GEV

(Culfa)
kürəkən. – Gev qızımın ərinə di:rəm
GEŞSİN
GEVAZAN
OBASTAN VİKİ
GeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Boris Gevorkov
Gevorkov Boris Sərkisoviç (1932, Şamaxı – 1998, Moskva) — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi (1973–1988). SSRİ Ali Sovetinin Millətlər üzrə Şurasının 9–11 çağırışında Dağlıq Qarabağ Muxtar Vilayətindən millət vəkili (1974–1989). == Həyatı == 1932-ci ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1954-cü ildən Bakı şəhəri komsomol Komitəsinin təlimatçısı, lektor qrupunun müdiri, təşviqat və təbliğat şöbəsi müdirinin müavini, əvvəlcə Dzerjinski rayonu, daha sonra Nərimanov rayonu komsomol komitəsinin sədrinin birinci müavini. 1961-ci ildən partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Azərbaycan KP MK-nın təşkilati-partiya işləri şöbəsinin inspektoru, 1970-ci ildən respublikanın Kirov raykomunun birinci katibi olmuşdur. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edilən Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi ilə münaqişəyə girdi. 1973-cü ildə Boris Kevorkov Qurgen Melkumyanın yerinə Sov. İKP Dağlıq Qarabağ vilayət komitəsinin birinci katibi vəzifəsinə təyin edildi.
Ernesto Çe Gevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. == Həyatı == Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur. Qaluey Anna Linçin oğlu və Çenin atası Ernesto Qevara Linç 1900-cü ildə doğulmuşdur.
Gevond Alişan
Gevond Alişan (erm. Հայր Ղեւոնդ Ալիշան; 6 (18) iyul 1820, Konstantinopol, Osmanlı imperiyası – 9 noyabr 1901, San-Ladzaro-deli-Armeni[d], İtaliya krallığı), həmçinin Leonsio Alişan (it. Leonzio Alishan) və ya Leons Alişan (fr. Léonce Alichan) — erməni əsilli katolik keşişi, tarixçi və şairi. 1885-ci ildə Parisdəki Erməni Tələbələr Fondu Gevond Alişandan Ermənistanı təmsil edəcək bayraq hazırlamağı xahiş etmişdir. Onun tərtib etdiyi ilk bayraq formaca müasir Ermənistan bayrağına bənzəsə də, üzərindəki rənglər fərqli idi. O, daha sonra hazırladığı başqa bir bayraqğı Fransa bayrağından ilhamlanaraq tərtib etmişdir. Bu bayraqdakı rənglər qırmızı, yaşıl və mavi idi. Bunların Nuhun yerə enərkən ardıcıl olaraq gördüyü üç rəng olduğuna inanılır. İngilis yazıçısı Con Raskin "ona həmişə bir növ müqəddəs kimi baxdı"ğını qeyd etmiş, "uzun illər dostu" olduğunu əlavə etmişdir.
Gevork Açemyan
Gevork Əcəmyan (erm. Գևորգ Աճեմյան; 18 fevral 1932, Mənbic, Hələb mühafəzəsi – 27 dekabr 1998 və ya 31 dekabr 1998, Lion) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri. 1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur. ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır. 1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi.
Gevork Caukyan
Gevork Beqlaroviç Caukyan (erm. Գևորգ Ջահուկյան; 1 aprel 1920, Şahnəzər, Aleksandropol qəzası – 6 iyun 2005 və ya 8 iyun 2005, İrəvan) — Sovet-Ermənistan linqvisti və filoloqu, filologiya üzrə elmləri doktoru, professor, Ermənistan Elmlər Akademiyasının akademiki, Ermənistan SSR əməkdar elm xadimi. == Həyatı == Gevork Beqlaroviç Caukyan 1 aprel 1920-ci il tarixində Ermənistan Xalq Cümhuriyyətinin indiki Loru mərzində yerləşən Şahnəzər (indiki Metsavan) kəndində anadan olmuşdur. O, 1941-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Caukyan 1941–1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir. Caukyan 1945–1949-cu illərdə İrəvan Dövlət Universitetində baş müəllim, 1949–1958-ci illərdə dosent, 1958-ci ildə isə professor kimi çalışmışdır. O, 1948–1957-ci illərdə İrəvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinə rəhbərlik etmişdir. Caukyan 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1977-ci ildən isə akademiki olmuşdur. == Elmi fəaliyyəti == Caukyan əsas əsərlərini ümumi və müqayisəli dilçilik, dünya və erməni dilçiliyinin tarixi və nəzəriyyəsi, qədim Hind-Avropa dilləri ilə Kiçik Asiya dilləri arasındakı əlaqə, erməni dilinin tarixi, dialektologiyası, erməni dilinin ləhçələrinin təsnifatı, müasir erməni dilinin quruluşu məsələlərinə həsr etmişdir. == Mükafatlar == Caukyan "Müqəddəs Mesrop Maştots" ordeni, "Oktyabr inqilabı" ordeni (20.08.1986), "Şərəf nişanı" ordeni (18.03.1976), Movses Xorenatsi medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley" medalı (1970), SSRİ XTNS gümüş medalı (1985) ilə təltif edilmişdir.
