GÜNBƏZ

GÜNBƏD, GÜNBƏZ

f. bax künbəd, künbəz. Günbədi (günbəzi)-dəvvar dolanan günbəz; göy, səma; günbədi (günbəzi)-lacivərd buludsuz göy; mavi səma; günbədi (günbəzi)-mina səma, göy.

GÜNBƏD
GÜNCAYİŞ
OBASTAN VİKİ
Günbəz
Günbəz — dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementi. Günbəz vasitəsilə əlavə dayaqlar qoymadan çəx böyük sahənin üstünü örtmək mümkündür. Vertikal düşən yükdən günbəz konstruksiyalarda sıxılma gərginliyi yaranır və ağırlıq kənar dayaqlara düşür. Günbəzlərin qurulması ta qədim zamanlardan məlum idi. Ancaq böyük və mürəkkəb günbəzlər Qədim Roma dövründə məbədlərin və böyük ictimai binaların tikintisi zamanı geniş tətbiq edilirdi.
Yarı günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Yarım günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Başıkəsik günbəz
Başıkəsik günbəz ― Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən XIII-XIV əsrlərə aid günbəz. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Başıkəsik günbəz Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşir. XIII-XIV əsrlərə aid olan günbəzin üstü açıq olduğuna görə insanlar tərəfindən "Başıkəsik" adlandırılıb. Hündürlüyü 12 metr, diametri 5 metrdir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Daha sonra türbə bərpa olunub və ilkin formasına gətirilib. Cəbrayıl rayonunun işğal edildikdən sonra günbəzin divarları bir neçə yerdən dağıdılıb. Ermənistan Silahlı Qüvvələri günbəzdən müşahidə postu kimi istifadə ediblər. 2020-ci il oktyabrın 23-də türbənin yerləşdiyi Dağ Tumas kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Altı günbəz sinaqoqu
Altı günbəz sinaqoqu — Quba rayonunun Qırmızı Qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən, memar Gilel ben Xaimin layihəsi əsasında 1888-ci ildə inşa edilmiş sinaqoq. Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır. Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır. Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır.
Dairəvi Günbəz türbəsi
Dairəvi günbəz türbəsi — Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir. Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Göy Günbəz (Kərkük)
Göy Günbəz — 1361-ci ildə Kərkükdə Cəlairilər dövründə tikilmiş türbə. Türbə Səlcuqlular xanədanının üzvlərindən olan Buğday Xatun üçün tikilib. İki mərtəbəli və səkkiz guşəli tikilən günbəzin hündürlüyü 17 metrdir.
Göy Günbəz türbəsi
Göy Günbəz Türbəsi və ya Göy Günbəd Türbəsi — Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən və Möminə Xatun Türbəsinin təsiri ilə inşa edilmiş Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. == Memarlıq xüsusiyyətləri == Göy Günbəz Səlcuq memarlığının səkkizbucaqlı qülləvari türbələrindən biridir. Göy Günbəzin qülləsinin plan-məkan quruluşu Xərrəqan türbələri ilə birtiplidir – səkkizüzlü prizmanın bucaqları bayırda silindrik dayaqlarla möhkəmləndirilmişdir. Ancaq dayaqlararası sivri tağçalarda və karnizdə stalaktitlərdən istifadə etmək baxımından Göy Günbəz Mömünə Xatun Türbəsinin aydın təsirinə məruz qalmışdır. Bununla belə marağalı memar öz böyük naxçıvanlı həmvətənini yamsılamaqdan uzaq olmuşdur. Mömünə Xatun türbəsində incəlik, təntənə klassik ciddiliyə tabe edildiyi halda, Göy Günbəz türbəsində dekorativlik, bədii şuxluğa üstünlük verilmişdir. Hətta Göy Günbəzin üst yazı qurşağı da kufi xəttinin daha dekorativ növü ilə yazılmışdır. Göy Günbəz türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan kərpic naxışlara tuş gəlinir. Onda daha qabarıq naxış quruluşu xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin altından keçən girihlər daha sıx quruluşlu olub, dayaz relyeflidir.
Qırmızı Günbəz türbəsi
Qırmızı Günbəz Türbəsi (az-əbcəd. قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir. 12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır.
