İşıq (jurnal)
"İşıq" qəzeti — Azərbaycan milli mətbuatında ilk maarifçi qadın qəzeti.
XIX əsrin 70-ci illərindən yaranmış olan Azərbaycan milli mətbuatı sonrakı dövr ərzində inkişaf etmiş və milli mətbuat xalqın ictimai-siyasi , mədəni-ideoloji həyatının mühüm tərkib hissəsi olmaqda davam etmişdi.Xüsusilə XX əsrin əvvəllərindən, ictimai şüurun inkişafı nəticəsində qadın mətbuatının yaranması, qadın söz azadlığına şərait yaradılması üçün ictimai proseslər inkişaf etmişdi. XX əsrin əvvəlləri Azərbaycan milli mətbuatında qadınların öz hüquqları uğrunda mübarizə aparmağa başladığı dövrdür.Bu dövrdə əsas rol oynamış maarifçi xanımlar Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar idi. Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Şərqiyyə xanım Axundova, Səkinə xanım Axundova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbababəyova, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova kimi maarifçi xanımların əsasə məramı təhsil almaq istəyən müsəlman qızların təhsil almasına şərait yaradılması idi. Maarifçilik ideyalarının cəmiyyət arasında artdığı dövrdə, İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlarMəryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildi. 1905-ci ildə Bakıda Əminə xanım Batrişina əmək fəaliyyətinə başladı. O, Rusiya müsəlman qadınları arasında ilk diplom əldə edən həkim idi. 1908-ci ildə Sona xanım Rəhimova-Vəlixan Peterbuqda qadın tibb institutunu bitirən ilk azərbaycanlı qadın kimi tarixdə qaldı.
Qəzetin məramı qadınlar arasında maarifçiliyi yaymaq, müsəlman qızların təhsil almasına şərait yaratmaq, savadsızlığı aradan qaldırmaq idi. 1911-ci il yanvarın 11-dən,1912-ci ilin sonuna kimi nəşr olunmuşdur 68 sayı işıq üzü görmüşdür.