Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vanadium
Vanadium (V) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 23-cü element. Paslanmayan polad istehsalında əhəmiyyətli bir qatqı maddəsidir. Polad səthlərinin titan örtülməsi əməliyyatında da, bağlayıcı element olaraq istifadə edilir. Vanadium pentoksit tərkibli, keramika istehsalında katalizator və boya sabitləşdirici olaraq istifadə edilir. Bundan əlavə, süperiletken maqnitlərin istehsalında, çox dayanıqlı və uzun ömürlü ərintiləri əldə etməkdən ötəri də istifadə edilir. Yer qabığında vanadium 1,5·10–2% (kütlə ilə) miqdarındadır. Bitkilər onu torpaqdan udur. Bitkilərdə vanadiumun miqdarı orta hesabla 0,001% (kütlə ilə) təşkil edir. Vanadium hüceyrədə maddələr mübadiləsində iştirak edir. Vanadiumun "yığıcılarından" biri hamıya yaxşı tanış olan zəhərli solğun poqanka göbələyidir.
Vanadium(III)oksid
Vanadium (III) oksid- kimyəvi formulu V2O3 olan vanadium və oksigenin ikili birləşməsidi. Vanadium (III) oksid – parlaq qara kristallardı. İki kristal modifikasiyada mövcuddur: 105 °C-də, α-forması β-formasına (ΔH ° keçidi 1.8 kJ / mol) çevrilir və faza keçidi yaşanır. Antiferromaqnit α formasıdır. Suda həll olunmur. Vanadiy (V) oksidin karbon (II) oksid, hidrogen, kükürd və s. ilə reduksiya edilməsi nəticəsində qızdırıldıqda əldə edilir: V 2 O 5 + 2 H 2 → < 1000 o C V 2 O 3 + 2 H 2 O {\displaystyle {\mbox{V}}_{2}{\mbox{O}}_{5}+2{\mbox{H}}_{2}\ {\xrightarrow {<1000^{o}C}}{\mbox{V}}_{2}{\mbox{O}}_{3}+2{\mbox{H}}_{2}{\mbox{O}}} V 2 O 5 + 2 SO 2 → t V 2 O 3 + 2 SO 3 {\displaystyle {\mbox{V}}_{2}{\mbox{O}}_{5}+2{\mbox{SO}}_{2}\ {\xrightarrow {t}}{\mbox{V}}_{2}{\mbox{O}}_{3}+2{\mbox{SO}}_{3}} Güclü reduksiyaedicidir. Termiki davamlığı var, yüksək temperaturda parçalanmır. 2 V 2 O 3 + O 2 → 350 o C 4 V O 2 {\displaystyle {\mathsf {2V_{2}O_{3}+O_{2}\ {\xrightarrow {350^{o}C}}\ 4VO_{2}}}} V 2 O 3 + O 2 → 500 o C V 2 O 5 {\displaystyle {\mathsf {V_{2}O_{3}+O_{2}\ {\xrightarrow {500^{o}C}}\ V_{2}O_{5}}}} Karbon və ya əridilmiş kalsiumla yüksək temperaturda vanadium metalına qədər reduksiya olun bilər: V 2 O 3 + 3 C → 1300 o C 2 V + 3 C O {\displaystyle {\mathsf {V_{2}O_{3}+3C\ {\xrightarrow {1300^{o}C}}\ 2V+3CO}}} V 2 O 3 + 3 C a → 900 − 1350 o C 2 V + 3 C a O {\displaystyle {\mathsf {V_{2}O_{3}+3Ca\ {\xrightarrow {900-1350^{o}C}}\ 2V+3CaO}}} Vanadium (III) oksidi əsası xüsusiyyətləri üstün olduğundan zəif amfoterlik nümayiş etdirir. Beləliklə, turşularda həll olunur və III valentli vanadium duzlarının yaşıl məhlulları alınır, amma qələvilərlə reaksiyaya daxil olmur.
