Fisincan plov
== Lazım olan ərzaqlar ==
Toyuq — 1 ədəd (çöl quşları ilə daha ləzzətli olur)
Soğan (qırmızı Soğan olsa daha yaxşıdır) — 4 −5 ədəd
Nar — 3–4 ədəd
Qara turşu (rub, lavaşa) — 200 qram
Balqabaq — 1 ədəd (balaca olsa daha yaxşıdır)
Duz
Qoz — 300 qram (döyülmüş formada)
== Hazırlanması ==
Əvvəlcə toyuğun üzərinə 4–5 baş quru soğan, 3–4 dənə yarılmış turş nar, qara turşu, duz, 2–3 dilim boranı qatıb üzərinə su tökürük. Bütün bunların üztünə odda qızardılmış nal və yaxud da dəmir parçası ataraq qaynadırıq. Toyuq bişəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri çıxarırıq. qalan suyu süzür, nar gilələrini isə atırıq. Boranı ilə soğanı birlikdə əzirik. Daha sonra əzilmiş hissəni döyülmüş qozla qarışdırırıq. Sonra da bunları süzdüyümüz su ilə qaynadırırq. Daha sonra alınan qarışığın üzərinə toyuğu da əlavə edib dəmə qoyuruq. Fisincan plovla yeyilir.