Fron

die; -, -en icbari iş
fromm
Fronarbeit
OBASTAN VİKİ
Agrostis vulgaris var. frondosa
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Bidens frondosa
Çoxyarpaq yatıqqanqal (lat. Bidens frondosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bos frontalis
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Fallen Frontier
Fallen Frontier (azərb. Ölmüş Sərhəd‎) — "Moonshot Games" tərəfindən hazırlanan və atıcılıq və sayd-skroller janrlarında olan ləğv edilmiş videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun 2009-cu ildə keçmiş "Bungie" işçiləri tərəfindən qurulan "Moontshot Games" şirkətinin ilk videooyunu olacaqdı. Oyunun demosu 2011-ci ildə keçirilən PAX East tədbirində buraxılmışdır. Oyun 2013-cü ilin yanvar ayında ləğv olunmuşdur.
Front Line Defenders
Front Line Defenders və ya The International Foundation for the Protection of Human Rights Defenders (ing. Front Line Defenders "Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu") — Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunduğu kimi başqalarının insan hüquqlarını məcburi olmadan müdafiə edənlərə dəstək olmaq üçün 2001-ci ildə İrlandiyanın Dublin şəhərində qurulmuş irlandiyalı insan haqları təşkilatıdır. == Tarix == Təşkilat Amnesty İnternational İrlandiyanın keçmiş direktoru Meri Lovlor tərəfindən iş adamı və xeyriyyəçi Denis O'Brayenin 3 milyon dollar ianəsi ilə təsis edilib. Front Line Defenders Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna və Afrika İnsan və Xalqların Hüquqları Komissiyasında müşahidəçi statusuna malikdir. Fond 2007-ci ildə King Boduin Beynəlxalq İnkişaf Mükafatına və 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mükafatına layiq görülüb. Front Line Defenders praktiki təhlükəsizlik ehtiyacları, təlim və tədris materialları, sığınacaqlar, şəbəkə imkanları, onların hüquqlarını hökumətlərdən qorumaq üçün hüquqi yardım, bir neçə dildə 24 saatlıq təcili telefon xətti üçün bütün dünyada alıcılara qrantlar verir. Xüsusi şəraitdə bu təşkilat hüquq müdafiəçilərinin daha təhlükəsiz yerlərə köçürülməsinə kömək edə və mümkünsə onların xərclərini ödəyə bilər. == Görkəmli işləri == 2021-ci ilin oktyabrında Front Line Defenders, İsrail tərəfindən qadağan edilmiş insan haqları qruplarına mənsub müxtəlif Fələstin vətəndaşlarının İsrail texnologiya şirkəti NSO Group tərəfindən yaradılmış casus proqramlar tərəfindən hədəf alındığına dair sübutlar üzə çıxardır. == Front Line Defenders mükafatı == Mükafat 2005-ci ildə təsis edilmişdir. Mükafat böyük şəxsi risk altında öz icmalarının hüquqlarının qorunmasına unikal töhfə edənlərə verilir.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.
Fronton
Fronton (fr. fronton, lat. frons, frontis — alın, divarın ön hissəsi) — üfüqi və iki maili karnizdən yaranan üçbucaqdır.
Frontonas
Frontonas (fr. Frontonas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38176. Kommunanın 2012-ci il üçün əhalisi 1956 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 401 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 30 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Microsoft FrontPage
Microsoft FrontPage – veb-sayt yaratmaq və orada yerləşən veb-səhifələri idarə etmək üçün rahat redaktorlardan biri sayılır. Vizual redaktorlardan ən çox yayılmış və istifadəçilərin daha çox istifadə etdiyi Microsoft Front Page (Microsoft Word redaktorunu xatırladır) proqram redaktorudur. Bu redaktorun köməyi ilə qısa bir zamanda gözəl sayt yaratmaq mümkündür. Microsoft Front Page redaktoru ilə işləyərkən HTML dilini mükəmməl bilmək vacib deyil. Front Page-dən istifadə etməklə effektlər yaratmaq olur ki, kod redaktorlarında bunları yaratmaq üçün skriptlərdən və ya DHTML proqramından istifadə olunur. Yeganə mənfi cəhəti ondan ibarətdir ki, bu redaktorda yaradılan veb-səhifələr bəzi veb brauzerlər (veb səyyahlar) tərəfindən işıqlana bilmirlər, məsələn, Netscape. MS FrontPage proqram redaktoru işçi sahadə çoxlu miqdarda funksiyaları yerinə yetirməyə qadirdir. Nəticədə FrontPage proqramından kənara çıxmadan qovluqlar, veb-sayt və bu veb-sayta daxil olan çoxlu sayda veb-səhifələr yaratmaq, faylları idarə etmək və s. olar. FrontPage-in işçi sahəsi bir neçə hissəyə bölünür ki, bu da veb-səhifənin bir təsvir rejimindən digərinə keçməsinə imkan verir, yəni FrontPage-də ekran üç hissəyə bölünür: Rejimlər paneli.
