fimoz
fin-uqor
OBASTAN VİKİ
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976, Orhus, Mərkəzi Yutlandiya[d]) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Fin bağı
Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur. Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır. == Tarixi == Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər.
Fin dili
Fin dili, (fin suomi, suomen kieli) — fin-uqor dilləri qrupunun baltikyanı-fin budağına aiddir və aqqlyuativ dil kimi xarakterizə edilir. Fin-uqor dilləri və samodiy dilləri (enes dili, nenes dili, nqanasan dili, selkup dili) ural dilləri ailəsini təşkil edirlər. Yazısı latın əlifbası əsasındadır.
Fin körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min кm², uzunluğu 420 кm, eni 70 кm-dən 130 кm-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. == Mənbə == Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Fin mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. == Ümumi xarakteristika == Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Fin Argus
Steffan Fin Argus (1 sentyabr 1998) — amerikalı aktyor, musiqiçi və modeldir. == Həyatı == Arqus 1 sentyabr 1998-ci ildə İllinoys ştatında anadan olub. Onların Sadi adlı böyük bacısı və Leysi adlı kiçik bacısı var. Argus geydir və onlar əvəzliklərindən istifadə edir. O, gender qəribədir.
Fin-uqor dilləri
Fin-uqor dilləri (uqro-fin variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Verxnı adası (Fin körfəzi)
Verxnı adası (fin Vehkasaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Martinsaari adasından 50 m şimal-şərqdə yerləşir. Yaxınlığında Oveçi və Paatio adaları yerləşir. Əvvəllər fin Martinsari kəndinin bir hissəsi Vehkasaari adasında yerləşirdi.
Karel-Fin Sovet Sosialist Respublikası
Karel-Fin Sovet Sosialist Respublikası (fin Karjalais-suomalainen sosialistinen neuvostotasavalta) — 31 mart 1940 - 16 iyul 1956-cı illər arası SSRİ tərkibində yaranma tarixinə görə on altıncı (yaranma tarixinə görə on ikinci) müttəfiq sovet sosialist respublikası. 1956-cı ildə Kareliya MSSR kimi RSFSR tərkibinə daxil oldu.
1956 UEFA Çempionlar Kuboku finalı
1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel Leblon və Jan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di Stefano və Ektor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər. == Finala gedən yol == === Real Madrid === Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi.
1957 UEFA Çempionlar Kuboku finalı
1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di Stefano və Fransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi. Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi. "Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir. == Finala gedən yol == === Real Madrid === "Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi. O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di Stefano və Ramon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər. İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi. Oyunun ümumi hesabı 5–5 oldu.
1958 UEFA Çempionlar Kuboku finalı
1958 UEFA Çempionlar Kuboku finalı ― 28 may 1958-ci ildə Çempionlar Kuboku 1957/1958 mövsümünün qalibini müəyyən etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərinin Eyzel stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klubları arasında baş tutmuşdur. "Real Madrid" əlavə olunmuş vaxtdan sonra oyunda 3–2 hesabı ilə qalib gəldi. Bu, klubun Çempionlar Kubokunda ardıcıl üçüncü uğuru oldu. Oyundan sonra qalib oyunçulara medalları II Albert təqdim etmişdir.
1959 UEFA Çempionlar Kuboku finalı
1959 UEFA Çempionlar Kuboku finalı ―3 iyun 1959-cu ildə Çempionlar Kuboku 1958/1959 mövsümünün qalibini müəyyən etmək üçün Almaniyanın Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və Fransanın "Reyms" klubları arasında baş tutmuşdur. Oyun 2–0 "Real Madrid"in xeyrinə başa çatdı və beləliklə ispan təmsilçisi ard-arda dördüncü Çempionlar Kubokunu qazandı və 1956-cı ildən sonra son dörd il ərzində ikinci dəfə finalda "Reyms" klubuna qalib gəldi. "Real Madrid" oyunda dominantlıq edərək, Enrike Mateos və Alfredo Di Stefanonun qolları sayəsində qələbə çaldı.
1960 UEFA Avropa Çempionatı Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1960 UEFA Millətlər Kuboku Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1964 UEFA Avropa Çempionatı Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1964 UEFA Millətlər Kuboku Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1968 UEFA Avropa Çempionatı Finalı
1968 UEFA Avropa Çempionatı Finalı — 1968-cı il 8 və 10 iyun tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Olimpiko stadionunda İtaliya və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. İlk matç 1-1 hesablı bərabərliklə başa çatdı. Cavab matçında isə İtaliya yığması Luici Riva və Pietro Anastasinin qolları ilə yekunda 2-0 hesabı ilə turnirin qalibi oldular.
