Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səbzi (Qoşaçay)
Səbzi (fars. سبزي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (109 ailə).
Səbzi qovurma
Səbziqovurma — xörək növü, aş-plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaq və turşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cumlədən Azərbaycanda geniş yayılmışdır.
Səbzivar şəhristanı
Səbzivar şəhristanı— İranın Rəzəvi Xorasan ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Səbzivar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 296,034 nəfər və 82,431 ailədən ibarət idi.
Səbziqovurma
Səbziqovurma — xörək növü, aş-plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaq və turşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cumlədən Azərbaycanda geniş yayılmışdır.
Səgzi
Səgzi, Seczi və ya Səkkizi — İranın İsfahan ostanının İsfahan şəhristanının Kuhpaya bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,392 nəfər və 1,216 ailədən ibarət idi.
Səbz
Səbz (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Dərə Səbz — İranda kənd.
Depozit qəbzi
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. == Həyatı == O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir.Lakin o, iqtisadiyyatla deyil,ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. == Yaradıcılığı == Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1.Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
Məsud Səbri
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir. == Həyatı == Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; == Həyatı == Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. === Təhsili === 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Səbzə Zeynalova
Səbzə Teymur qızı Zeynalova (d.1925 – ö.?) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Səbzə Zeynalova vaxtsız vəfat etmişdir. Abbasağa Azərtürk "Səbzə yadigarı" adlı poemasını ona ithaf etmişdir.
Əli Səbri
Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor.
Nazlı Səbri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Səbz (Miyanə)
Səbz (fars. سبز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,198 nəfər yaşayır (304 ailə).
Amerikan depozitar qəbzi
Həsən Səbri Ayvazov
Həsən Səbri Ayvazov (1878 -1938)—Krımtatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi. == Həyatı == Həsən Səbri Ayvazov 1878-ci ilin may ayının 6-da Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində doğulmuşdu. Doğulduğu qəsəbədəki mədrəsəni bitirdikdən sonra orada müəllimlik edən Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında inlədiyini görürdü. Azadlığın yollarını arıyırdı. İstanbula, Qahirəyə gedərək təhsilini artırırdı. Xalqını oyatmaq üçün qəzetdən əvəzsiz bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsilə oxumaq bilməyən, yaxud azsavadlı insanlara təsir etmək istəyir. "Nədən bu hala qaldıq?" pyesini 1906-cı ildə Bakıdakı "Fyüzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ildə(1324 h.) pyes Bakıda kitab şəklində çap olunur, səhnəyə qoyulur. Bu Həsən Səbri Ayvazovun Bakıda çap olunan ilk kitabı deyildi. 1906-cı ildə "Üsüli-tədris və təlim-tərbiyə" adlı metodik bir əsər də çap olunmuşdu.
Kani Səbzə (Bükan)
Kani Səbzə (fars. ‎‎كاني سبزه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (24 ailə).
Mustafa Səbri Əfəndi
Mustafa Səbri Əfəndi (22 iyun 1869, Tokat – 12 mart 1954, Qahirə) — İslam alimi, hənəfi hüquq məzhəbinin təmsilçisi, Osmanlı imperiyasının şeyxülislamı. == Həyatı == Din alimlərindən Əhməd Əfəndinin oğlu olan Mustafa Səbri 1869-cu il iyun ayının 22-də Osmanlı imperiyasının Toqatşəhərində anadan olmuşdur. İbtidai təhsili Toqatda aldıqdan sonra Kayseriyə gedərək Hoca Əmin Əfəndidən ərəbcə, məntiq, fiqh üsulu, təfsir, hədsi kimi dini dərslər almışdır. Daha sonra İstanbula gələn Mustafa Sabri, burda "Hüzur Dərsləri Mukarrirləri (dərsi təkrar edərək başa salan müəllim) "ndən Əhməd Asim Əfəndidən aldığı dərslərlə təhsilini başa vurmuşdur.Mustafa Səbri 1890-cı ildə açılan "Ruus" imtahanını uğurla verərək müəllimlik etmək hüququ əldə etdi və Fatih Mədrəsəsində müəllim oldu. Onun burdakı vəzifəsi 1898-ci ildə təyin edildiyi "Hüzur Dərsləri Muxəttablığı"na (xitab edilən şəxs) qədər davam etdi. Mustafa Səbrinin bu yeni təyinatı müəyyən fasilələrlə 1914-cü ilə qədər davam etdi. O bu vəzifəsi ilə paralel olaraq 1900-cü ildə Sultan II Əbdülhəmidin (1876–1908) kitabçısı da olmuşdur. 1904-cü ildə yenidən müəllim kimi fəaliyyətini davam etdirmişdir. O həm də Silistre müftisi olmuş və İstanbul qaziliyinin idarə işləri bölməsinin birinci dərəcəli məmurluğunda vəzifə icra etmişdir. Əhməd Hilmi Əfəndinin Hicaz Vilayətində qazilik vəzifəsini icra etdiyi vaxt da Müşavir-i Sani ünvanı ilə xidmət etmişdir.1908-ci ildə Osmanlı imperiyasında İkinci Konstitusiya elan edilən dövrdə Mustafa Səbri fəal siyasi fəaliyyətə başladı.