Nonnula frontalis
Nonnula frontalis (lat. Nonnula frontalis) — nonnula cinsinə aid heyvan növü.
Rosa frondosa
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Xeres-de-la-Frontera kafedralı
Xeres-de-la-Frontera kafedralı (isp. Catedral de Jerez de la Frontera) – İspaniyanın cənubunda, Əndəlus vilayətində, Kadis əyalətinin Xeres şəhərində yerləşən kafedral. Asidoniya-Xeres Roman Katolik Yeparxiyası bu kafedralda oturur. Kafedral 1931-ci ildə İspaniyanın mədəni irsi elan edilmişdir. Kilsənin tikilməsi qərarı 9 may 1695-ci ildə verilmişdir. Tikinti işlərinə Dieqo Moreno Melendes başçılıq etmişdir. Tikinti işləri düz 80 ildən çox çəkmiş və rəsmi olaraq 6 dekabr 1778-ci ildə tamamlanmışdır. Lakin kilsənin bir hissəsi 16 iyun 1756-cı ildən etibarən ibadətə açıq olmuşdur. Kafedraldan ayrı dayanan və XIII əsrdə tikilmiş köhnə kilsəyə məxsus qülləsi isə 1695-ci ildə sökülmüşdür. Qüllə iki hissədən ibarət idi: mudexar-qotika üslubunda olan aşağı hissə XV əsrə, Xuan de Pina tərəfindən tikilən yuxarı hissə XVII əsrə aiddir.
Zombie Frontier (oyun, 2012)
Zombie Frontier (ing. Zombie Frontier, azərb. Zombi Sərhəddi‎) — FT Games tərəfindən yaradılmış, Android əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının birincisi, ilkidir. 8 iyun 2013-cü ildə oyunun davamı - Zombie Frontier 2:Survive buraxılmışdır. Oyun Zombie Frontier oyunlar seriasının ilk oyunudur. 21 yanvar 2014-cü ildə 1.20 versiyası çıxmışdır. Oyunun tutumu 20 mb-dır. Oyunda hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir. Oyunu oynayan oyunçu bu şəhərləri keçərkən ya verilmiş vaxt ərzində ölməməli ya da tapşırıqda verilən miqdara uyğun zombi öldürməlidir.
Zombie Frontier 2:Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Çiklana-de-la-Frontera
Chiclana de la Frontera — İspaniyanın Andalusiya muxtar regionunun Kadis vilayətində yerləşən bələdiyyə və şəhər.Onun meri Ernesto Marindir və 2012-ci ildə, şəhərin əhalisi 82.565 olmuşdur. San Fernando, Medina-Sidonia, Conil de la Frontera, Puerto Real, və Vejer de la Frontera ilə həmsərhəddir.
Con Freyzer (frontirçi)
Con Freyzer (ing. John Fraser; 1721, Şotlandiya – 16 aprel 1773) — qərb frontiri üçün Pensilvaniya vilayəti tərəfindən lisenziyalaşdırılmış xəz ticarətçisi, yerli amerikalılarla tərcüməçi, silah ustası, Britaniya ordusunda bələdçi və leytenant, torpaq spekulyatoru. O, Fort-Düken və daha sonra Fort-Pitt yaxınlığında fransızlara və onların müttəfiqlərinə qarşı Britaniyanın bir neçə ekspedisiyasında xidmət etmişdir. Fransa–hindi müharibəsi zamanı Freyzer kapitan Vilyam Trent, Corc Vaşinqton, general Edvard Breddok və general Con Forbs altında fransızlara qarşı xidmət etmişdir.
