Gün aydın!

Good day! Добрый день!
gün ağlamaq, bir kəsə gün ağlamaq
Gün çıxana kimi, jalə göz çıxardar.
OBASTAN VİKİ
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi. Aydın Mansurov — musiqiçi Əmrə Aydın — müğənni Aydın Əlizadə — filosof Aydın Ələkbərov — alim Aydın Ağasıyev — bəstəkar Aydın Həsəni — prodüser Aydın Xırdalanlı — meyxanaçı Aydın Xan — kulturoloq Aydın Balayev — tarixçi Şair Aydın — Aydın Süleymanlı — şahmatçı Aydın Çobanoğlu — aşıq Aydın İmrani — inzibatçı Aydın Dadaşov — kinoşünas Aydın Səlimzadə — tarixçi Aydın Qaradağlı — diktor Aydın Ziyadlı — sənətşünas Aydın Abdullayev — təşkilatçı Aydın Doğan — iş adamı Aydın Ağdaşlı — rəssam Aydın Cabbarlı — həkim Aydın Şəmizadə — alim Aydın Məmmədov (tarixçi) — Aydın Ağabəyov — idmançı Aydın Əfəndi — şair Aydın Menderes — siyasətçi Aydın Hüseynzadə — ədəbiyyatşünas Aydın Talıbov — iş adamı Aydın Abbasov — deputat Aydın Əfəndiyev — alim Aydın Həmidov — aktyor Aydın Qasımlı — türkoloq Aydın Aimbetov — kosmonavt Aydın Bağırov — aktyor Aydın Şahsuvarov — tarixçi Bəxtiyar Aydın — general Xanım Aydın — yazıçı Aydın Talıbzadə — teatrşünas Aydın Rəcəbov — xalçaçı rəssam Aydın Əzimbəyov — səfir Aydın Qəhrəmanov — həkim Aydın Əzizbəyov — dövlət xadimi Aydın Paşacanov — alim Aydın Kələntərli — alim Aydın Piriyev — Aydın Qasımov (futbolçu) — Aydın Hüseynov Aydın Hüseynov (şahmatçı) — Aydın Kazımzadə Aydın Kazımzadə (kinoşünas) — Aydın Kazımzadə (fizik) — Aydın Həsənov Aydın Həsənov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Həsənov (siyasətçi) — tarixçi Aydın Quliyev Aydın Quliyev (jurnalist) — Aydın Quliyev (aktyor) — Aydın Quliyev (dövlət xadimi) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi. Aydın Əliyev Aydın Əliyev (aktyor) — Aydın Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əliyev (general-polkovnik) — Aydın Hacıyev Aydın Hacıyev (filoloq) — Aydın Hacıyev (tarixçi) — Aydın Kərimov Aydın Kərimov (hüquqşünas) — Aydın Kərimov (idmançı) — Aydın Məmmədov Aydın Məmmədov (filoloq) — dilçi, türkoloq, tənqidçi, siyasətçi.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
32. Gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan "2019-un Ən Yaxşıları" siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 iyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Gün keçdi
Gün keçdi (film, 1971) — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi (film, 2012) — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Gün xan
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehmet Gün
Mehmet Gün (türk. Mehmet Gün; 1954, Ankara – 26 fevral 2014, Berlin) — türk rəssam. == Həyatı == Mehmet Gün 1954-cü ildə Ankarada anadan olub. Vyana İncəsənət Akademiyasını başa vurmuşdur. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı. Rəssamın "Galerie-Seitz" adlı qalereyası var idi. Mehmet Gün 26 fevral 2014-cü ildə Berlində müalicə olunduğu xəstəxanada 60 yaşında dünyasını dəyişib.
Nurəngiz Gün
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) == Həyatı == Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir. Prezident təqaüdçüsü olmuşdur. 23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir. Millət vəkili Jalə Əliyevanın anasıdır.
Yüz gün
Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü. == Adaya gəliş == Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba . Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşuldu. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər . == Adada keçirdiyi dövr == Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.
44 gün
44 gün — özbək şairi Xasiyyət Rüstəmovanın yazdığı məqalə, gündəlik və dastandan ibarət kitab. Kitabın əsas mövzusu Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə həsr olunub. == Çapı == Kitab 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə nəşr olunub. Kitaba Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyar ədəbi məsləhətlər veriblər. == Kitab haqqında == Kitab VI bölmədən ibarətdir. Birinci bölmə “Adı Lalə idi o qızın” dastanı ilə başlayır. Ondan sonra “Rahatsız keçən 44 gün” və “Qarabağ xəyallarıma girir” kimi gündəliklər bölməsini ehtiva edir. Həmçinin kitabda müasir Azərbaycan yazıçıları Xosiyyət Rüstəmovaya həsr olunmuş xatirələrini “Yuxuyuma girər Qarabağ” bölməsində yazıblar. Sonuncu bölmə şairənin tərcümeyi-halına həsr edilmişdir.
