FƏLC
FƏLƏK
OBASTAN VİKİ
2021 İsrail-Fələstin münaqişəsi
2021 İsrail-Fələstin münaqişəsi — Əl-Əqsa məscidində etirazlarla böyüyən və sonradan qarşılıqlı hücumlara çevrilən qarşıdurmalardır. 6 may 2021-ci ildə İsrail Ali Məhkəməsi, Qüdsün Şeyx Cerrah Məhəlləsində yaşayan bəzi Fələstinli ailələrin evlərindən zorla çıxarılmaları və başqa yerlərə köçürülməsi barədə qərar verdi. Qədr gecəsi və Qüds günü tətilləri ilə üst-üstə düşən qarşıdurmalarda əksəriyyəti Fələstinli mülki olan 300-dən çox insan yaralanıb. Hücumlar beynəlxalq qınağa səbəb oldu, İsrail Baş Prokuroru Avichai Mandelblit gərginliyi azaltmağa çalışdı, bu da Ali Məhkəmənin qərarının 30 gün təxirə salınması ilə nəticələndi.9 may tarixində İsrail polisi, ifrat sağçı Yəhudi millətçilərinin sonradan ləğv edilən bayraq yürüşü öncəsi müsəlmanların müqəddəs bir yeri olan Əl-Əqsa Məscidinə basqın etdi. Buna cavab olaraq, 10 və 11 may tarixlərində Həmas və İslami Cihad İsrail Müdafiə Qüvvələrinə görə 480 raket atıldı. Bunun nəticəsində, evlər və bir məktəb vuruldu, iki İsrailli mülki vətəndaş öldürüldü və ən azı 70 İsrailli mülki şəxs yaralandı. İsrail Qəzzəyə hava hücumları ilə cavab verdi. Qəzzə rəsmilərinə görə, on uşaq da daxil olmaqla ən az 30 fələstinli öldürüldü və 203 nəfər daha yaralandı. İsrail Müdafiə Qüvvələrinə görə öldürülənlərdən ən az on beşi Həmas üzvü idi. 11 may tarixində İsrailin hava hücumları nəticəsində Qəzzada 13 mərtəbəli yaşayış binası çökdü.
2021 İsrail–Fələstin münaqişəsi

2021 İsrail—Fələstin münaqişəsi

Azərbaycan-Fələstin futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Fələstin münasibətləri
Azərbaycan–Fələstin münasibətləri — Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 15-də qurulmuşdur. 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası "Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı"na ev sahibliyi edib.
Cem Fələk
Cem Fələk (12 may 1996, Buxen[d], Baden-Vürtemberq) — Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu. Azərbaycan və Almaniya vətəndaşlığına malikdir, milliyətcə türkdür. Hal-hazırda Finlandiyanın Veikkausliiga liqasında çıxış edən RoPS klubunun şərəfini qoruyur. Azərbaycanın futbol üzrə U-17 və U-19 komandalarında çıxış edib. == Gənc illəri == Türk əsilli Cem Vural oğlu Fələk 1996-cı ildə Almaniyanın Buşen-Odenvald qəsəbəsində anadan olub. 5 yaşından başlayaraq futbolla məşğul olmağa başlayıb və qısa zamana Frankfurtun ən perspektivli gənc oyunçularında birinə çevrilib. 13 yaşında Cem Fələk "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ilə razılığa gələrək Xəzər-Lənkəran klubu ilə sözləşmə imzaladı. 2008-ci ildə Cem Fələk Ayntraxt klubunun futbol akademiyasına keçir və 2011–2013-cü illər arasında Ayntraxt U-17 komandasında oynayır. 2013-cü ildə Cem Fələk Bohum klubuna keçir və 2013–14 mövsümündə komandanın U-19 heyətində çıxış edir. Bundan sonra bir il Şotlandiyanın Aberdeen klubunda, U-20 komandasında çıxış edir.
Fələcullah Sələhşur
Fərəcullah Sələhşur (fars. فرج‌الله سلحشور‎) – Əslən Azərbaycanlı olan İranlı rejissor, ssenarist və aktyordur. Bir sıra populyar dini film və teleseriallara rejissorluq etmişdir. Onlar arasında Həzrəti Yusif və Yatan 7 Adam əsasında olan Mağara Adamları daha çox məşhurluq əldə edib. Onun İslami kinoya xüsusi mühafizəkarlığı var idi. O, 27 fevral 2016-cı ildə müailicə aldığı xəstəxanada ağ ciyər xərçəngindən vəfat etdi.
