GƏLİNCƏ
GƏLİR
OBASTAN VİKİ
Gəlincik
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Adi gəlincik
Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Gəlincik (dəqiqləşdirmə)
Gəlincik (lat. Mustela) — dələkimilər fəsiləsinə aid heyvan cinsi. Gəlincik (oyuncaq) — insanı təsvir edən oyuncaq növü.
Gəlincik (heyvan)
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Qaraquyruq gəlincik
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Pandora (gəlincik)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Yokohama Gəlincik Evi
Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe, azərb. Yokohama Gəlincik Evi‎) – Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. 1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur. Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir. Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir.
Yokohama Gəlincik Muzeyi

Barbi gəlincikləri
Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi. == Tarixi == Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar?

Значение слова в других словарях