Bazar (gün)
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. == Adı == Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. == Dinlərdə == === Islam === İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. === Xristian === Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Gün enerjisi
Günəş enerjisi — günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. == Texnologiyası == Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Gün sistemi
Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan 8 planetlə onların məlum 166 təbii peyki, 5 cırtdan planetlə onların məlum altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlər, Koyper qurşağındakı cisimlər, kometlər, meteorlar və planetlərarası mühit-qaz və toz daxildir. Günəş sistemində yerləşən ilk dörd planetə Yer qrupu planetlər, digər dörd planetə isə Nəhəng planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dolanan təbii peykləri vardır. Bundan başqa nəhəng planetlərin ətrafında fırlanan toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir.
Milli gün
Milli bayram bir ölkədə qeyd olunan milli bayramlara verilən addır. Buna misal olaraq Türkiyənin 30 Avqust Qələbə Günü, Amerikanın Müstəqillik Günü, Respublika Günü, Kanada Gününü göstərmək mümkündür. Ümumiyyətlə millətçi məzmuna malik olan bu tətillərdə; həmin ölkənin milli azadlıq müharibəsini qazandığı gün, rəsmi olaraq tanındığı gün, əhəmiyyətli bir hadisənin şahidi olduğu gün və ya etnik-mifoloji əhəmiyyət kəsb edən bir gün qeyd edilə bilər. Milli bayram adətən tətildir. Bir çox ölkədə birdən çox milli bayram var. Danimarka və Böyük Britaniya milli bayramı olmayan yeganə ölkələrdir.
Nizami Aydın
== Siyahı ==
Sezai Aydın
Sezai Aydın (15 fevral 1952, Ankara – 20 dekabr 2021, İstanbul) — türk teatr, kino, serial aktyoru və səs aktyoru. O, daha çox Con Rembo, Rokki Balboa, Bill Kosbi və Fred Flintston obrazlarını səsləndirməsi ilə tanınır. Sezai Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. Ankara Universiteti İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının məzunu olan Aydın şəhər teatrı sənətçisidir və bu günə qədər bir çox tamaşada çalışıb. Keçiören Bələdiyyəsində bir müddət "Şənbə şənbəsi" adlı uşaq əyləncə proqramına rəhbərlik edən, eyni zamanda kamera qarşısına keçərək film və seriallarda rol alan Aydın illərdir bir çox yerli və xarici obrazları səsləndirib. Başkent Rabitə Elmləri Akademiyasında səs və aktyorluq təhsili də verib. Aydın 20 dekabr 2021-ci ildə İstanbulun Ümraniye rayonunda şəkərli diabetlə bağlı ürək çatışmazlığından dünyasını dəyişib. 22 dekabr 2021-ci ildə Şakirin məscidində qılınan cənazə namazından sonra Qaracaəhməd qəbiristanlığında dəfn edilib. Oğlu Arda Aydın atasının ölümündən 8 ay əvvəl şəkər xəstəliyinə bağlı səbəblərə görə sağ ayağının amputasiya edildiyini bildirib.
Xanım Aydın
Xanım Aydın (8 may 1984; Bakı, Azərbaycan SSR) — azərbaycanlı yazıçı, şair, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016) == Həyatı == Xanım Aydın 1984-cü il mayın 8-də Bakı şəhərində anadan olub. 1990–2001-ci illərdə 171 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinin fortepiano sinfində təhsil alıb. 2015–2020-ci illərdə V.N.Karazin adına Xarkov Milli Universitetinin "Rus dili filologiyası" fakültəsində ali təhsilini tamamlayıb. 2014–2016-ci illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində təhsil alıb. == Fəaliyyəti == 2014-cü ildən Xanım Aydın imzasıyla ədəbi mühitdə tanınmağa başlayıb. Həmin ildən "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Yazı", "Dünya ədəbiyyatı" jurnalları, "Kaspi", "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Mir literaturı" və s. qəzetlərdə məqalə, hekayə, şeir və tərcümələri müntəzəm şəkildə dərc olunub. 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.
