GƏNCLƏŞMƏK

f.
1. Getdikcə gənc olmaq, cavanlaşmaq, yetkinləşmək. Gəncləşmək [Muradın] əlində deyildi.
Onu təbiət qocaltmışdı. S.Hüseyn.
Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza. S.Vurğun.
Getdikcə Kərim daha yekəlib kişiləşir, Səlim isə boy atıb gəncləşirdi. S.Rəhimov.

// məc. Özünü gənc kimi hiss etmək, qıvraqlaşmaq. Vannalardan sonra lap gəncləşmiş kimiyəm.
2. məc. Tərəqqi etmək, inkişaf etmək, yeniləşmək.
Dönməz oğulların iradəsindən; Gəncləşir qocaman Vətən torpağı. S.Vurğun.
Hər gün bir il gəncləşən boy atan bir ölkədə; Nə qədər nəğmə vardır hələ bəstələnməmiş. R.Rza.

Синонимы

  • GƏNCLƏŞMƏK gəncləşmək bax cavanlaşmaq
  • GƏNCLƏŞMƏK cavanlaşmaq

Антонимы

  • GƏNCLƏŞMƏK GƏNCLƏŞMƏK – QOCALMAQ Yenidən gəncləşirsən (H.Cavid); Bayaq da sənə ərz elədim, əvvəla, görürsən mən qocalmışam (Ə
GƏNCLƏŞMƏ
GƏNCLİK

Значение слова в других словарях