Fələkan (Urmiya)
Fələkan (fars. فلكان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Fələmənglər
Flamandlar və ya Fələmənglər (nid. Vlamingen) — Belçikanın şimalında yaşayan xalq. == Tarixi == == Coğrafiyası == === Flamand bölgəsi === Flamand bölgəsi (paytaxt Brüssel) Flamand bölgəsinın əyalətləri: Antverpen: 2.867 km² (paytaxt Antverpen (şəhər)) Limburq: 2.422 km² (paytaxt Hasselt) Şərqi Flandriya: 2.982 km² (paytaxt Gent) Flamand Brabantı: 2.106 km² (paytaxt Löven) Qərbi Flandriya: 3.144 km² (paytaxt Brügge) == Ədəbiyyatı == Hələ orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir . İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin əvvəllərində yaranmağa başlamışdır . XIII – XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır. == Flamand dili == Belçikada yaranan flamand dili bədii ədəbiyyat XVIII əsrə qədər Niderland ədəbiyyatının tərkib hissəsinə daxil olmuşdur. XVI əsrin sonlarında Niderland mədəniyyətinin ağırlıq mərkəzi şimala (Hollandiyaya) keçir. Cənubi Niderlandda , müasir Belçikanın ərazisində də niderland dilində ədəbiyyat inkişaf etməkdə davam edir . XVII əsrdən bu dil flamand dili adlandırıldı. Bu dildə Y. Hardöyn məhəbbət mövzusunda şeirlər və sonetlər , A. Poyrters isə didaktik və dini mövzuda romanlar yazmışdır .
Fələq Surəsi
113-cü surə əl-Fələq (Sübh) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir). Surə adını ilk ayəsində yer alan və sabah aydınlığı mənasını verən fələq sözündən almışdır. Nas surəsi ilə birlikdə bu surə qorunma surələri olaraq qəbul olunur.
Fələqqə
Fələqqə (fars. فلک‎, türk. falaka) — Orta əsrlər Şərqində cəza vasitəsi. Günahkarlar fələqqəyə salınır qamçılanırdı. Cəza XX əsrin əvvəllərinə kimi İranda və Türkiyədə, həmçinin, bir çox Orta Asiya və ərəb ölkələrində tətbiq edilirdi. Bu cəza növü həmin dövrdə Azərbaycanın dini məktəblərində də geniş istifadə olunurdu. Cəza zamanı insanın ayaqları taxtaya bağlanaraq qamçı və ya çubuqla döyülərdi. Fələqqə sözü ərəb sözü olan falak, filak — "yandırmaq", "kiçik hissələrə ayırmaq" sözlərindən yaranmışdır. Fələqqə müasir dövrdə də bir sıra ölkələrdə tətbiq edilməkdədir. Məsələn, İraqda Səddam Hüseynin oğlu Udey Hüseyn fələqqə ilə cəza verməyi xoşlayırdı və özü şəxsən cəza verirdi..
Fələstin
Fələstin — Aralıq dənizinin şərqində, Yaxın Şərqdə, Fələstin torpaqlarının bir hissəsini əhatə edən coğrafi bölgə. == Etimologiya == Fələstin adı Aralıq dənizi ilə İordan çayının arasında qalan bölgəni adlandırmaq üçün ilk dəfə e.ə. 450 - b.e. 1948 illəri arasında istifadə olunan termin idi. Həmçinin bu bölgə müxtəlif zamanlarda Kanaan, Siyon, İsrail, Suriya Fələstni, Cənubi Suriya, Cand Fələstini, Outremer, Müqəddəs Torpaqlar və Cənubi Levant adlandırılmışdır. Fələstin terminin ixtiraçısı Roma imperatoru Adrianndır. Romalıların məqsədi yəhudilərin düşməni olan Filistines qəbiləsinin adını istifadə edərək İsrail torpaqlarını adlandırmaq və yəhudiləri bu torpaqlardan ayırmaq olmuşdur. "Fələstin" ivrit dilində "pliştim" sözündən yaranmışdır və "yad işğalçılar" deməkdir. == Dini mənbələrdə == İslam dinində bura müqəddəs və mübarək yer sayılır. Burada Əqsa məscidi yerləşir.
Fələstin Azadlıq Təşkilatı
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Fələstin Dövləti
Fələstin (ərəb. دولة فلسطين‎, ing. Fələstin Dövləti) Yaxın Şərqdə yerləşən ölkədir. == Tarix == === Fələstin miladdan öncə === İnsan varlığı izləri Təbəriyyə gölünün cənub regionunda tapılmışdır, bu təxminən miladdan öncə 600 min ilə gedib çıxır. Yeni daş dövründə (m. ə. 10000 – m.ə. 5000) sabit kənd təsərrüfatı icmaları yaradılmışdır. Eneolitdən (m. ə.