Gevork Çavuş
Gevork Əcəmyan
Gevork Əcəmyan (erm. Գևորգ Աճեմյան; 18 fevral 1932, Mənbic, Hələb mühafəzəsi – 27 dekabr 1998 və ya 31 dekabr 1998, Lion) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri. 1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur. ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır. 1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi.
Gevorq Varşamyan
Gevorq Varşamyan (erm. Գևորգ Վարշամյան) — Ermənistan siyasətçisi. O, Ermənistan Demokratik Respublikası (EDR) parlamentinin 2-ci çağırış deputatı olmuşdur. Bundan başqa, Varşamyan EDR hökuməti tərəfindən Ermənistanın işğal etdiyi Naxçıvan qəzasına qubernator təyin edilmişdir.
Muqni Surb Gevorq kilsəsi
Muqni Surb Gevorq kilsəsi (gürc. მოღნისის წმინდა გიორგის ეკლესია) — Tbilisinin tarixi rayonu Qədim şəhərin Beqlar Axospireli küçəsi, ev 6-da yerləşən məbəd. Kilsənin qurulma vaxtı ilə əlaqədar müxtəlif fikirlər var. Ən qədim Məsihin doğumundan 1356 ildir. Plato görə, İoseliani il 1537 edir. XV əsrin əlyazmalarında kilsə həm öz adından, həm də "Allahın anasının arzularını yerinə yetirmək" adı ilə Vali Gevorgun adı ilə xatırlanır. 1795-ci ildə Ağa Məhəmməd Xanın qoşunları tərəfindən şəhərin fars padisində kilsə talan edilmişdir. Ancaq kilsənin keşişi Qriqori Ter bəzi kilsə xəzinələrini xilas edə bildi. 1852-ci ildə sökülmüş kilsə təmirini tələb etdi, dəyəri təxminən 4500 gümüş rubla qiymətləndirilirdi. 1860-cı ildə, şimalındakı bir yaşayış binasının sökülməsi səbəbiylə kilsə yaxınlığında ərazinin genişləndirilməsi planlaşdırıldı.
Zinavor Gevorkyan
Zinavor Simonoviç Qevorkyan (26 fevral 1920, Noraguh[d] – 28 may 2005, Xankəndi) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1979). 1920-ci ildə anadan olmuşdur. 1937-ci ildən Xankəndi Dövlət Dram Teatrının aktyoru, 1976-1986-cı illərdə isə həmin teartın direktoru olmuşdur.
Çe Gevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur.
Çe Gevaranın son sirri (kitab, 2011)
Gevork Pamuqcıyan
Gevork Pamuqcıyan (türk. Kevork Pamukciyan; 23 fevral 1923, Konstantinopol – 24 sentyabr 1996 və ya 23 sentyabr 1996, İstanbul) — erməniəsilli Türkyiə yazıçısı, tarix və bioqrafiya tədqiqatçısı. == Həyatı == Gevork Pamuqcıyan 23 fevral 1923-cü ildə İstanbulun Üsküdar rayonunun Quzguncuq səmtinin İcadiye məhəlləsində əslən Kayseridən olan bir ailədə anadan olmuşdur. Gevorkun atası Hacı Mikayıl Pamuqcıyan, anası Nazeli Lusararyandır. İbtidai təhsilini 1937-ci ildə Nersesyan-Yermonyan məktəbində başa vurmuş Gevork təhsilini Müqəddəs İosif Fransız Kollecində davam etdirmişdi. Onuncu sinfə qədər burada təhsilini davam etdirmiş Gevork 1945-ci ildə məktəbi yarımçıq qoymuşdur. Gevork əsərlərinin sonunda Gevork Pamukcıyan imzasından başqa Kim-Men-Pen, K.M.P., K.P., Gevork Mırayon, G.Mırayon, Hasmiq, K.Arkeos, Xarazan adları və abbreviaturaları da öz imzası kimi istifadə etmişdir. Gevork Pamuqcıyan 23 sentyabr 1996-cı ildə, 73 yaşında İstanbulun Şişli rayonunun Fəriköy səmtində yerləşən Surp Aqop xəstəxanasında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Kevork Pamukciyan İçin Ne Dediler". hyetert.org.