Uzun Günbəz türbəsi
Uzun Günbəz türbəsi — Elxanilər dönəmində Qəzvində Həmdullah Qəzvini şərəfinə tikilmiş tarixi türbə. Türbə 13-cü və 14-cü yüzilliklərin arasında, Elxanilər dönəminin görkəmli coğrafiyaçı və tarixçisi olan Həmdullah Qəzvininin məqbərəsi üstündə tikilmişdir. Türbə hazırkı Qəzvinin Mələkabad məhəlləsində, sıx yaşayış evlərinin arasında yerləşir. Türbə Azərbaycan memarlıq üslubunda tikilmişdir. Türbənin sahəsi 40 metr və yerləşdiyi bağın ümumi sahəsi isə 280 metrdir. Başqa Elxani türbələrinə bənzər olaraq türbədə istifadə olunan yeganə material kərpicdir. Türbənin planı səkkizbucaqlı olaraq, üstü isə Konus şəkilli firuzəyi günbəz ilə örtülmüşdür. Günbəzinin uzunsov olmasına görə, türbə yerlilər arasında "Uzun Günbəz" kimi tanınır. Türbənin döşəməsi yer səviyyəsindən aşağıda yerləşir. Türbənin giriş qapısı ağacdan olaraq, oyulmuş dolaşıq çiçəkvari naxışlar ilə diqqət çəkir; Türbənin içərisi isə parlaq firuzə rəngli kaşılarla bəzədilmişdir.
Üç Günbəz türbəsi
Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi – Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir. Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir. El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır.
Alaşa xan günbəzi
Alaşa xan günbəzi (qaz. Алаша хан күмбезі) — Qazaxıstanda memarlıq abidəsi. Karağandı vilayətinin Ulıtau rayonunda, Malşıbay kəndindən 2 kilometr cənub-cənub-qərbdə, Qarakəngir çayının sağ sahilindədir. Oğuz-qıpçaq dövrünə (X–XI əsrlər) aiddir. == İstinadlar == == Xarici keçidlər == Улытау.
Arpaci günbəzi
Arpaci günbəzi — Cəbrayıl rayonunda təpə adı. Tovuz rayonunda Arpaçökəği və Qubadlı rayonunda Arpaçüxuru adları ilə mənaca eynidir.
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Günbəzdağ
Günbəzdağ — Qubadlı rayonu ərazisində dağ. Bazarçaydan sol tərəfdə yerləşir. Hündürlüyü 1002 m. Dağ oradakı günbəzvari qədim tikilinin olması ilə əlaqədar belə adlandırılmışdır.
Günbəzli (Bicar)
Günbəzli (fars. گنبدي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (22 ailə). Əhalisini kürdlər təşkil edir.
Günbəzli ev
Günbəzli ev — XVI–XIX əsrlərdə Gəncə şəhərində geniş yayılmış yaşayış binaları. Dövrümüzə çatmış ən qədim nümunələri XVII–XVIII əsrlərə aid olan bu cür yaşayış binası memarlığına Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. == Dizayn xüsusiyyətləri == Ənənəvi Gəncə evləri adətən küçədən izolyasiya edilmiş şəkildə və ya kar divarı küçə istiqamətində yerləşməklə inşa edilirdi. Küçələrdən çıxan dalanlara isə evlərin kiçik qapıları və ya həyətə açılan oxvari və ya yarımdairəvi tağla çərçivələnmiş böyük taxta darvazalar açılırdı. Şəhər ərazisində dövrümüzə çatmış ən qədim yaşayış tikililəri XVII–XVIII əsrlərə aid edilir. Bu tikililər maraqlı memarlıq həllinə malikdir. Onların üstü gəc məhlulu ilə inşa edilmiş gümbəzlə tamamlandığına görə, elmi ədəbiyyatda həm də "Günbəzli ev" kimi tanınırlar. Bu evlərin unikal memarlıq xüsusiyyətlərinə Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. Tədqiqatçılar həmin ərazidə bu cür mülki memarlığın inkişaf etməsini yerli memarların ərazi üçün xarakterik olan inşaat materiallarına (bişmiş və çiy kərpic, gəc) mükəmməl hakim olmaları ilə izah edirlər. Günbəzli evlərin interyerlərində istifadə edilən kompozisiya həlləri, həmçinin polixromiyanın incə şəkildə tətbiq edilməsi xalq memarlarının peşəkarlığı ilə yanaşı həm də yüksək zövq sahibi olduqlarını nümayiş etdirir.
