FƏRDİYYƏTÇİ

sif. Öz fikir tərzinə və hərəkətlərində fərdiyyətçiliyə meyil edən (adam).
// Öz şəxsi mənafeyini cəmiyyətin, kollektivin mənafeyindən üstün tutan, birinci növbədə öz mənafeyini güdən (adam).
Cabbarlı “Almaz” pyesində əsasən köhnə fərdiyyətçi kəndin mənzərəsini yaratmışdır. M.Arif.

FƏRDİYYƏT
FƏRDİYYƏTÇİLİK
OBASTAN VİKİ
Fərdiyyətçi anarxizm
Fərdiyyətçi anarxizm fərdi şüur və fərdi marağa heç bir kollektiv orqan və ya dövlət orqanı tərəfindən əngəl törədilməməli olduğunu müdafiə edən anarxizm modelidir. Fərdi anarxizm, sosialist, kollektivist və kommunalist hərəkatların ümumi mülkiyyət ideyasına qarşı mülkiyyətin fərdlərin əlində olmasını müdafiə edir. Qodvin xeyriyyəçilik ideyasını müdafiə edərkən hər bir fərdin öz əməyi və əmlakı üzərində fərdi söz sahibi olmaq hüququnu da ifadə edirdi və zamanla hökumətin kiçilməsinə səbəb olacaq mütərəqqi rasionalizmə inanırdı ki, bu da son nəticədə dövlətin ləğvinə səbəb olmalı idi. Bu fəlsəfənin tanınmış adlarından biri olan Maks Stirner həm də ilk fərdiyyətçi anarxistdir. Ştirnerin fəlsəfəsi fərdiyyətçi anarxizmin eqoist formasıdır; Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey yoxdur; “Fərdlər onun reallığıdır.” O, mülkiyyəti hüquqlara deyil, gücə malik olan varlıqlar kimi görür. Stirner, mərhəmətsizliyə hörmət ediləcəyi eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür. Boston anarxistləri fərdiyyətçi anarxizmin fərqli, daha az radikal formasını müdafiə edirdilər. Onlar azad bazarları və xüsusi mülkiyyəti dəstəkləyirdilər. Onlar azadlığın və mülkiyyətin qorunmasının şəxsi müqavilələrlə təmin edilməsinin tərəfdarı idilər.
Fərdiyyətçilik
Fərdiyyətçilik və ya İndividualizm mənəvi duruş, siyasi fəlsəfə, ideologiya və sosial perspektivdir ki Fərdin mənəvi dəyərinə vurğulayır.

Значение слова в других словарях

-е-(я) Дья́вол защепа́ться каждого́дный пова́рничать прохлажде́ние разве́нчиваться ряби́новка ДНК километра́ж моцио́н не́мощь окру́жный хло́панье эмвэдэ́шник agrology beggar's-lice charm out continently home free superstructural unanaesthetized разве скорпион хлопкоуборочный