Fələstin milli futbol komandası
Fələstin milli futbol komandası 1998-ci ildən yaradılan Fələstin milli komandasını ilk dəfə argentinalı Rikardo Karuqati çalışdırıb. Əvvəllər Səudiyyə Ərəbistanı, Mərakeş, Misir, İran, Lixtenşteyn, Vyetnam və Küveyt yığmalarını çalışdıran avstriyalı Alfred Ridl də Fələstin millisində çalışmaq imkanı əldə edib. Fələstin Futbol Federasiyası (FFF) 1998-ci ildən FİFA-nın üzvüdür. Bu ölkənin əsas komandası ilk oyununu İordaniya millisinə qarşı keçirib və həmin görüş 1:1 hesabı ilə başa çatıb. Fələstin milli komandası ilk dəfə Asiya qitəsinin 2006-cı ildə təşkil olunan dünya çempionatının seçmə mərhələsində iştirak edib. Bölgədə müharibə səngimədiyindən, komanda hazırlıqlarını Misirdə, oyunlarını isə Qətərdə keçirirdi. Fələstin milli komandasının yaranması isə yerli iş adamlarının köməkliyi ilə olub. Bununla bağlı yığmanın sabiq çalışdırıcısı Ridl deyir: "Təxminən 10 nəfərə yaxın iş adamı Fələstin yığmasının maliyyə xərclərini öz üzərlərinə götürdü. Mənə də sərfəli təklif irəli sürdülər. Tərəddüd etmədən qəbul etdim.
Fələstin püstəsi
== Təbii yayılması == Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə,2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır. == Ekologiyası == Quraqlığa və şaxtayadavamlıdır.
Fələstin tikmələri
Fələstin tikmə sənəti və Fələstin qadınlarının həyatında mühüm tərkib hissəsidir.Fələstinli qadınların əsrlər boyu miras qoyduğu və qızlarına və nəvələrinə ötürdüyü Fələstin folklorunun bir hissəsidir.Onun mənşəyi Kənanlılar dövrünə gedib çıxır. , tarixi Fələstinin hər yerindən antikalar sübut edir. Fələstinli qadınlar naxışdan əsasən paltarlarını bəzəmək üçün istifadə edirdilər, əlavə olaraq döşək, yastıq, pul kisəsi və s. kimi çoxlu sayda məişət ehtiyacları. Bu sənət Fələstinin əksər bölgələrində, xüsusən də mərkəzi bölgədə yayılmışdı.Tikmədə istifadə edilən naxışlar coğrafi bölgələrə görə dəyişirdi, əgər onlar vasitəsilə qadının hansı bölgəyə, hətta hansı kəndə mənsub olduğunu ayırd etmək mümkün olsaydı. 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qeyri-maddi mədəni irs siyahısına əlavə edilmişdir. == Fələstin tikmə tarixi == İllər ərzində rütubət və həşərat kimi zərər verən amillərə məruz qalması nəticəsində eramızın XIX əsrindən əvvələ aid naxışlı Fələstin paltarlarını tapmaq çətindir. Bununla belə, bir çox Kənan heykəlləri və artefaktları, toxumaların toxunması və rənglənməsi, xüsusən onları fərqləndirən qırmızı və bənövşəyi rənglərdə aydın görünür və onlar indiki zamanın Fələstin tikmələrində hələ də iki əsas rəngdir. == tikmə vahidləri == Dekorativ vahidlər Fələstin bölgələrində müxtəlif dövrlərə, xüsusən də Roma, Bizans, Əməvi və Məmlüklərə aid müxtəlif idi və dekorativ vahidlər şir, xoruz, xoruz kimi heyvan və quşlardan əlavə, abstrakt, həndəsi fiqurlar və botanika təsvirlərini ehtiva edirdi. ördək və leylək.