Müqəddəs Pyotr bazilikasının günbəzi
Müqəddəs Pyotr bazilikasının günbəzi (it. La cupola di San Pietro) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid Müqəddəs Pyotr bazilikasının mərkəzi kəsişmə hissəsini örtən günbəzdir. Günbəz, insan əli ilə inşa edilmiş ən böyük daş hörmə tavanlardan biridir; o, 42 metr diametrə, kilsənin təməlindən günbəz fənərinin zirvəsinə kimi 130 metrdən çox hündürlüyə malikdir. Günbəzin intibah memarlığından barokko memarlığına keçid dövrünü əks etdirən formaları, 1564-cü ildə vəfat edənə kimi bazilikanın inşasında iştirak etmiş Mikelancelo Buonarrotinin dizaynı əsasında inşa edilmişdir. Roma şəhərinin simvollarından biri olan günbəz xalq dilində sadədə “Dome” adlandırılır. Günbəzdən Vatikana, eləcə də Romanın bütün qədim ərazilərinə 360° mənzərə açılır. XVI əsrin əvvəllərində Roma Papası II Yuli Vatikandakı Köhnə Müqəddəs Pyotr bazilikasında yenidənqurma işlərinin aparılmasına qərar verir və layihə memar Donato Bramanteyə həvalə edilir. Bramante özündən sonra hansısa tamamlanmış layihə qoymasa da, belə bir fikir vardır ki, onun orijinal ideyasına əsasən yunan xaçı formalı (ilk xristian şəhidlərinin xatirəsinə) binanın mərkəzi hissəsində dam yarımsferik günbəzlə tamamlanmalı idi. İtalyan zərgər Kristoforo Foppa tərəfindən 18 aprel 1506-cı ildə kilsənin təməlqoyması şərəfinə zərb edilmiş sikkə üzərindəki təsvir və ideal ahəng axtarışının memar tərəfindən əsas altarın qeyd edilməməsinə gətirdiyi, İntibah ideallarının hətta kilsənin içərilərinə də yol tapmasını təsdiq edən məşhur “perqament planı” da bu fikri təsdiq edir. İşlər 1513-cü ildə pontifikin ölümünə kimi mərkəzi hissənin inşasında davam etdirilmişdir.
Qaffariyyə Günbəzi (Marağa)
Qaffariyyə Günbəzi Marağa şəhərinin şimal-qərbində, Sufiçayın kənarında yerləşir. Abidə Azərbaycan Elxanilər dövlətinin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur xan tərəfindən tikdirilmişdir. Qaffariyyə Günbəzi Marağa şəhərinin digər tarixi abidələri kimi katakombaya malik daş bünövrə üzərində ucaldılmış dörd guşəli bina formasında inşa edilmişdir. Binanın hər 4 tərəfində rombşəkilli ornamentlətrlə bəzədilmiş sütunlar yerləşir. Binanın şimal tərəfə açılan qapısınnın hər tərəfində iki tağ, bir tərəfində isə kitabə yerləşir. Binanın qara, ağ və açıq mavi rəngli kaşılarla işlənmiş fasadı memarlıq-üsbul baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, binanın ümumi görünüşünə unikal şəkil verməkdədir. Portalın üzərində həkk olunan epiqrafik yazı abidənin Elxani hökmdarı Əbu Səid Bahadurxanın (716-736 hicri-qəməri) hakimiyyət illərində inşa edildiyini xəbər verir. Tarixi mətnlərdə qeyd edilənlərə əsasən, Sultan Yaqub bin Həsən bəy Ağqoyunlunun hakimiyyət illərində yaşayan Nizaməddin Əhməd bin Hüseyn Əlqəffari adlı bir arif həcc ziyarətindən qayıdan zaman bu günbəzin yaxınlığında abidə tikdirmiş, eləcə də bağ saldırıb, digər əmlaklarla birgə onu abidənin tərkibində vəqf kimi bağışlamışdır. Ona görə də qeyd edilən abidə, ona məxsus digər binalar, eləcə də Qaffariyyə Günbəzi bu şəxsin adı ilə məşhurlaşmışdır. Binanın üzərində olan bütün yazılan Reyhani xətti ilə işlənmişdir.