Məhməd Səbri Ərçətin
Mehmet Səbri Ərçətin (türk. Mehmet Sabri Erçetin) (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi.
Qulamrza Səbri Təbrizi
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (21 mart 1934, Təbriz – 8 may 2020, Bakı) — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır. == Fəaliyyəti == Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
Səbri Əsəd Siyavuşgil
Səbri Əsəd Siyavuşgil(1907-1968)—Türkiyə şairi. == Həyatı == Daha çox mənzərə rəsmlərini xatırla­dan şeirlər yazdı. Ev və əşya təsvirləri çoxluq təşkil edir. Yalnız xarici aləmin varlıqlarını olduğu kimi vermək əvəzinə, onları öz xəyallarına görə dəyişdirərək, başqalaşdıraraq verir. Məsləyinə sadiq qala bilmək üçün şeiri buraxmışdır. Daha çox tərcümə və psixologiya ilə maraqlanır. == Əsərləri == Odalar ve Sofalar, 1933. İstanbul'da Karagöz ve Karagözde İstanbul (1938) Psikoloji ve Terbiye Bahisleri (1940) Tanzimat’ın Fransız Efkar-ı Umumiyesi’nde Uyandırdığı Yankılar (1940) Karagöz (1941, Fransızca 1951, İngilizce 1955) Cyrano de Bergerac (1942 -Edmond Rostand'dan çeviri, manzum oyun) Folklor ve Milli Hayat (1943) Roman ve Okuyucu (1944) Un Point Sur La Carte (1962 - Sait Faik'in hikâyelerinin Fransızca çevirisi).
Əli Səbri Qasımov
Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor.
Mehmet Səbri Ərçətin
Mehmet Səbri Ərçətin (türk. Mehmet Sabri Erçetin) (d. 1876, Bursa, Osmanlı İmperiyası - ö. 3 may 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1898-ci ildə Hərbi Mühəndislik Məktəbindən məzun oldu. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində bir sıra komandirliklərdə xidmət etmişdir. 1918-ci ildə Fələstin cəbhəsinə Britaniya qüvvələri tərəfindən əsir götürüldü. Əsirlikdən azad edildikdən sonra 1920-ci ildə Anadoluya gəldi və Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. Müharibə zamanı 8-ci və 4-cü tümən komandiri vəzifəsində xidmət göstərdi.
Deh Səbz rayonu
Deh Səbz rayonu - Əfqanıstanın mərkəzi Kabul şəhərindən şimal-şərqdə yerləşən rayon. == Haqqında == Deh Səbz rayonu qərbdə Şəkərdərə və Mir Baça Kot rayonları, şimal-qərbdə Kəlakan və Qarabağ rayonları, şimal və şərqdən Pərvan vilayəti, cənub-şərqdən Surobi, cənubdan isə Bəgrami və Kabil rayonları ilə hüdudlanır. == Əhalisi == 100,136 nəfər əhalisi var. Əhalisinin 70%-ni puştunlar, 30%-ni isə taciklər təşkil edir.
Şəbli
Şəbli (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Şəbli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd.
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq fikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Şəbli (Bostanabad)
Şəbli (fars. شبلي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 160 nəfər yaşayır (20 ailə).
Şəbli (Ərdəbil)
Şəbli (fars. شبلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 617 nəfər yaşayır (130 ailə).
Seçki senzi
Seçki senzi — seçki hüququndan istifadə etmək üçün konstitusiya və ya seçki qanunu ilə müəyyən olunmuş şərtlər. Senzlər hələ XVIII–XIX əsrlərdə tətbiq edilmişdir. Ən çox yayılmış seçki senzi aşaqıdakılar idi: Əmlak senzi — seçici müəyyən əmlaka sahib olmalıdır. Təhsil senzi — seçkilərdə iştirak etmək ucun müəyyən təhsil tələb olunurdu. Oturaqlıq senzi — bir ölkədə, yaxud şəhərdə müəyyən müddət yaşamaq tələbi. Vətəndaşlıq senzi — seçki hüququ yalnız müəyyən müddət ərzində bir dövlətin vətəndaşı olan şəxslərə verilirdi.Bir çox ölkədə cins senzi, yüksək yaş senzi və s. də tətbiq olunurdu. Zəhmətkeşlərin mübarizəsi nəticəsində müasir burjua dövlətlərində ümumi seçki huququ elan olunmuş, seçki senzinin çoxu ləğv edilmişdir. Buna baxmayaraq, seçkilərdə iştirak etmək üçün müxtəlif maneələr saxlanılmaqdadır.