Vanadium (II)sulfat
Vanadium (II) sulfat (VSO4) — qeyri-üzvi bir birləşmədir, vanadiumun və sulfat turşusunun duzudur, kristallohidratlar əmələ gətirir – suda həll olan qırmızı-bənövşəyi kristallardı. Vanadium (II) sulfat, məhlulunun diqqətlə qurudulması nəticəsində kristallohidrat şəklində çökür — qırmızı-bənövşəyi kristallardı. VSO4 • n H2O tərkibinin kristallohidratlarını əmələ gətirir, burada n = 6, 7. Vanadium (II) sulfat heptahidrat VSO4 • 7H2O vanadium kuporosu adlanır. Vanadium (V) oksidin sink tozu ilə reduksiya nəticəsində almaq olar: V 2 O 5 + 3 Z n + 5 H 2 S O 4 → 2 V S O 4 + 3 Z n S O 4 + 5 H 2 O {\displaystyle {\mathsf {V_{2}O_{5}+3Zn+5H_{2}SO_{4}\ {\xrightarrow {}}\ 2VSO_{4}+3ZnSO_{4}+5H_{2}O}}} Vanadiy (III) sulfatın sink ilə reduksiya nəticəsində : V 2 ( S O 4 ) 3 + Z n → 2 V S O 4 + Z n S O 4 {\displaystyle {\mathsf {V_{2}(SO_{4})_{3}+Zn\ {\xrightarrow {}}\ 2VSO_{4}+ZnSO_{4}}}} Havada vanadium (II) sulfat oksigenlə asanlıqla oksidləşir: 2 V S O 4 + O 2 → 2 V O S O 4 {\displaystyle {\mathsf {2VSO_{4}+O_{2}\ {\xrightarrow {}}\ 2VOSO_{4}}}} Vanadium (II) sulfat qələvi metal və ammoniumun sulfatları ilə az həll olunan qarışıq duzlar əmələ gətirir M2V(SO4)3 x 6 H2O (M = NH4, K, Rb, Cs). Qələvi məhlulları ilə reaksiyaya daxil olur və qəhvəyi rəngdə vanadium (II) hidroksid əmələ gətirir hansı ki, çöküntü yaradır: V S O 4 + 2 N a O H → V ( O H ) 2 ↓ + N a 2 S O 4 {\displaystyle {\mathsf {VSO_{4}+2NaOH\ {\xrightarrow {}}\ V(OH)_{2}\downarrow +Na_{2}SO_{4}}}} Bu reaksiyanın məhsulu su ilə sürətlə oksidləşərək vanadium (III) hidroksidə çevrilir. Vanadium (II) sulfat reduksiyaedici xüsusiyyətləri nümayiş etdirir. Beləliklə, qalay (II), mis (II), qızıl(III) duzlarının məhlullarından metalları reduksiya edir. Azot turşusu və nitratlar onunla reaksiyaya girdikdə ammonyak və onun törəmələrinə qədər, sulfitlər isə — hidrogen sulfidə qədər reduksiya olunur. Flüor ionlarının iştirakı ilə, vanadium (II) sulfatın reduksiyaedici xüsusiyyətləri artır, çünki üçvalentli vanadium ionlarını güclü flüor komplekslərinə bağlayır.
Vanadium (III)sulfat
Vanadium (III) sulfat – kimyəvi formula V2(SO4)3 olan qeyri-üzvi birləşmədir. Vanadium (III) və sulfat turşusunun duzudur. Suda az həll olunan açıq sarı bir maddədir. Vanadium (V) oksidin kükürdlə sulfat turşusunda işləməsi nəticəsində almaq olar: V 2 O 5 + S + 3 H 2 S O 4 → V 2 ( S O 4 ) 3 + 3 H 2 O {\displaystyle {\mathsf {V_{2}O_{5}+S+3H_{2}SO_{4}\ {\xrightarrow {}}\ V_{2}(SO_{4})_{3}+3H_{2}O}}} Vanadium (II) sulfatla vanadium sulfat: V S O 4 + V O S O 4 + H 2 S O 4 → V 2 ( S O 4 ) 3 + H 2 O {\displaystyle {\mathsf {VSO_{4}+VOSO_{4}+H_{2}SO_{4}\ {\xrightarrow {}}\ V_{2}(SO_{4})_{3}+H_{2}O}}} Vanadium sulfatın hidrazinlə reaksiyası: 4 V O S O 4 + N 2 H 4 ∗ H 2 S O 4 + H 2 S O 4 → 2 V 2 ( S O 4 ) 3 + N 2 ↑ + 4 H 2 O {\displaystyle {\mathsf {4VOSO_{4}+N_{2}H_{4}*H_{2}SO_{4}+H_{2}SO_{4}\ {\xrightarrow {}}\ 2V_{2}(SO_{4})_{3}+N_{2}\uparrow +4H_{2}O}}} Reduksiyaedici maddədir. Havaya dözümlüdür, lakin yüksək rütubətdə yaşıl kompleksin[V(H2O)6]3+ meydana gəlməsi sayəsində bir neçə həftəyə yaşıl rəng alır. Suda yavaş həll olunaraq eyni kompleks yaradır. Qələvilərlə, qələvi metal karbonatlarla, ammonium sulfid və ammonyakla reaksiya daxil olaraq vanadium (III) hidroksidin çirkli, yaşıl çöküntüsü əmələ gəlir: V 2 ( S O 4 ) 3 + 6 N a O H → 2 V ( O H ) 3 + N a 2 S O 4 {\displaystyle {\mathsf {V_{2}(SO_{4})_{3}+6NaOH\ {\xrightarrow {}}\ 2V(OH)_{3}+Na_{2}SO_{4}}}} Vakuumda qızdırıldıqda parçalanır: V 2 ( S O 4 ) 3 → t 2 V O S O 4 + S O 2 {\displaystyle {\mathsf {V_{2}(SO_{4})_{3}\ {\xrightarrow {t}}\ 2VOSO_{4}+SO_{2}}}} Неорганическая химия / под ред. Ю.Д. Третьякова. — М.: Академия, 2007. — Т. 3.
Vanadium (IV)xlorid
Vanadium IV xlorid – qeyri-üzvi birləşmədir, xlorid turşusunun və vanadium metalının duzudur . Vanadium (IV) xlorid tünd qırmızı rəngli bir mayedir.Soyuq su ilə qarışmır, isti su ilə reaksiyaya daxil olur. Etanolda, dietil efirində, xloroformda həll olunur. Nəm havada tüstülənir. Çar arağında həll olması nəticəsində alınır: 3 V + 12 H C l + 4 H N O 3 → 3 V C l 4 ↓ + 4 N O ↑ + 8 H 2 O {\displaystyle {\mathsf {3V+12HCl+4HNO_{3}\ {\xrightarrow {}}\ 3VCl_{4}\downarrow +4NO\uparrow +8H_{2}O}}} Vanadiumun xlorla reaksiyası: V + 2 C l 2 → 200 − 350 o C V C l 4 ↓ {\displaystyle {\mathsf {V+2Cl_{2}\ {\xrightarrow {200-350^{o}C}}\ VCl_{4}\downarrow }}} İnert atmosferdə qızdırıldıqda vanadium (III) xloridin parçalanması: 2 V C l 3 → 400 − 500 o C , N 2 V C l 4 + V C l 2 {\displaystyle {\mathsf {2VCl_{3}\ {\xrightarrow {400-500^{o}C,N_{2}}}\ VCl_{4}+VCl_{2}}}} Dioksivanadium(V)xloridin qatı xlorid turşusunda həll edilməsi nəticəsində: 2 V O 2 C l + 8 H C l → 5 o C 2 V C l 4 + C l 2 ↑ + 4 H 2 O {\displaystyle {\mathsf {2VO_{2}Cl+8HCl\ {\xrightarrow {5^{o}C}}\ 2VCl_{4}+Cl_{2}\uparrow +4H_{2}O}}} Otaq temperaturunda parçalanır: 2 V C l 4 → 2 V C l 3 + C l 2 {\displaystyle {\mathsf {2VCl_{4}\ \xrightarrow {\ } 2VCl_{3}+Cl_{2}}}} Havanın nəmi ilə reaksiyaya girir: V C l 4 + H 2 O → V O C l 2 + 2 H C l {\displaystyle {\mathsf {VCl_{4}+H_{2}O\ {\xrightarrow {}}\ VOCl_{2}+2HCl}}} İsti su ilə reaksiyaya daxil olaraq mavi rəngdə məhlullar yaradır: V C l 4 + 8 H 2 O → 100 o C [ V ( H 2 O ) 5 O ] 2 + + 4 C l − + 2 H 3 O + {\displaystyle {\mathsf {VCl_{4}+8H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ [V(H_{2}O)_{5}O]^{2+}+4Cl^{-}+2H_{3}O^{+}}}} Qatı sulfat turşusu ilə reaksiyaya daxil olaraq qəhvəyi rəngdə heksaxlorvanadium turşusu alınır: V C l 4 + 2 H C l → H 2 [ V C l 6 ] {\displaystyle {\mathsf {VCl_{4}+2HCl\ {\xrightarrow {}}\ H_{2}[VCl_{6}]}}} Qatı azot turşusu ilə oksidləşir: V C l 4 + 2 H N O 3 + H 2 O → V O 2 C l + N O 2 ↑ + 3 H C l {\displaystyle {\mathsf {VCl_{4}+2HNO_{3}+H_{2}O\ {\xrightarrow {}}\ VO_{2}Cl+NO_{2}\uparrow +3HCl}}} Qələvilərlə reaksiyaya daxil olur: V C l 4 + 4 N a O H → V O ( O H ) 2 ↓ + 4 N a C l + H 2 O {\displaystyle {\mathsf {VCl_{4}+4NaOH\ {\xrightarrow {}}\ VO(OH)_{2}\downarrow +4NaCl+H_{2}O}}} Hidrogen və ya vanadiumla reduksiya olunur: V C l 4 + H Z n , H C l 0 → τ V C l 3 + H C l {\displaystyle {\mathsf {VCl_{4}+H_{Zn,HCl}^{0}\ {\xrightarrow {\tau }}\ VCl_{3}+HCl}}} 2 V C l 4 + H 2 → 500 − 600 o C 2 V C l 2 + 2 H C l {\displaystyle {\mathsf {2VCl_{4}+H_{2}\ {\xrightarrow {500-600^{o}C}}\ 2VCl_{2}+2HCl}}} 3 V C l 4 + V → 320 − 400 o C 4 V C l 3 {\displaystyle {\mathsf {3VCl_{4}+V\ {\xrightarrow {320-400^{o}C}}\ 4VCl_{3}}}} Kalium xloridlə reaksiyayı V C l 4 + 2 K C l → 400 o C K 2 [ V C l 6 ] {\displaystyle {\mathsf {VCl_{4}+2KCl\ {\xrightarrow {400^{o}C}}\ K_{2}[VCl_{6}]}}} Vanadium IV xlorid üzvi sintezdə xlorlaşdırıcı maddə kimi istifadə olunur. Рабинович В.А., Хавин З.Я. "Краткий химический справочник" Л.: Химия, 1977 стр. 58 Справочник химика / Редкол.: Никольский Б. П. и др.. — 3-е изд. Химия, 1971. Т. 2.
Vanadzor
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Vanan (Ərdəbil)
Vanan (fars. ونن‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Vanati
Mığırlı - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Zakir Məhərrəmov — Texnika elmləri namizədi, AzTU-nun “Tətbiqi informatika” kafedrasının dosenti.
Vanatur göytikanı
Vanatur göytikanı (Zımbırtikan)
Vanavana
Tematanqi (fr. Tematangi.JPG) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Digər adları - Kurataki, Huataki, Barrou. Tureiadan 55 km qərbdə, Mururoadan 110 km cənub-şərqdə şərqdədir. Ən yaxın materik sahili Cənubi Amerikadır ki, oda 5500 km məsafədə yerləşir. Atollun sahəsi 2 km²-dir. Uzunluğu 5 km, eni isə 3,2 km təşkil edir. Daxilində dərin laqun vardır. Laqunun sahəsi 3 km²-dir. Tropik iqlimə malikdir.
Vanatur zımbırtikanı
Vanatur zımbırtikanı (lat. Eryngium wanaturi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zımbırtikan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1b (i,ii,iii)+ 2ab (i,ii,iii). Azərbaycanın nadir növüdür. Türkiyənin şərqindən İranın şimal-qərbinə qədər ərazilərdə yayılmışdır. Eryngium woronowii Bordz. Çoxillik ot bitkisidir, boyu 40-50 sm-dir. Kökətrafı yarpaqları çox uzundur, dərivaridir, xətlidir, kənarları bütövdür. Çətirlərinin diametri 10-12 mm-dir, təpədə olan çətirləri 2-3 ədəddir. Sarğı yarpaqcıqları çiçəkdən iki dəfə uzundur və sərtdir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Kana
Lana
Ketrin Coy "Si Cey" Perri və ya Lana (24 mart 1985, Geynsvill[d], Florida) — ABŞ güləşçisi, modeli, aktrisa, rəqqasəsi və müğənnisi. O, hazırda peşəkar güləşçi Rusev-in meneceridir. O, Sovet İttifaqında Latış (Latviya) Sovet Sosialist Respublikasında onun uşaqlığının bir neçə ilini keçirdi, harada ki onun atası Xristian missioneri kimi işlədi.