Santa-Mariya-del-Fiore kafedralının günbəzi
Santa-Mariya-del-Fiore kafedralının günbəzi (it. La cupola di Cattedrale di Santa Maria del Fiore) və ya Brunelleski günbəzi (it. Cupola del Brunelleschi) — Florensiyada yerləşən Santa-Mariya-del-Fiore kafdralının mərkəzi kəsişmə hissəsini örtən kərpic günbəzdir; inşası tamamlandığı dövrdə Brunelleski günbəzi dünyanın ən böyük günbəzi idi, Müqəddəs Pyotr bazilikasının günbəzinin inşasından bu günə kimi isə Santa-Mariya-del-Fiore kafedralının günbəzi dünyada kərpicdən inşa edilmiş ən böyük günbəz (daxili günbəzin maksimal diametri 45.5 metr, xarici diametri isə −54.8 metrdir) olaraq qalmaqdadır. İntibah memarlığının sonrakı inkişafında oynadığı fundamental əhəmiyyətə və müasir memarlıq nəzəriyyəsinə təsirinə görə, bu günbəz günümüzə kimi Avropada Qədim Roma dövründən sonra həyata keçirilmiş ən mühüm memarlıq əsəri olaraq qalmaqdadır. Kafedral kilsənin inşasına 1294–1295-ci illərdə başlanılmış günbəz barabanı isə artıq 1314–1315-ci illərdə tikilərək hazır vəziyyətə gətirilmişdi; lakin, XV əsrin əvvəllərinə kimi o zaman yaşamış memarlardan heç biri belə nəhəng günbəzin inşası üün ciddi təklif irəli sürə bilməmişdir. Hələ kafedralın inşasının getdiyi dövrdən günbəzin inşası bir çox memarları düşündürürdü. Çünki, günbəzin tamamlanmasına kimi onu daxildən saxlamalı olan nəhəng taxta qabırğaların hündürlükdə necə yerləşdirilməsi məsələsini həll etmək lazım idi. Əlbəttə ki, kafedralın memarı olan Arnolfo di Kambio bu problemi əvvəlcədən görür və onun həll edilməsi üçün orta əsr kafedrallarının əənəvi triburiyasından fərqli olaraq daha iri həcmli təməl inşa edirdi. Kambionun planına əsasən kafedralın günbəzinin daha ənənəvi aspektdə nəzərdə tutulmasını Florensiyadakı Santa-Mariya-Novella bazilikasının Bonayuti kapellasında Andrea Bonayuti tərəfindən çəkilmiş məşhur freska da sübut edir. 1355-ci ildə çəkilmiş həmin freskada Santa-Mariya-del-Fiore kilsəsi aydın görünsə də, onun dairəvi günbəzi barabansız bina üzərində oturdulmuşdur.
Vulkanik günbəzlər
Vulkanik və ya ekstruziv-eksploziv gümbəzlər müxtəlif ölçülü, hərdən yüzlərlə metr hündürlüyə çatan dəyirmi qübbəvari və sərt yamaclı relyef formaları olaraq, qatı lava kütləsinin vulkan kanalından sıxılıb çıxarılması nəticəsində yaranmışlar. Onlar özlüyündə həm geoloji (tektonik-maqmatik), həm də geomorfoloji obyektlər olub planetin qədim və müasir vulkanik-plutonik qurşaqları üçün səciyyəvidir və adətən heyrətamiz dərəcədə gözəl və cəlbedici görünüşə malikdirlər. Azərbaycan Respublikası hüdudlarında ətraf landşaftda üstünlük təşkil edən bu relyef formaları Kiçik Qafqazın şimal, şimal-şərq yamacları və cənub-şərq batımında, həmçinin Naxçıvan MR ərazisində kifayət qədər geniş inkişaf etmişlər. Bənzərsiz skulpturaya malik olan vulkanik gümbəzlərin bir qismi ölkənin geoloji irsinin siyahısında layiqincə təmsil edilmişdir.

Значение слова в других словарях