FREZ

[ fr. ]
1. Metalı, ağacı və s. bərk materialları işləmək üçün fırlanan çoxtiyəli kəsici alət. Taxtanı frezdə yonmaq.
2. Torpaq qazmaq və eyni zamanda onu yumşaltmaq, torf doğramaq və s. üçün irəli çıxmış fırlanan barabanda xüsusi tiyələri olan maşın. Yol frezi.
FREYDİ́ZM
FRÉZER
OBASTAN VİKİ
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Frez aləti
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin aşağıdakı növləri vardır: silindrik, yan səthli, disk paz və kəsici, barmaq, işgil, T-formalı, bucaq, fasonlu, sonsuzvint. Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Kəsici tillərin optimal həndəsi parametrləri üçün təscrübələr əsasında aşağıdakı qiymətlər müəyyən edilmişdir: qabaq bucaq γ=(-10)÷30°; baş dal bucaq α=10÷30°; köməkçi dal bucaqα1 = 4÷10°; baş plan bucağı φ=30÷90°; köməkçi plan bucağı φ1= 1÷10°; keçid kəsici tilin uzunluğu l = 1÷2 mm; əsas kəsən tillin meyilliyi λ=(—5)÷15°; vint qanovlarının meyillik bucağı ω=10÷45°. Frez alətinin kəsici tilinin materialı onun tətbiq sahəsindən asılı olaraq müəyyən edilir. Kəsici tillər ya bütöv, ya da lövhə şəklində hazırlanıb əsas gövdəyə bərkidilir. Kəsici material kimi tezkəsən alət poladı, bərk xəlitə, kəsici keramika, polikristallik bornitrid və almazdan istifadə edilir. Onların tətbiqi bu materialların bu və ya digər frezləmə növünə (kobud, təmiz, incə, ultraincə və s.)uyğun gəlməsindən asılı olaraq seçilir. == Istinad == Rezo Əliyev.
Frezləmə
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Hüygens-Freznel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Parey-le-Frezil
Parey-le-Frezil (fr. Paray-le-Frésil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03203. 2008-ci ildə əhalinin sayı 430 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 282 nəfərdən (15-64 yaş) 195-i iqtisadi cəhətdən fəal, 87-i fəaliyyətsizdir (fəaliyyət göstərici 69.1%, 1999-cu ildə 71.4%). Aktiv 195 nəfərdən 176 nəfəri (98 kişi və 78 qadın), 19 nəfəri işsiz (8 kişi və 11 qadın) idi. Aktiv olmayan 87 nəfər arasında şagird və ya tələbə, 31 nəfər təqaüdçü, 39 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnologiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.
Frezer Stoddart
Frezer Stoddart (24 may 1942[…], Edinburq) — Şotland və Amerika kimyaçısı, Şimal-Qərb Universitetinin professoru, Supramolekulyar kimya və nanotexnologiyalar sahəsində mütəxəssis, Jan-Pyer Savaj və Bernard Feringa ilə birlikdə 2016-cı il kimya üzrə Nobel mükafatçısı. == Təhsil və erkən həyatı == Frezer Stoddart 24 may 1942-ci ildə Şotlandiyanın Edinburq şəhərində Tom və Jean Stoddartın ailəsində anadan olub. S. Frezer etiraf edir ki, uşaqlıq illərində tapmacalara və oyuncaqla tikinti tikməyə həvəsinin olması, onun molekulyar quruluşa marağının əsasını məhz bunun təşkil etdiyinə inanırdı. Frezer Stoddart utancaq, sakit və gənc idi. İbtidai təhsilini Midlotian ştatının Carrington şəhərindəki yerli kənd məktəbində almışdır. Daha sonra Edinburqdakı Melville Kollecində təhsilini davam etdirdi. O, 1960-cı ildə Edinburq Universitetində təhsil almağa başladı, burada ilkin olaraq kimya, fizika və riyaziyyatı mükəmməl öyrəndi. O, 1964-cü ildə kimya üzrə bakalavr dərəcəsi, daha sonra 1966-cı ildə Edinburq Universitetinin Edmund Lengli Hirst və DMV Andersonun rəhbərliyi altında akasiyalarda təbii qatranların tədqiqi mövzusunda tədqiqatlarına görə doktorluq dərəcəsi aldı. == Karyerası == 1967-ci ildə Milli Tədqiqat Şurasının elmi işçisi kimi Kuins Universitetinə (Kanada) getdi. 1970-ci ildə o, kimya üzrə müəllim kimi akademik heyətə qoşulmazdan əvvəl Imperial Chemical Industries (ICI) şirkətindən elmi işçi kimi Şeffild Universitetinə köçdü.

Значение слова в других словарях