Gəzən ölülər (teleserial, 2010)
Gəzən ölülər (ing. The Walking Dead) — postapokalipsis janrında ABŞ serialı. "Gəzən ölülər" serialı Frenk Darabontun "Gəzən ölülər komiksi" əsasında yaradılıb. Komiksi Robert Kirkman, Toni Mur və Çarli Adlard yaradıblar. Süjetdə bir qrup heyətin zombi-apokalipsisindən sonra yaşamaqa çalışdıqları göstərilir.
"Gəzən ölülər" serialı ilk dəfə 31 oktyabr 2010-ci ildə "AMC" kanalında yayımlanıb. Birinci fəsil 6 seriyadan, ikinci fəsil isə 13 seriyadan ibarətdir.. Birinci fəsil tənqidçilər tərəfindən yaxşı qəbul olunmuş və bir neçə mükafatlara, o cümlədən, Qızıl Qlobus mükafatının "Görkəmli Dram Serialı kateqoriyasında" mükafata layiq görülmüşdür.
== Nəzərdən keçirilməsi ==
Şerifin köməkçisi Rik Qrayms cinayətkarlara qarşı mübarizə aparan zaman ağır güllə yarası alır və bu səbəbdən komaya düşür. Tibb məntəqəsində ayılandan sonra Rik görür ki, həkimlər yerlərində yoxdur və bütün bina bərbad haldadır.