Frontend və backend
Frontend və bekend — proqram təminatı mühəndisliyində proqram təminatının və ya fiziki infrastrukturun və ya aparatın təqdimat təbəqəsi (frontend) və məlumata çıxış təbəqəsi (bekend) arasında işlərin ayrılması. Müştəri-server arxitekturasında hətta bəzi təqdimat işləri həqiqətən serverin özündə görülsə belə, müştəri adətən frontend, server isə bekend hesab olunur. Proqram arxitekturasında avadanlıq və son istifadəçi arasında çoxlu təbəqələr ola bilər. Ön tərəf (front) mücərrəddir, istifadəçi dostu interfeysi təmin etməklə əsas komponenti sadələşdirir, arxa tərəf (bekend) isə adətən məlumatların saxlanması və iş məntiqini idarə edir. == Müxtəlif təriflər == Telekommunikasiyada ön tərəf cihaz və ya xidmət, arxa tərəf isə xidmətin göstərilməsini dəstəkləyən infrastrukturdur. Əsas qayda ondan ibarətdir ki, müştəri tərəf (və ya "ön tərəf") istifadəçi tərəfindən dəyişdirilə bilən hər hansı bir komponentdir. Server tərəfinin (və ya "bekend") kodu adətən serverdə yerləşir, çox vaxt fiziki olaraq istifadəçidən uzaqdadır. Məzmun idarəetmə sistemlərində frontend son istifadəçinin gördüyü hissələr, bekend isə saytın sahibinin görə bildiyi hissələrə deyilir. Nitqin sintezində frontend daxil edilən mətni simvolik fonetik təsvirə, bekend isə simvolik fonetik təsviri faktiki səslərə çevirən sintez sisteminin hissəsinə aiddir. === API === Frontend API vasitəsilə bekend ilə əlaqə qurur.
Frontend və bekend
Frontend və bekend — proqram təminatı mühəndisliyində proqram təminatının və ya fiziki infrastrukturun və ya aparatın təqdimat təbəqəsi (frontend) və məlumata çıxış təbəqəsi (bekend) arasında işlərin ayrılması. Müştəri-server arxitekturasında hətta bəzi təqdimat işləri həqiqətən serverin özündə görülsə belə, müştəri adətən frontend, server isə bekend hesab olunur. Proqram arxitekturasında avadanlıq və son istifadəçi arasında çoxlu təbəqələr ola bilər. Ön tərəf (front) mücərrəddir, istifadəçi dostu interfeysi təmin etməklə əsas komponenti sadələşdirir, arxa tərəf (bekend) isə adətən məlumatların saxlanması və iş məntiqini idarə edir. == Müxtəlif təriflər == Telekommunikasiyada ön tərəf cihaz və ya xidmət, arxa tərəf isə xidmətin göstərilməsini dəstəkləyən infrastrukturdur. Əsas qayda ondan ibarətdir ki, müştəri tərəf (və ya "ön tərəf") istifadəçi tərəfindən dəyişdirilə bilən hər hansı bir komponentdir. Server tərəfinin (və ya "bekend") kodu adətən serverdə yerləşir, çox vaxt fiziki olaraq istifadəçidən uzaqdadır. Məzmun idarəetmə sistemlərində frontend son istifadəçinin gördüyü hissələr, bekend isə saytın sahibinin görə bildiyi hissələrə deyilir. Nitqin sintezində frontend daxil edilən mətni simvolik fonetik təsvirə, bekend isə simvolik fonetik təsviri faktiki səslərə çevirən sintez sisteminin hissəsinə aiddir. === API === Frontend API vasitəsilə bekend ilə əlaqə qurur.
