üçün oynanılan matç. 0-0 olan hesab uzatma dəqiqələrinin 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qolla dəyişdi. Hesab 1-0 oldu və İspaniya kubokun sahibi oldu. Niderlandın sarı kartlarının sayı və sərt oyunu tənqid olundu. 1950-ci ildə dördüncü yeri tutaraq FİFA Dünya Kubokunda ən böyük müvəffəqiyyətə imza atan İspaniya bu çempionatda ilk dəfə kuboku qazandı. 1974 və 1978-ci illərdə məğlub olduğu son matçlardan sonra Niderland, bu matçda da məğlub olaraq, bu sahədə rekorda imza atdı. Matçdan sonra ilk dəfə Avropa komandası, öz qitəsi xaricində təşkil edilən Dünya Kubokunu qazanmış oldu. Finalçı komanda olan Niderland və İspaniya daha əvvəl heç bir Dünya Kuboku və ya Avropa Çempionatında qarşılaşmamışdı. İlk dəfə 1920 Yay Olimpiya Oyunlarında qarşılaşan iki komanda arasında ümumi 9 matç oynandı. Hər iki komanda dörd oyun qazandı və bir matç bərabərliklə sona çatdı.
FİFA Klublararası Dünya Çempionatı Finalı 2000
Braziliyada təşkil olunmuş ilk FİFA Klublararası Dünya Çempionatının final matçı turnirdə iştirak edən 2 Braziliya klubunun mübarizəsilə başa çatdı. 120 dəqiqəlik qolsuz bərabərlikdən sonra oyunun taleyi penaltilərlə müəyyənləşdi. Korintians penaltilərdə 4-3 hesabı ilə qalib gələrək ilk FİFA Klublararası Dünya Kubokuna sahib çıxdı.
FİFA Klublararası Dünya Çempionatı Finalı 2005
FİFA Klublararası Dünya Çempionatı Toyota Kuboku Yaponiya 2005 Arxivləşdirilib 2012-01-08 at the Wayback Machine, FIFA.com
Heklberri Finnin macəraları
Heklberri Finnin macəraları — Mark Tvenin 1884-cü ildə çıxartdığı roman. Mark Tven məşhur "Tom Soyyerin macəraları" (1876) adlı romanının davamı kimi bu romanı yazmışdır. Kitabda Heklberri Finnin dostu Tom Soyyerlə birlikdə Missisipidə başlarına gələn macəralardan danışılır. Heklberri Finn, 1920 Cizgi filmi, Hek Finn, 1937-ci il filmi, Heklberri Finn 1974 Musiqili film və s.
IBM Global Financing
IBM Global Financing (və ya qısaca IGF) - IBM-in bir bölümüdür. Hazırda dünyanın ən böyük informasiya texnologiyaları maliyyələşdirmə şirkəti hesab olunur. IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər. Müxtəlif təşkilatların IBM və qeyri-IBM məhsullarına (hardware, software və xidmətlərə) olan tələbatları yüksək olduğu halda onları dərhal ödəyib almağa büdcəsi yol vermədiyi üçün onlara müxtəlif növ maliyyələşdirmə imkanları təklif olunur ki, bu da IBM məhsullarını daha asan şərtlərlə əldə etməyə imkan verir. IBM-in bu cür maliyyələşməni yaratmaqda məqsədi müştəriləri kredit institutlarından borc götürməkdən, eləcə də digər vaxt və xərc tələb edən mərhələlərdən azad etməkdir. Bu məqsədlə şirkət kreditqabiliyyətli təşkilatlara şərait yaradır ki, onlar uzunmüddətli strategiyalarını və xərclərini müəyyənləşdirərək daha az risklə IBM məhsullarına sahib olsunlar. Bu əsasən 3 formada həyata keçirilir: IBM Project Financing™ (IBM layihələ maliyyələşdirilməsi); Lizinq və kredit; Xidmətlərin maliyyələşdirilməsi. Bununla da IBM: Birdəfəlik böyük məbləğli ödəmələr əvəzinə periodik və daha az məbləğli ödəmələr təklif edir; Layihənin gəlirlərinə əsasən ödəmə planlarını müəyyən edir; ROI (return on income – gəlirə töhfə) artımı və ödəmə qabiliyyətli mexanizm yaradır; Sahiblik üçün bütün xərcləri azadldır; Strateji bizneslər üçün nağd ödəmə və kredit xətləri açaraq əməkdaşlığı asanlaşdırır; Layihələr üçün riski azaldır və bəzən hətta sıfra endirir IGF-in aktivləri 36 milyard ABŞ dollarıdır və FORTUNE 100 siyahısında olan şirkətlərin 75 faizindən çoxu IGF-in müştərisidir. IGF-in müştəriləri arasında hətta 10 işçisi olan kiçik təşkilatlar da var.

Значение слова в других словарях