Geofizika
Geofizika — Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənən elm.
Geofiziki (qravi-maqnitometrik) metodla müxtəlif geoloji quruluşlu əyalətləri ayırmaq, onların tektonik rayonlaşdırılması, Yerin forması, qalınlığı, daxili quruluşu, öz oxu ətrafında fırlanması, Ay və Günəşin cazibə təsirindən qabıqda baş verən qabarma-çəkilmə proseslərinin qeyd olunması ilə paralel geomaqnit sahə gərginliyinin və qravitasiya potensialının zaman-məkan dəyişmələri öyrənilir.
Geosferlərin strukturu, tərkibi, fiziki xassələri və inkişafı baxımından spesefik xüsusiyyətlərini nəzərə alınmaqla, geofizika atmosferin fizikası, dənizin fizikası və bərk Yerin fizikası kimi elm sahələrinə ayırılır. Geoloji təyinatlı geofizika (kəşfiyyat geofizikası) əsas obyekti bərk Yerin ən üst hissələri olub, yer qabığının öyrənilməsi, faydalı qazıntıların axtarışı və kəşfiyatı, hidrogeoloji və mühəndisi-geoloji məsələlərin öyrənilməsində geologiya elmi ilə qovuşur.
Müəyyən sahənin səthinin və ya Yerin dərinliyinin fiziki xüsusiyyətləri ilə bağlı amil (məs. maqnit sahəsi).
Təbii mühit elementlərinin (iqlim, hidrosfer, ionosfer, günəş şüalanması, Yer qabığının dinamikası və s.) vəziyyətinin dəyişməsinə müşahidə və nəzarət sistemi.
Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Bu və ya digər orqanizmlərin yer sahəsinin fiziki prosesləri və xassələrinin məcmusu.
Geomaqnit tədqiqatlar iki istiqamətdə aparılır:
1.Seysmomaqnit effekti aşkar etmək məqsədilə geomaqnit sahə gərginliyinin fasiləsiz variasiyalarının monitorinqi.