GEODEZİYA

[yun.] сущ. геодезия (ччилин форма, уьлчуьяр чирдай ва ччилин винел алай еке майданар алцумна абурун планар чӀугуналди машгъул тир илим).
GEODEZİST
GEODEZİYAÇI
OBASTAN VİKİ
Geodeziya
Geodeziya — yunan sözü olub, yerin bölünməsi deməkdir. Yerin bütövlükdə və yaxud onun ayrı-ayrı hissələrinin forma və ölçülərini, xəritə və planlarda yerin fiziki səthinin təsvirini almaq üçün eləcə də müxtəlif növ mühəndis məsələlərinin həllini təmin etmək və yer üzərində ölçmələrin yerinə yetirilmə metodlarını öyrənir. Geodeziya — "Sferoidik geodeziya", "Fiziki geodeziya", "Peyk geodeziyası", "Geodezik astronomiya", "Kosmik geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanılması nəzəriyyəsi (Tarazılaşdırma nəzəriyyəsi)", "Topoqrafiya, "Tətbiqi (mühəndisi) geodeziya", "Alətşünaslıq və metrologiya", "Geodezik ölçmə metodları" kimi bölmələrdən ibarətdir. Geodeziyanın tarixi inkişafı Geodeziya – qədim elmlər sırasına aiddir. Belə ki, hələ bizim eramızdan əvvəl IV – III minillikdə qədim Misirdə çoxlu sayda böyük ölçülü müdafiə qurğuları, istehkamları, suvarma sistemləri, piramidalar, eləcə də çoxlu sayda saraylar, məbədlər və digər tikililər inşa edilmişdir. Oxşar tikililərə qədim Çində, Hindistanda, Yunanıstanda da rast gəlinir. İsbat edilmişdir ki, geodeziya ölçmələri olmadan belə nəhəng tiklillərin tikilməsi qeyri – mümkün olardı. O zamanlarda, hətta qəbilələr öz torpaq sahələrini yer üzərində bölünməsi və qeydiyyatını həyata keçirmişdir ki, bu da geodeziya elminin qədimliyinə bir daha işarədir. Geodeziyanın elmi məsələsi e.ə. VI – IV əsrlərdə Aristotel α Pifaqorun yerin kürə şəkilli olması haqqında söylədiyi fərziyyədən sonra meydana çıxmışdır.
Astronomik geodeziya
Azərbaycanda geodeziya
Geodeziya — qədim yunan sözü olub (geodaisia)yer bölmək və ya hissələrə ayırmaq mənasını verir.Lakin bu ad geodeziyanın yalnız tarixən yaranmasına əsas səbəb olsa da,onun müasir çoxtərəfli məzmununu,elmi mahiyyətini və s. əhatə edə bilmir. Geodeziya — Yerin forma və ölçülərinin tapılması,plan,xəritə və protillərin tərtibi,müxtəlif mühəndisi məsələlərin həlli ilə əlaqədar Yer üzərində aparılan ölçmə üsullarından bəhs edən elmdir.Yer kürəsinin öyrənilməsi ilə geodeziya,geofizika,coğrafiya,torpaqşünaslıq və s. elmlər tədqiqat işləri aparırlar.Həmin elm sahələri Yerə aid məsələləri həll etmək,insanların təsərrüfat fəaliyyətlərini genişləndirmək üçün Yerin təbii və süni obyektlərinə aid bir çox kəmiyyət göstəricilərinın (məsələn,Yer səthinin, meyl bucaqları, yüksəkliyi, Yer qabığının üfüqi və şaquli hərəkətləri, böyük binalarım çökmə sürəti və s.) və Yer səthinə aid qrafiki materialların (plan, xəritə, profil) olması vacibdir. Həmin informasiyaları əldə etmək üçün Yer səthində müxtəlif geodeziya ölçmə işləri aparılır. == İnkişaf tarixi == Geodeziya – qədim elmlər sırasına aiddir.Belə ki,hələ bizim eramızdan əvvəl IV–III minillikdə qədim Misirdə çoxlu sayda böyük ölçülü müdafiə qurğuları,istehkamları,suvarma sistemləri,piramidalar,eləcə də çoxlu sayda saraylar,məbədlər və digər tikililər inşa edilmişdir.Oxşar tikililərə qədim Çində,Hindistanda,Yunanıstanda da rast gəlinir.İsbat edilmişdir ki,geodeziya ölçmələri olmadan belə nəhəng tikililərin tikilməsi qeyri – mümkün olardı.O zamanlarda,hətta qəbilələr öz torpaq sahələrini yer üzərində bölünməsi və qeydiyyatını həyata keçirmişdir ki,bu da geodeziya elminin qədimliyinə bir daha işarədir. Geodeziyanın elmi məsələsi e.