1972 UEFA Avropa Çempionatı Finalı
1972 UEFA Avropa Çempionatı Finalı — 1972-cı il 18 iyun tarixində UEFA Avro 1972 turnirinin qalibini müəyyənləşdirmək üçün keçirilmiş final matçı. Matç Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Heyzel stadionunda SSRİ və Qərbi Almaniya milli komandaları arasında keçirilmişdir. Almaniya yığması Gerd Müller (dubl) və Herbert Vimmerin qolları ilə yekunda 3-0 hesablı qələbə qazandı.
1976 UEFA Avropa Çempionatı Finalı
1976 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1976 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə UEFA tərəfindən milli komandalar üçün təşkil etdiyi beşinci UEFA Avropa Çempionatı turniri. Matç 1976-cı ilin 20 iyun tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən Rayko Mitiç stadionunda baş tutdu. Finalda Çexoslovakiya və Almaniya milli komandaları görüşürdü. Bu matç Almaniyada Nacht von Belgrad və ya Belqraddan bir gecə kimi tanınırdı. Əlavə vaxtdan sonra hesab 2-2 idi və beləliklə UEFA Avropa Çempionatı turnirində ilk dəfə 11 metrlik cərimə zərbəsi seriyası baş tutdu. İlk yeddi zərbə qol ilə nəticələndi amma Qərbi Almaniya yığmasından dördüncü zərbəsi Uli Hoeness qapının üzərindən keçdi. Hesab 4-3 olarkən topa yaxınlaşan Antonin Panenka hesabı 5-3 etdi və yekunda Çexoslovakiya qələbə qazandı. Sonuncu 11 metrlik cərimə zərbəsi zamannı Panenka topu torun düz mərkəzinə aşırma formasında göndərərkən alman qapıçı Zepp Mayer sol küncə tullandı. Bu günə qədər onun bu qələbə vuruşu, ən məşhur zərbələrdən biridir və bu formada vurulan 11 metrlik cərimə zərbəsi sinonimi kimi onun adı hallanır. Bu günədək bu oyun Almaniya millisinin sonuncu rəsmi matçıdır ki, 11 metrlik cərimə zərbəsi seriyasından məğlub ayrılır.
1980 UEFA Avropa Çempionatı Finalı
1980 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1980 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə 1980-ci il iyunun 22-də İtaliya paytaxtı Romada yerləşən Olimpiko stadionunda keçirilmiş final matçı. Finalda Belçika və bir öncəki turnirdə ikinci yerin sahibi olmuş Almaniya milli komandası qarşılaşırdı. Belçika Rene Vandereykenin qoluna rəğmən Almaniya millisi Horst Hrubeşin dubl etməsilə yekunda 2-1 hesabı ilə turnirin qalibi oldu.
1984 UEFA Avropa Çempionatı Finalı
1984 UEFA Avropa Çempionatı Finalı UEFA Avro 1984 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə iyunun 27-də Fransanın paytaxtı Parisdə yerləşən Park des Prens stadionunda keçirilmiş final matçı. Finalda turnirin ev sahibi və bir çoxlarına görə Avropanın ən yaxşı komandası olan Fransa ilə turnirə vəsiqə qazanmaq üçün seçmə mərhələnin son matçında Maltanı 12-1 hesabı ilə məğlub edən İspaniya millisi qarşılaşırdı.
1992 Kral Fəhd Kuboku Finalı
1992 Kral Fəhd Kuboku Finalı — 1992-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1992-ci ilin 20 oktyabr tarixində, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Səudiyyə Ərəbistan milli komandaları arasında keçirilmişdir. Matç Argentina yığmasının 3-1 hesablə qələbəsi ilə başa çatmışdır.
1994-cü il futbol üzrə dünya çempionatının final oyunu
FİFA Dünya Kuboku 1994 finalı — final oyunu 1994-cü ilin 17 iyulunda Pasadena, Amerika Birləşmiş Ştatları «Rouz Boul» stadionunda keçirilib. Finalda Braziliya və İtaliya qarşılaşıb. İlk dəfə olaraq dünya çempionatları tarixində final oyunu qolsuz bərabərliklə bitmiş və qalib oyun sonrası penaltilərə müəyyən edilmişdi. Penaltilərdə 3:2 hesabı ilə qalib gələn Braziliya yığması 4-cü dəfə dünya çempionu oldular. Qalibiyyəti onlar 1 mayda dünyasını dəyişmiş məşhur Formula 1 pilotu Ayrton Sennaya həsr etmişdilər.
1995 Kral Fəhd Kuboku Finalı
1995 Kral Fəhd Kuboku Final — 1995-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1995-ci ilin 13 yanvar tarixində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Danimarka milli komandaları arasında keçirilmişdir. Matç Danimarka yığmasının 2-0 hesablə qələbəsi ilə başa çatmışdır.
