[ alm. ]
1. xüs. Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s. müntəzəm surətdə qeyd olunan xüsusi dəftər və ya blank. Təyyarənin formulyarı. Maşının formulyarı.
2. Kitabxana kitablarının içinə qoyulan, habelə oxucuların onlardan istifadə etməsi haqqında orada qeydlər edilən uçot kartoçkası. Kitabın formulyarı.
// Hər bir kitabxana oxucusu üçün doldurulan və ona verilən kitabların qeyd olunduğu kiçik dəftərçə. Oxucunun formulyarı.