Gərd (Ermənistan)
Gərd və yaxud Kərd (erm. Կարդ) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd. (Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı.)
1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 30 km şimal-qərbdə Gərd çayının sol sahilində, Mahmudlu kəndindən 2,5 km cənubda yerləşir.
Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Gərd kəndində yaşayış yoxdur, kənd tərk edilib.
== Toponimi ==
Erməni mənbələrində Garts, Gird, Kart, Karti kimi qeyd edilən kəndin adı fars dilində "lək", "gərdi", "əkilmiş tarla" mənasında işlənən "kərd" sözü əsasında yaranmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Kard (erm. Կարդ) edilib. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Bədəlpaşa dairəsində Kərt Məmiçay, Ter əyalətinin Nalçik dairəsində Kertmen (dağ adı), Zəngəzur qəzasında Gerdözən (çay adı), Qazax rayonunda Gərdindağ, Dağlıq Qarabağda Kert (digər adı Quzumkənd) kənd adı və başqa toponimlərlə mə’naca eynidir.