1997 FİFA Konfederasiyalar Kuboku Finalı
1997 FİFA Konfederasyalar Kuboku Finalı — 1997-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1997-ci ilin 21 dekabr tarixində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Braziliya və Avstraliya milli komandaları arasında keçirilmişdir. Matç Braziliya millisinin 6-0 hesablı qələbəsi ilə bitmişdir.
1999 FİFA Konfederasiyalar Kuboku Finalı
1999 FİFA Konfederasyalar Kuboku Finalı — 1999-cu il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Meksika və Braziliya yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 1999-cu ilin avqusutun 4-də Mexiko şəhərində yerləşən, Azteka stadionunda keçirilmişdir. Meksika yığması matçı 4-3 hesablı qələbə ilə bitirərək turnirin qalibi olmuş ilk KONKAKAF komandası olmuşdur. == Arxa plan == İlk dəfə idi ki, FİFA bayrağı altında Meksika millisi finalda Braziliya millisi ilə qarşılaşırdı və bu vaxta qədər Meksika millisi heç bir FİFA turnirini qələbə ilə bitirməmişdi. Amma turnir 1995-ci ildə sonuncu dəfə Kral Fəhd Kuboku adlandığı mövsümündə Meksika millisi Danimarka və Argentina millilərinin ardıyca turniri üçüncü pillədə başa vurmuşdur. Braziliya millisi üçün isə 1997-ci ildə finalda Avstraliya yığmasına qalib gəldikdən sonra bu turnirdə ardıcıl ikinci final matçı idi. == Meksika == Meksika millisi tarixində ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdı və həmçinin turnirin qalibi olmuş ilk KONKAKAF komandası sayılırdı. Turnirin debüt matçında Meksika Səudiyyə Ərəbistan millisini 5-1 hesabı ilə məğlub etdi. Daha sonra onlar Misir millisi ilə 2-2 hesablı bərabərə qaldılar ki, xüsusilə bu matçın son 10 dəqiqəsində Meksika qapısından 2 top buraxdı. Qrupun son matçında isə onların rəqibi Boliviya yığması idi və bu oyunda onlar 1-0 hesablı qələbə qazanaraq yekunda qrup mərhələsini 7 xal ilə bitirdilər.
2001 FİFA Konfederasiyalar Kuboku Finalı
2001 FİFA Konfederasyalar Kuboku Finalı matçı — 2001-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Yaponiya və Fransa yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 2001-ci ilin 10 iyun tarixində futbol üzrə Yaponiya və Fransa milli komandaları arasında Yaponiyanın Yokohama şəhərində yerləşən Nissan stadionunda baş tutmuşdur. Matç 30-cu dəqiqədə Frank Leböfin uzun ötürməsindən sonra, qapıçı Yoşikatsu Kavaquçinin xeyli irəli çıxmasından faydalanan Patrik Vieyranın vurduğu qol sayəsində 1-0 hesabı ilə Fransa millisinin xeyrinə bitmişdir.
2003 FİFA Konfederasiyalar Kuboku Finalı
2003 FİFA Konfederasiyalar Kuboku Finalı — 2003-cü il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2003-cü ilin 29 iyun tarixində Stad de Frans stadionunda, Kamerun və Fransa yığmaları arasında baş tutdu. Oyunun 97-ci dəqiqəsində vurulan qızıl qol sayəsində Fransa millisi matçı qalib tərəf kimi başa vurdu. Final matçında Kamerun yığması meydana üzərində, Kolumbiya millisinə qarşı keçirdikləri yarımfinal matçı zamanı ürək tutmasından meydandaca həyatını itirmiş komanda üzvü olan Mark Vivyen Foe-nin adı, döğum və vəfat tarixləri yazılmış forma ilə çıxmışdı. Medal və mükafatların təqdimatı zamanı Kamerun millisinin iki üzvü əllərində Foenin böyük şəkillərini tutmuşdur ki, məhz ikincilik medalı onun üzərində asılmışdı. Fransa millisinin kapitanı Marsel Desailliyə medal təqdim edilərkən o, bu medalı Kamerun millisinin kapitanı Riqobert Sonq ilə birgə nümayiş etdirdi.
2005 FİFA Konfederasiyalar Kuboku Finalı
2005 FİFA Konfederasiyalar Kuboku Finalı — 2005-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2005-cü ilin 29 iyun tarixində, Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşən Valdştadion stadionunda, Braziliya və Argentina milli komandaları arasında keçirildi. Matç Braziliya millisinin 4-1 hesablı qələbəsi ilə yekunlaşdı.