Frontirçilər
Frontirçilər (ing. frontiersmen, ing. frontierswomen) — məskunlaşmış və məskunlaşmamış torpaqlar arasındakı frontirdə yaşayan insanlar. Burada frontir sivilizasiya ilə naməlum çöllük arasında bir yer hesab olunurdu. Frontirçilər tez-tez torpağı təmizləyir, sığınacaqlar tikir, uşaq böyüdür, məhsul yetişdirirdilər. Ovçuluq və heyvanların tutulması ətin əsas mənbələri idi. Heyvanların xəzlərindən və dərilərindən paltar hazırlanırdı. Tanınmış Amerika frontirçiləri arasında Devi Krokett, Deniel Bun və Kit Karson var. ABŞ, Kanada və Avstraliya çoxlu sayda frontirçilərin tapıldığı ölkələrdir.
Electronic Frontier Foundation
Electronic Frontier Foundation (EFF) və ya Elektron Sərhəd Fondu — San-Fransiskoda yerləşən beynəlxalq qeyri-kommersiya rəqəmsal hüquqlar fondu. Fond 10 iyul 1990-cı ildə Con Qilmor, Con Perri Barlou və Mitç Kapor tərəfindən elektron vətəndaş azadlıqlarını təşviq etmək üçün yaradılmışdır. EFF məhkəmədə hüquqi müdafiə üçün vəsait təmin edir, amicus curiae brifinqləri təqdim edir, fərdləri və yeni texnologiyaları hüquqi təhdidlərdən müdafiə edir, hökumətin sui-istifadəsini ifşa etmək üçün çalışır, hökumətə və məhkəmələrə bələdçilik edir, siyasi aksiyalar və kütləvi göndərişlər təşkil edir, şəxsi azadlıqları və onlayn vətəndaş azadlıqlarını qoruduğuna inandığı bəzi yeni texnologiyaları dəstəkləyir, müvafiq xəbər və məlumatların bazasını və internet saytlarını idarə edir, şəxsi azadlıqları və ədalətli istifadəni poza biləcəyinə inandığı potensial qanunvericiliyə nəzarət edir və ona etiraz edir və qanunsuz hesab etdiyi patentləri ləğv etmək niyyəti ilə sui-istifadə edən patentlərin siyahısını tələb edir.
Equisetum arvense var. frondescens
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. == Botaniki təsviri == Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Fronda
Fronda (fr. Fronde - “sapand”) — 1648-1653-cü illərdə Fransada baş vermiş bir sıra hökumət əleyhinə iğtişaşlara verilən ad. Əslində bu, vətəndaş müharibəsini özündə ifadə edir. “Köhnə” burjua Parlament Frondası (1648-1649) və Şahzadələrin “yeni” aristokrat Frondas (1650-1653) təsnif edilir.
Zombie Frontier
Zombie Frontier (ing. Zombie Frontier, azərb. Zombi Sərhəddi‎) — FT Games tərəfindən yaradılmış, Android əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının birincisi, ilkidir. 8 iyun 2013-cü ildə oyunun davamı - Zombie Frontier 2:Survive buraxılmışdır. Oyun Zombie Frontier oyunlar seriasının ilk oyunudur. 21 yanvar 2014-cü ildə 1.20 versiyası çıxmışdır. Oyunun tutumu 20 mb-dır. Oyunda hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir. Oyunu oynayan oyunçu bu şəhərləri keçərkən ya verilmiş vaxt ərzində ölməməli ya da tapşırıqda verilən miqdara uyğun zombi öldürməlidir.
Zombie Frontier 2: Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Jerez de la Frontera
Jerez de la Frontera (ərəb əndəlüs dövründə: Şeriş) İspaniyanın 17 muxtar regionundan biri olan və ölkənin cənub-qərb hissəsində ən çox əhali məskunlaşan Əndəlüs muxtar regionunun 8 əyalətindən biri olan Kadisin 44 bələdiyyəsindən biridir. . == Demoqrafiyası == Jerez de la Frontera bələdiyyəssinin sərhədləri daxilində əhalinin sayı 208,896 nəfər (2010-cu ilin statistik hesablamalarının nəticələrinə əsasən) təşkil edir və əhalinin sıxlığı 175,8 nəfər/km² təşkil edir.