Qana
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Vanqa
Vanqa (əsl adı Vangeliya Pandeva Quşterova (Surçeva), 3 oktyabr 1911, Strumitsa[d] – 11 avqust 1996 və ya 11 noyabr 1996, Sofiya) — Ekstrasens. 1911-ci ildə Makedoniya Respublikasında anadan olmuşdur. 1996-cı il 11 avqust tarixində vəfat etmişdir. …Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…" Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.
Varna
Varna (Bolqarıstan) — Bolqarıstanda şəhər. Varna (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Varna — İsmayıllı rayonu ərazisində mineral bulaqlar. Varna — İsmayıllı rayonu ərazisində göl. Girdimançayin sağ sahilində, 2260 m. yüksəklikdə yerləşir.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Vyana
Vyana (alm. Wien‎, bav. Wean, ing. Vienna) — Avstriyanın paytaxtı, ən böyük şəhəri və 9 federal əyalətindən biri. 2 milyondan çox əhalisi ilə Avstriyanın ən böyük şəhəri statusuna malikdir. Daha böyük aqlomerasiya rayonu təqribən 2,9 milyon əhaliyə ev sahibliyi edir ki, bu rəqəm də ölkənin əhalisinin təxmini üçdə birinə bərabərdir. Vyana ölkənin mədəni, iqtisadi və siyasi mərkəzi, Avropa İttifaqının əhalisinə görə 5-ci ən böyük şəhəri və Dunay çayının üzərindəki şəhərlər arasında ən sıx məskunlaşılan şəhəridir. Şəhər Vyananı Avstriyanın ucqar qərb hissələrindən ayıran Apl dağlarının ən şimal-şərq təpələri olan Vyana meşələrinin şərq kənarında, Pannoniya hövzəsinə keçiddə yerləşir. Dunay çayının üzərində yerləşən şəhərə Vyana çayı tərəfdən keçilir. Vyana tamamilə Aşağı Avstriya ilə əhatə olunub və Slovakiyanın, həmçinin paytaxtı Bratislavanın təxminən 50 km qərbində, Macarıstanın 60 km şimal-qərbində, eləcə də Moraviyanın (Çexiya) 60 km cənububda yerləşir.
Vans
Vans (fr. Vence, oks. Vença, Vènço) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Vans kantonu . Kommunanın sahəsi — 39,23 km², əhalisi — 18 931 nəfərdir (2006) artım tendensiyası ilə: 19 241 nəfər (2012), əhalinin sıxlığı 490,5 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 19 160 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 19 241 nəfər.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Körpücükaltı vena
== İstinadlar ==
Lana, İtaliya
Lana— İtaliyanın şimalındakı Cənubi Tirol şəhərindəki bir bələdiyyə. Lana Ultental girişində, Etsçtalda (Etsç vadisi) Bolzano və Merano arasında yerləşir. 2010-cu ildə əhalisi 11,206 nəfər idi. Cənubi Tirolun 3 bələdiyyəsindən biridir, adı XX əsrin başlanğıcında alman adlarının italyan adları ilə dəyişilməsi proqramına əsasən dəyişdirilmişdir. Digər 2 bələdiyyə Qaiz və Plauzadır.
Lana Qoqoberidze
Lana Qoqoberidze (gürc. ლანა ღოღობერიძე; 13 oktyabr 1928, Tiflis) — Gürcüstan kinorejissoru və siyasətçisi. Qoqoberidzenin bədii və sənədli filmləri bir neçə beynəlxalq mükafata layiq görülmüşdür. Onun "Gün gecədən uzundur" filmi 1984-cü ildə Kann Film Festivalına daxil edilmişdir. Elə həmin il XXXIV Berlin Beynəlxalq Film Festivalında münsiflər heyətinin üzvü olmuşdur. Qoqoberidze 1958-ci ildə başlayaraq memar Vladimir Aleksi-Mesxişvili ilə evlənmişdir. Onun iki qızı var.