Sebi (mahnı)
Sebi (azərb. Özünə‎) — Sloveniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Zala Kraly və Qaşper Şantl dueti "Sebi" mahnısı ilə Sloveniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri məhz ifaçılara aiddir.
Şezi (kommuna)
Şezi (fr. Chézy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Səbail
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
Aşağı Şəbli (Puldəşt)
Aşağı Şəbli (fars. شيبلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (62 ailə).
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səbəb
Səbəb
Gəbzə
Gəbzə (Gebze) ( Türkcə tələffüz: [ˈgebze] ) keçmişdə Dakibyza və ya Libyssa adlanan, Türkiyənin Kocaeli vilayətində bir rayondur. Coğrafi olaraq İstanbulun cənub-şərqində 65 km (30 mil) məsafədə, İzmit körfəzində, Mərmərə dənizinin şərq sahilində yerləşir. Qəbzə 2020-ci il etibarilə Kocaeli vilayətində əhalinin başına düşən ən böyük rayondur - rayon(ilçə) mərkəzi İzmit şəhəridir. Rayon əhalisi 1990-cı ildəki 159.116 nəfər sakindən 2020-ci ildə 392.945-ə qədər yüksəlmiş, son illərdə sürətli böyümə davam edir.
Qəbzə
Gəbzə (Gebze) ( Türkcə tələffüz: [ˈgebze] ) keçmişdə Dakibyza və ya Libyssa adlanan, Türkiyənin Kocaeli vilayətində bir rayondur. Coğrafi olaraq İstanbulun cənub-şərqində 65 km (30 mil) məsafədə, İzmit körfəzində, Mərmərə dənizinin şərq sahilində yerləşir. Qəbzə 2020-ci il etibarilə Kocaeli vilayətində əhalinin başına düşən ən böyük rayondur - rayon(ilçə) mərkəzi İzmit şəhəridir. Rayon əhalisi 1990-cı ildəki 159.116 nəfər sakindən 2020-ci ildə 392.945-ə qədər yüksəlmiş, son illərdə sürətli böyümə davam edir.
Səbuhi
Səbuhi — kişi adı. Səbuhi Xasayev — Səbuhi Musayev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Səbuhi Əliyev — Səbuhi MəmmədovSəbuhi Məmmədov (gizir) — Azərbaycan hərbçisi. Səbuhi Məmmədov (baş nazir) — Naxçıvan Muxtar Respublikasının Baş naziri.Səbuhi ƏhmədovSəbuhi Əhmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səbuhi Əhmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziriSəbuhi Hacıyev – 20 yanvar şəhidi. Səbuhi Rəhimli — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Səbuhi Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Əzizov — Səbuhi Rəcəb — Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu üzrə sabiq vitse-prezident və peşəkar idmançı Səbuhi Cəfərov Səbuhi Hüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Qarayev — Azərbaycanlı idman idarəçisi və məşqçi Səbuhi Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin.
Hebei
Hebei (Hibei), (çin. 河北省), Çinin şərq hissəsində vilayətdir. Hebei vilayətinin şimalında Daxili Monqolustan Muxtar Rayonu, cənubunda Shandonq və Henan vilayətləri, şərqində Bohai dənizi, qərbində isə Şansi vilayəti yerləşmişdir. İdarə mərkəzi Şiciacuanq şəhəridir. Ərazisi 187700 km²-dir. == Din == 2007 və 2009-cu illərdə aparılan statistikaya görə Hebei vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 5.52% öz ulu babalarına sitayiş edir. Əhalinin 3.05% Xristian , 0.82% isə Müsəlmandır. == Əhali == 2015-ci ilin siyahıya almasına əsasən əhalisi 73,326,101 olan Hebei vilayəti Çinin altıncı böyük əhaliyə malik vilayətidir. Hebei vilayətinin əhalisi az sayda Huey xalqı (Müsəlman Çinli), Mancurlar, Monqollar və əhalinin böyük hissəsini təşkil edən Xan xalqıdır. == Tarix == Şimali Çin ovalığı əsrlər ərzində ən qədim insan məskəni olmuşdur.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.