Fələstin İslami Cihad Təşkilatı
Fələstin İslami Cihad Hərəkatı (Ərəb: حركة الجهاد الإسلامي في فلستين - Hərakat əl-Cihad əl-İslami fi Fələstin) Qəzza zolağının Həmişə bölgəsində yəhudilərə qarşı mübarizə aparan İslam mücahidləri qrupudur. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İngiltərə, Yaponiya, Kanada, Avstraliya və İsrail İslam Cihadını hesab edirlər. Bir proto təşkilat dövlət olan Fələstinli terror qrupları Qəzzada yəhudilərə qarşı etnik təmizləmə apardıqları üçün Fələstin torpaqlarının işğalına qarşı mübarizə aparır. İslami Cihad HƏMAS-dan kiçikdir, lakin Əl-Fəth ilə eyni böyük sosial bazaya malikdir. Ramazan Şallah Fathi Şaqaqi və Əbdüləziz Avda tərəfindən Fələstin Azadlıq Təşkilatının bir qolu olaraq Sinay yarımadasında bu günə qədər davam edən təşkilatın rəhbəridir.
Fələstində zeytun istehsalı
Zeytun ağacları Fələstin ərazilərində əsas kənd təsərrüfatı bitkiləridir və burada daha çox zeytun yağı istehsalı üçün becərilir. 2011-ci ildə 7,8 milyon meyvə zeytun ağacının olduğu İşğal olunmuş Fələstin ərazilərində zeytun istehsalının əkin sahələrinin 57%-ni təşkil etdiyi təxmin edilir. 2014-cü ildə təxminən 108.000 ton zeytun sıxılmış və 24.700 ton zeytun yağı istehsal edilmişdir ki, bu da $ 10.900.000 gəlir gətirmişdir. Əsas gəliri zeytundan asılı olan təxminən 100.000 ailə var. Zeytun ağacı bir çox fələstinlilər tərəfindən millətçiliyin və ağacın Fələstin torpağına bağlılığının simvolu kimi, xüsusən də yavaş böyüməsi və uzunömürlülüyünə görə qiymətləndirilib. == Tarix == Bölgədə zeytun ağacları min illər əvvəl becərilməyə başlandı. O, Mis dövrünə aid bir çox zeytun bağlarına və neft hasil etmək üçün onları sıxışdırmaq üsullarına, xüsusən eramızdan əvvəl 3600-dən 3300-ə qədər olan kəşfləri tapdı. Türkiyə sahillərində tapılan Oluborun gəmisində Fələstindən gətirilən zeytunların daşındığı güman edildiyi üçün zeytun Tunc dövründə ticarət malına çevrilib. Zeytunçuluq 1700–1900-cü illər arasında Nablus şəhərini əhatə edən ərazidə inkişaf edərək əsas istehsal mərkəzinə çevrilmiş və çıxarılan neft pul əvəzi kimi istifadə edilmişdir. Neftin şəhərdə və ətraf kəndlərdə dərin quyularda saxlandığı yerlər tacirlər arasında ödəniş vasitəsi kimi istifadə olunurdu.
Fələstinli
Fələstinli ərəblər və ya qısaca fələstinlilər, Fələstin bölgəsi köklü[mənbə göstərin] ərəb xalqı. Dünyada təxmini 12 milyon fələstinli ərəb vardır və bunlardan təxminən yarısı bir dövlətin vətəndaşlığına malikdir. == Populyasiya == Fələstinlilər, başlıca Fələstindəki öz tabeliyində olan ərazisində, İsraildə, İordaniya, ərəb ölkələrində yaşayırlar. Orta Şərq daxilində ən çox fələstinli təxmini yarım milyon insan ilə Çilidədir. İsrail əhalisinin 16 % müsəlman, 2 % xristian fələstinlilərdən təşkil olunub. == Din == Fələstinlilər çoxu sünni, müsəlmandır. Bundan əlavə az miqdarda xristian bir qrup da vardır. Xristian fələstinlilər çoxsu Fələstin daxilindəki bölgələrdə yaşayırlar. == Dil == Fələstinli ərəbcənin Fələstin ləhcəsini istifadə edirlər. İsrail vətəndaşı olan fələstinlilərin çoxsu ivritcə və ərəbcə olmaq üzrə iki ana dilə malikdir.
Fələstinli keffiyeh
Fələstin keffiyə (ərəb: كوفية‎, romanlaşdırılmış: koofiyyeh) adətən boyun və ya baş ətrafına taxılan damalı qara və ağ keffiyəhsidir.
