FƏXRİ
FƏQANƏ
OBASTAN VİKİ
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Fəqan Məmmədov
Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998; Yeni Suvagil, Zaqatala rayonu — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin "Kinoşünaslıq" ixtisası üzrə təhsil alıb. Nişanlı idi. Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər.
Fəqan Xudaverdiyev
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir.[mənbə göstərin] 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. Fəqan Zalov subay idi. Onun ailəsində 3 uşaq olub – özü, qardaşı Nicat və bacısı Gültəkin.
Fəqan Ziyadov
Fəqan Əliyev
Fəqan Əliyev (d. 1945-Ağcabədi rayonu) — texnika elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti,Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri, Birləşmiş Oksford Akademiyasının fəxri Professoru Fəqan Qənbər oğlu Əliyev 1945-ci ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Moskvada aspirantura üzrə Fizika və İnşaat İnstitutunu bitirdikdən sonra 1977-ci ildə elmlər namizədliyi və 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. F. Əliyev binaların enerji idarə etmə və nəzarət sisteminin problemləri, inkişaf və alternativ enerji texnologiyasının həyata keçirilməsi sahəsində tədqiqatlar ilə məşğul olmuşdur. Onun işi "avtomatlaşdırılmış idarə vasitəsilə Bakı şəhərində böyük İdman Kompleksində enerjiyə qənaətin optimallaşdırılması və kompüter sistemlərinə istifadə üzrə nəzarətdir". Keçmiş SSRİ Xalq Təsərrüfatı Akademiyasının fərqlənmə diplomu ilə təltif edilib. F. Əliyev layihələşmədə iştirak edib və 25-dən çox binanın tikilməsinə rəhbərlik edib. Məsələn Respublika velosiped yolu, Atletik Arena, Bakı İdman Sarayı (indiki Heydər Əliyev adına İdman və Konsert kompleksi)Respublika Tibbi-Atletik Sağlamlıq Mərkəzi, Mingəçevir şəhərində Dövlət Olimpiya Qayıqdaşıma Bazası və s. Professor Fəqan Əliyevin fəaliyyəti ekosistem müdafiəsi və müxtəlif binaların və strukturların radiasiya təhlükəsizliyidir.
Fəqan Umudov
Fəqan Umudov (1 aprel 1979) — Azərbaycanı təmsil edən taekvondoçu. Fəqan Umudov 1979-cu il aprelin 1-də anadan olub. Fəqan Umudov 1998-ci ildə Eyndhoven şəhərində, 2002-ci ildə isə Samsun şəhərində baş tutan Avropa Çempionatlarının final görüşündə məğlub oldu və gümüş medallara sahib oldu.
Fəqan Quluzadə
Fəqan Quluzadə (14 may,1995) Azərbaycanlı cüdoçu == Haqqında == Fəqan Quluzadə 14 may 1995-ci il tarixində anadan olub. Ulan-Batorda keçirilən 2016-cı il Cüdo Qran-Prisində 73 kq çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. O, həlledici görüşdə digər azərbaycanlı cüdoçu Telman Vəliyevlə qarşılaşıb və qalib gəlib. 2017-ci ildə Fəqan Quluzadə (81 kq) öz çəki dərəcələrində Azərbaycan çempionu adına layiq görülüb. Daşkənddə keçirilən 2017-ci il Cüdo Qran-Prisində 81 kq çəki dərəcəsində bürünc medala layiq görülmüşdür.
Fəqan Xudaverdiyev (şəhid)
Əlireza Fəqani
Əlireza Fəqani 21 Mart 1978-ci ildə İranda doğulub. 2008-ci ildən etibarən FİFA-nın Beynəlxalq dərəcələi futbol hakimidir. Fəqani 2015-ci il Asiya Çempionlar Liqası Finalı, 2015 Asiya Kuboku Finalı, 2015 FİFA Klublararası dünya Çempionatının finalını, 2016 Olimpiyadanın finalını idarə edib. Həmçinin 2017-ci ildə FİFA Konfederasiyalar Kuboku və 2018-ci ildə Rusiyada keçirilən FİFA Dünya Kubokunda oyunlara təyin edildi. 1978-ci il martın 21-də İranın Məşhəd şəhəri yaxınlığında yerləşən Keşmar şəhərində anadan olmuşdur. Onun ləqəbi Behrooz (بهروز) idi. Atası Məhəmməd Fəqani (محمد فغانی) də futbol hakimi idi. Fəqani əvvəllər özünü futbolçu kimi çalışdırsa da sonda hakim olacağı qərarına gəlmişdir. Fəqani 2008-ci ildə FİFA referesi olub. Yalnız bir illik beynəlxalq təcrübədən sonra Faqani 2009-cu ildə AFF prezidenti Kuboku finalında oyunu idarə etmək əmri aldı.

Значение слова в других словарях