Lana Rouds
Lana Rouds (ing. Lana Rhoades; 6 sentyabr 1996, Çikaqo) — amerikalı model və pornoaktrisa. == Həyatı == Məktəbi 17 yaşında tez bitirən Rhoades, bütün məktəb həyatı boyunca gimnastika və çirlidinqlə məşğul olmuşdur. 18 yaşına çatmadan bir neçə ay əvvəl Çikaqoya köçdü və bir idman barı olan Tilted Kilt-də işləməyə başladı. Tilted Kilt-dən ayrıldıqdan sonra striptizçi işlədi. Porno sənayesindəki karyerasından əvvəl Rhoades 18 yaşındaykən, ondan doqquz yaş böyük kişi ilə evlənmişdir. == Karyerası == Rhoades, Çikaqodan Los Ancelesə köçdükdən sonra 2016-cı il aprel ayında ilk hardcore səhnələrinə çəkildi və sürətlə daha geniş kütlə tərəfindən izlənməyə başladı. İlk səhnəsi, ayaq fetişizmi etdiyi və bir neçə seks oyuncağı istifadə etdiyi FTV qızları üçün solo səhnə idi. 2016-cı il avqust ayına qədər təxminən 50 porno istehsalçı şirkətinə qoşuldu. Üç aylıq fasilədən və doğma şəhəri Çikaqoya qayıtdıqdan sonra, 2016-cı il noyabr ayından bəri kameralar önüdədir.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Hao Vanq
Vanq Hao (çin. 王皓; ing. Wang Hao 4 avqust 1989, Harbin, Çin) — Çin şahmatçısı, qrosmeyster (2005). 2009-cu ilin noyabrında Vang Hao 2700 Elo əmsalını keçən dördüncü Çinli şahmatçı oldu. == Qrosmeyster titulu == 2005-ci ildə 16 yaşı olarkən Çinin 20-ci qrosmeysteri oldu. Harri Kasparov, Vladimir Kramnik və Boris Gelfand kimi Vang Hao beynəlxalq usta (IM) almadan qrosmeyster olmuşdu. Vanq üç qrosmeyster normalarını bu tədbirlərdə ödəmişdi: • 2005-ci ildə Moskvada keçirilən Aeroflot Open turnirinin A2 Qrupu; (Rusiya 14-24 fevral) 9-dan 6.5 xal ilə • 2005-ci ildə Dubayda keçirilən Dubai Open turniri, (BƏƏ 4–12 aprel); 9-dan 7 xal • 2005-ci il Kuala Lumpurda keçirilən 2-ci Dato Arthur Tan MAS Open turniri, (Malayziya 19–26 avqust); 11 oyundan 10 xal. Wangın ən uğurlu turnir qalibiyyəti 2005-ci ilin aprelində Dubai Open turnirində qeydə alındı. == Şahmat karyerası == 53 qrosmeyster və 30 beynəlxalq ustanı geridə qoyaraq 2731 performansı ilə birinci oldu. 2005-ci ilin avqustunda parlaq oyun ilə 11 oyundan 10 xal ilə 2-ci IGB Dato Arthur Tan Malaysia Open turnirində 2843 performansına nail oldu.
IANA
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi‎) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb. ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər. == IANA fəaliyyətləri == IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir. === IP-ünvanların paylanması === IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Ğana
Ğana (ərəb. قانا‎) — Qana Sur şəhərindən 10 kilometr cənub-şərqdə və Livanın cənubunda İsrail sərhədindən 12 kilometr aralıda yerləşən kənddir. Bu kənddə 10 minə yaxın əhali yaşayır, əksəriyyəti isnaəşəridir. Ğana yuxarı əl-cəlil tarixi bölgəsində yerləşir. == Haqqında == İsrail ilə Livanın Hizbullah təşkilatı arasında gedən müharibələrdə iki dövr ərzində Qana kəndində Livanlı mülki vətəndaşlar İsrail hərbi qüvvələrinin hücumuna məruz qalıb və öldürülüb.