Fələstinlilər
Fələstinli ərəblər və ya qısaca fələstinlilər, Fələstin bölgəsi köklü[mənbə göstərin] ərəb xalqı. Dünyada təxmini 12 milyon fələstinli ərəb vardır və bunlardan təxminən yarısı bir dövlətin vətəndaşlığına malikdir. == Populyasiya == Fələstinlilər, başlıca Fələstindəki öz tabeliyində olan ərazisində, İsraildə, İordaniya, ərəb ölkələrində yaşayırlar. Orta Şərq daxilində ən çox fələstinli təxmini yarım milyon insan ilə Çilidədir. İsrail əhalisinin 16 % müsəlman, 2 % xristian fələstinlilərdən təşkil olunub. == Din == Fələstinlilər çoxu sünni, müsəlmandır. Bundan əlavə az miqdarda xristian bir qrup da vardır. Xristian fələstinlilər çoxsu Fələstin daxilindəki bölgələrdə yaşayırlar. == Dil == Fələstinli ərəbcənin Fələstin ləhcəsini istifadə edirlər. İsrail vətəndaşı olan fələstinlilərin çoxsu ivritcə və ərəbcə olmaq üzrə iki ana dilə malikdir.
Fələstin–İran münasibətləri
İran–Fələstin münasibətləri — İran və Qəzzə zolağı, Qərb sahili daxil olmaqla qismən tanınmış Fələstin dövləti arasında ikitərəfli diplomatik münasibətlər. İran rəsmi olaraq müstəqil Fələstin dövləti konsepsiyasını dəstəkləyir və Fələstin Dövlətini tanıyır. İranın ali lideri Əli Xamenei iki millət üçün iki dövlət yaratmaq planını rədd edir və Fələstin ərazisinin bölünməyəcəyinə inanır. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad isə hökumətin quruluşunu təyin etmək üçün bütün Fələstin əhalisi, o cümlədən İsrailin ərəb vətəndaşları üçün ümumi referendum keçirməyə çağırdı. 1979-cu ildə İran İslam İnqilabından əvvəl, Fələstin Azadlıq Təşkilatı İran müxalif qrupları ilə sıx əlaqə saxlayırdı. İslam İnqilabından sonra İran İsrail ilə müttəfiq münasibətləri dayandırdı və fələstinlilərin mübarizəsini dəstəkləməyə başladı. Bunun simvolu kimi İsrailin Tehrandakı səfirliyinin Fələstin Azadlıq Təşkilatının ehtiyacları üçün təhvil verilməsi olur. == Tarixi == Şahənşah Məhəmməd Rza Pəhləvinin dövründə İran Türkiyədən sonra İsraili tanıyan ikinci müsəlman ölkəsi oldu. Fələstin Azadlıq Təşkilatı 1979-cu ildə İrandakı İslam İnqilabını dəstəklədi və inqilabın bitməsindən bir neçə gün sonra Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat İrandakı Fələstin nümayəndə heyətinə rəhbərlik etdi. Fələstinli nümayəndə heyəti kütləvi şəkildə qarşılandı və İranın yeni hakimiyyəti simvolik olaraq keçmiş İsrail səfirliyinin açarlarını Fələstin səfirliyinə verdi.
Fələstin–İraq münasibətləri
İraq–Fələstin münasibətləri — İraq və Qəzzə zolağı, İordan çayının qərb sahili daxil olmaqla qismən tanınmış Fələstin dövləti arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == İraqlılar və fələstinlilər arasındakı münasibətlər tarixən yaxındır və XX əsrin ikinci yarısında Fələstin Azadlıq Təşkilatı (FAT) İraqın hakim Baas Partiyası tərəfindən dəstəkləndi. FAT Körfəz müharibəsi zamanı İraqa kömək etdi. Fələstin Dövlətinin Bağdadda bir səfirliyi və Ərbildə bir konsulluğu var, ancaq İraqın Fələstində səfirliyi yoxdur. 1948-ci ildə İraq İsrailə müharibə elan etdi və o vaxtdan bəri iki dövlət arasındakı münasibətlər düşmən olaraq qalır. İraq Fələstinin İsrailə qarşı mübarizəsini qətiyyətlə dəstəkləyir. 1967-ci ildə İraq yenidən İsrailə qarşı müharibəyə girdi və 1973-cü ildə Yom Kippur müharibəsi zamanı iraqlılar Suriya silahlı qüvvələrinin tərəfində israillilərə qarşı vuruşdular. Səddam Hüseyn ərəb ölkələrində anti-İsrail mövqeyi və bir sıra Fələstin partizan təşkilatlarının dəstəyinə görə böyük hörmətə malik idi. İkinci Əl-Əqsa İntifadası zamanı İraq israillilərlə döyüşdə həlak olan fələstinli ailələrə (intiharçılara) maddi yardım göstərdi. 1981-ci ildə İsrail Osirak nüvə reaktoruna hücum etdi.