ə.VI – IV əsrlərdə Aristotel α Pifaqorun yerin kürə şəkilli olması haqqında söylədiyi fərziyyədən sonra meydana çıxmışdır.Elmi məsələnin həlli istiqamətində yəni, yer kürəsinin radiusunun təyini ilə bağlı ölçmə işləri e.ə. III əsrdə Eratosfen tərəfindən həyata keçirilmişdir.Eratosfen yerin kürə şəkilli olmasını nəzərə almaqla ilk xəritələri təsvir etdi.α, bu tarix (e.ə. III əsr) kartoqrafiya elminin yarandığı tarix sayılır.Yer kürəsinin radiusunu müasir nəticələrdən çox kiçik (0,9 km – 900 m) fərqlənməklə ilk təyin edənlər bizim eranın 827-ci ildə ərəblər olub.Geodeziya elmi çox ciddi şəkildə hərtərəfli inkişafa XVI əsrdən başlayaraq nail olmuşdur.Buna bir sıra səbəblər imkan vermişlər. Bu səbəblərə XVI əsrdə İtalyan astronomu Qalileyin teleskopu kəşf etməsi XVII əsrdə xüsusi ölçülü qurğusunun vernyer α bu əsasda yeni geodeziya ölçmə alətlərinin yaranması səbəb olmuşdur.XVIII əsrdən başlayaraq bir sıra ölkələr o cümlədən Çar Rusiyası öz ərazisində geniş planaalma işinə başladı.İşlərinicraçısı kimi Peterburqda 1822-ci ildə hərbi topoqrafiyalar korpusu yaranır.Həmin korpusun müdavinləri başda polkovnik Xodzko olmaqla bizim ərazimizdə də ilk elmi əsaslı geodeziya ölçmələri aparılmışdır.
Kosmik geodeziya
Kosmik geodeziya geodeziyanın xüsusi sahəsidir; Yerin peyk sistemi və digər kosmik aparatlar və Ayı müşahidə etməklə elmi və praktiki problemləri həll edir. K. g.-nin əsas vəzifələri: beynəlxalq səviyyədə qəbul edilmiş proqram vasitəsilə Yer səthində nöqtələrin qarşılıqlı yerlərinin müəyyən edilməsi; Yerin ağırlıq mərkəzinə nisbətən istinad ellipsoidinin mərkəzinin müəyyən edilməsi; Yerin ağırlıq mərkəzinə nisbətən nöqtələrin mütləq koordinatlarının tapılması və vahid qlobal koordinat sisteminin yaradılması; bütün geodeziya sistemləri arasında əlaqənin təmin edilməsi; Yerin xarici qravitasiya sahəsinin və Yerin formasının təyini; geodeziyanın bəzi fundamental sabitlərinin davamlı təyini. K. g. haqqında ilk işlər 18-ci əsrin ikinci yarısında aparılmışdır. Lakin 20-ci əsrin 60-cı illərindən K. g. Problemlərin həlli üçün Yer peyklərindən istifadə edilir. K. g-nin həndəsi və dinamik məsələləri də var. Yer səthində və kosmik gəminin səthində nöqtələrin qarşılıqlı vəziyyətinin koordinat sistemində müəyyən edilməsi həndəsi məsələdir; Kosmik vasitələrin orbital elementləri əsasında Yerin cazibə sahəsinin parametrlərinin müəyyən edilməsi dinamik məsələdir.
Struve Geodeziya Qövsü
Struve Geodeziya Qövsü — 2820 metr boyunca, 26 trianqular nöqtədən ibarət olan şəbəkə. Bu geodeziya qövsünün yaradılmasında əsas məqsəd Yerin xüsusiyyətlərini, forma və ölçülərini müəyyən etməkdir. O, Norveçin Hammerfest şəhərindən başlayaraq Qara dənizə qədər uzanır və ümumilikdə 10 ölkədən keçir. Qövs onun yaradıcısı əslən alman olan rusiyalı astronom Fridrix Vilhelm Struvenin şərəfinə adlandırılıb. 29 dekabr 2006-cı ildə Belarus Respublikasının Milli Bankı gümüş 20 rubl və mis-nikel qarışıqlı 1 rublluq xatirə sikkələri buraxılıb. 15 iyun 2009-cu ildə Moldova Milli Bankı 50 ley nominalında gümüş xatirə sikkəsi buraxıb. 11 may 2015-ci ildə Litva Bankı 20 avro dəyərində xatirə əsginası buraxmışdır.

Значение слова в других словарях