2009 FİFA Konfederasiyalar Kuboku Finalı
2009 FİFA Konfederasiyalar Kuboku Finalı — 2009-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2009-cü ilin 28 iyun tarixində, CAR-ın Yohannesburq şəhərində yerləşən Ellis Park stadionunda, Braziliya və ABŞ milli komandaları arasında keçirildi. Matçın ilk hissəsində ABŞ millisi 2-0 hesabı ilə irəlidə olsa da moyunun bitməsinə 6 dəqiqə qalmış Lusionun qolu ilə yekunda Braziliya millisi 2-3 hesabı ilə qələbə qazandı. İlk dəfə kişilərdən ibarət ABŞ milli futbol komandası FİFA-nın keçirdiyi yarışın finalına vəsiqə qazanırdı. Braziliya yığması isə dördüncü dəfə Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanırdı (1997, 1999 və 2005-ci ildən sonra). Matçdan öncə FİFA 2003 FİFA Konfederasiyalar Kuboku Finalı matçında oyun zamanı həyatını itirmiş Kamerun millisinin yarımüdafiəçisi, Mark Vivyen Foenin adını şərəfləndirdi. Üstəlik onun 3 övladından biri olan Mark-Skot, atasının xatirinə xatirə ismarıcı oxudu.
2010 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2013 FİFA Konfederasiyalar Kuboku Finalı
2013 FİFA Konfederasiyalar Kuboku Finalı — 2013-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2013-cü ilin 30 iyun tarixində, Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Marakana stadionunda, Braziliya və İspaniya milli komandaları arasında keçirilmişdir. Braziliya millisi rəqibini 3-0 hesablı yenərək, İspaniyanın 29 oyunluq məğlubiyyətsizlik seriyasına son qoydu. Matç Braziliya üçün turnirdə beşinci final oyunu idi (1997, 1999, 2005 and 2009). İspaniya millisi isə ilk dəfə Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanırdı. Qələbə sayəsində Braziliya millisi ardıcıl olaraq üçüncü dəfə turniri qalib kimi bitirmişdir. Finaldan öncə Braziliya və İspaniya milliləri 8 dəfə qarşılaşmışdılar və bu matçların dördündə Braziliya millisi, 2 matçda İspaniya millisi qalib bitirmiş digər iki matç isə heç-heçə qurtarmışdır. Adidas tərəfindən hazırlanmış olan Adidas Kafusa topu turnirin rəsmi topu sayılırdı. Həmçinin bu top FİFA Klublararası Dünya Kuboku 2012 turnirində də istifadə edilmişdir.
2014 FİFA Dünya Kuboku finalı
2014 FİFA Dünya Kubokunun finalı — FİFA-nın milli futbol komandaları üçün 20-ci yarışı olan 2014 Dünya Çempionatının final oyunu olmuşdur. Qarşılaşma 13 iyul 2014-cü il tarixində Braziliyanın Rio-de-Janeyro şəhərindəki Marakana stadionunda baş tutmuş və Almaniya ilə Argentina milli komandaları arasında gərgin mübarizə ilə yadda qalmışdır. Tədbirdə ona ev sahibliyi edən Braziliya və altı FİFA konfederasiyası tərəfindən təşkil olunmuş təsnifat mərhələsindən çıxmış 31 digər komanda iştirak etmişdi. Qrup mərhələsində 32 komanda mübarizə aparmış, onlardan 16-sı pley-off mərhələsinə vəsiqə qazanmışdı. Finala gedən Almaniya iki qələbə və heç-heçə ilə G qrupunda birinci olmuş, bundan sonra 1/8 finalda Əlcəzairi, 1/4 finalda Fransanı və yarımfinalda Braziliyanı 7–1 hesabı ilə məğlub etmişdi. Argentina isə F qrupunu üç qələbə ilə başa vuraraq 1/8 finalda İsveçrəni, 1/4 finalda Belçikanı və yarımfinalda Hollandiyanı penaltilər seriyasında məğlub etmişdi. Final 74738 azarkeş, eləcə də televiziya üzərindən bir milyarddan çox izləyicinin gözü qarşısında baş tutmuş və onu italiyalı hakim Nikola Ritsoli idarə etmişdi. Qonsalo Hiquain ilk hissədə Almaniya yığmasının qapıçısı Manuel Noyerlə təkbətək olarkən Argentina yığmasına qol vurmaq şansını əldən verdi və Benedikt Hövedesin zərbəsi qapı dirəyinə dəydikdə fasiləyə az qalmış Almaniya önə keçə bilmədi. Lionel Messi ilk hissədən az sonra Noyerlə təkbətək olarkən qol vurmaq imkanı qazandı, lakin onun zərbəsi qapıdan yan keçdi. 71-ci dəqiqədə almanlar Tomas Müller, Andre Şürrle və Mesut Özilin iştirakı ilə qol vəziyyətinə yaxınlaşsalar da top qapıdan keçdi, bütün zərbələr Argentinanın qapıçısı Serxio Romero tərəfindən dəf edildi.

Значение слова в других словарях