İbrahim Aydın
İbrahim bəy Cahangirzadə, İbrahim bəy Cahangiroğlu və ya İbrahim Aydın (1874, Gümrü – 19 may 1948, Qars, Qars ili) — dövlət xadimi, hərbçi, Qars Bələdiyyə başqanı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Nazirlər Şurasının sədri, Qars valisi, Qars Milli İslam Şurası Hökuməti başçısı, Araz Türk Cümhuriyyəti hərbi naziri. == Həyatı == İbrahim bəy Cahangirzadə 1874-cü ildə Aleksandropolda anadan olmuşdur. İbrahim bəy öncə mollaxana adlandırılan məhəllə məktəbinə gedərək burada Quran oxumağı, şəriəti, fars və ərəb dillərini öyrənmişdir. Daha sonra doğulduğu şəhərdə və Qarsda mədrəsə təhsili almış, üç il Qars şəhər məktəbində rus dilində təhsil almışdır. 1903-cü ildə Aleksandropol kazak alayına qəbul edilmiş, beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli "İslam cəmiyyəti" ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur. Əfv fərmanına əsasən 6 aydan sonra azad olunaraq Qarsa qayıtmış və maliyyə məmuru işləmişdir. 1919-cu ilin aprel ayının 12 və 13-də ingilis ordusu tərəfındən Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yıxıldı, başda İbrahim bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə edilməklə, Malta adasına sürgün olundular. 1921-ci ildə Nəriman Nərimanovun köməyi ilə sürgündən azad edilən qarslılar əski rus təbəəsi bəhanəsiylə Tiflis həbsxanasına göndərildilər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy həyat yoldaşı Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfibəylinin himayəsində tapmış və onun köməyi ilə Qarsa qayıtmışdır. 1934-cü il soyadı qanununun qəbuli ilə "Aydın" soyadını qəbul etmişdir.
İclal Aydın
İclal Aydın — Türkiyə teatr və kinoaktrisası. == Həyatı == 14 sentyabr 1971-ci ildə Nevşəhərdə anadan olmuşdur. Kürd kökənli ata ilə çərkəz kökənli ananın övladıdır. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Teatr aktyorluğu ixtisasına qəbul oldu. 1990 ilində Berlinə köçdü ve 6 il ərzində müxtəlif rollarda, dramaturg olaraq işlədi.
Şair Aydın
Aydın Ramazan оğlu (Şair Aydın; 1825, Şişqaya – 1915, Şişqaya, Yeni Bəyazid qəzası) — el şairi. == Həyatı == Şair Aydın 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından saz-söz məclislərindən ilham alan Aydın şеir dеməyə, söz qоşmağa başlamışdır. Aydının şеirlərində əsas mоtiv haqsızlığa, ədalətsizliyə, zülmə qarşı хalqı оyatmaq оlmuşdur. 1877-ci ildə şairə qarşı qəsd hazırlayan şəхsi şairin böyük qardaşı Еyvaz öldürür. Bu hadisədən sоnra Aydın qardaşları Еyvaz və İsmiхanla birlikdə Sibirə sürgün еdilirlər. Оn il sürgündə оlduqdan sоnra şair Bakı şəhərinə gəlmiş və burada fəhlə işləmişdir. Bir çох şеirlərini də еlə Bakıda yaratmışdır. 1892-ci ildə dоğma Göyçə mahalına qayıdan Şair Aydın еl-оbası tərəfindən böyük hörmətlə və еhtiramla qarşılanmışdır. Gəraylıları ilə tanınan şair XIX əsrin ən məşhur aşığı Aşıq Ələsgərin müasirlərindən sayılır.
Kamil Aydın
Kamil Aydın (25 mart 1963, Ərzurum ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Kamil Aydın 25 mart 1963-cü ildə Ərzurum ilində anadan olub. Atatürk Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Həmin universitetdə Ədəbiyyat Bölməsində magistr dərəcəsi, İngiltərənin Vorvik Universitetində isə PhD dərəcəsi alıb. Atatürk Universitetində senatının üzvü, şöbə müdiri və İntizam Komitəsinin üzvü vəzifələrində çalışıb. Media, mədəniyyət, incəsənət, təhsil, ədəbiyyat və beynəlxalq əlaqələr sahələrində layihələri, işləri, araşdırmaları və tədqiqatları olub. MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü, TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədr müavini, TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifələrində çalışıb. 28-ci çağırışda TBMM Xarici İşlər Komissiyasının üzvü, NATO Parlament Assambleyasının üzvü, ATƏT Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.
Yavuz Aydın
Yavuz Aydın (1972, Trabzon ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Yavuz Aydın 1972-ci ildə Trabzon ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzon ilində alıb. Trabzon ilində Ticarət Peşə Liseyini bitirib. Lissabonda NOVA Universiteti Hüquq Bölməsindən məzun olub. Səhiyyə, turizm və inşaat sahəsində çalışıb, təsisçi, tərəfdaş və menecer olub. Trabzon İş Adamları Dərnəyinin (TİAB) üzvü, Beşidüzü Mədəniyyət və Yardımlaşma Dərnəyinin (BEŞİK-DER) üzvü, Səhiyyə İşəgötürənləri Dərnəyinin (SEİS) üzvü, Beşidüzü İdman Klubunun İdarə Heyətinin üzvü və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Trabzon ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 3 uşaq atasıdır.