Gevarizm
Gevarizm və ya gevaraçılıq (isp. Guevarismo) — Argentina və Kuba inqilabçısı Ernesto Çe Gevara tərəfindən təklif edilən və inkişaf etdirilən marksist nəzəriyyə ilə əlaqəli fəlsəfi və praktiki konsepsiyaların ümumi adı. Gevarizm leninizm və ekzistensializmin xüsusi şərhini və praktik sahədə fokizm vasitəsilə partizan müharibəsinin maoçu konsepsiyasının inkişafını özündə birləşdirirdi. Gevarizm tam sistem olmasa da, yeni sol hərəkatların və qrupların ideologiyasının tərkib hissələrindən biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Че Гевара. Эпизоды революционной войны. АСТ, Мидгард, 2005 г. ISBN 5-17-029024-1 Эрнесто Че Гевара. Статьи, выступления, письма. Культурная Революция, 2006 г.
Gevorq Arutyunyan
Gevorq Saqateloviç Arutyunyan (həmçinin Jora; erm. Գևորգ" Սաղաթելի Հարությունյան; 7 sentyabr 1928, İrəvan – 10 yanvar 2002, İrəvan) — Ermənistan-sovet dramaturqu, yazıçısı, teatr xadimi və ssenaristi. Ermənistan SSR Dövlət mükafatı (1979), Ermənistan Yazıçılar İttifaqının "Qabriel Sundukyan" mükafatı və "Artavazd" mükafatı laureatı. Ermənistan SSR əməkdar artisti (1975). == Həyatı == Gevorq Arutyunyan 7 sentyabr 1928-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra İrəvan Tibb Texnikumuna daxil olmuşdur. 1946-cı ildə kollec təhsilini uğurla başa vurmuşdur. 1950–1965-ci illərdə müxtəlif tibb müəssisələrində işləmiş, eyni zamanda İrəvan Tibb İnstitutunda təhsil almış və 1962-ci ildə oradan məzun olmuşdur. 1964-cü ildə SSRİ Ədəbiyyat Fondunun Ermənistan bölməsinin klinikasının baş həkimi kimi çalışmışdır. Bir il sonra həmişəlik tibbdən ayrılmışdır.
Petros Gevondyan
Petros/Peto Gevondyan (erm. Պետրոս Ղևոնդյան; 30 yanvar 1964, Proşyan, Əştərək rayonu – 14 fevral 1994, Ömər aşırımı, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsində iştirak etmiş Erməni İnqilabi Federasiyası partiyasına mənsub terrorçu, 77-ci özünümüdafiə batalyonun komandiri. Gevondyan, 1994-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində baş vermiş Kəlbəcər əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşərkən öldürülmüşdür. O, erməni mənbələrində Kəlbəcər əməliyyatının əsas səhra komandirlərindən biri kimi təqdim edilir. Gevondyan 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi Çaykənd əməliyyatından sonra Dağlıq Qarabağa gəlmişdir. 1993-cü ilin 15 yanvar tarixində MiQ-25 qırıcı təyyarəsini 9K38 İqla — daşına bilən zenit-raket kompleksi ilə vurduqdan sonra şöhrət qazanmışdır. Ölümündən sonra adı Ermənistanda bir necə küçə və təhsil müəssisələrinin otaq və dinləmə zallarına verilmişdir. Petros Gevondyan 1964-cü ilin 30 yanvar tarixində Ermənistan Sovet Sosialist Respublikasının Kotayk mərzinə daxil olan Proşyan kəndində anadan olub. İrəvan Dövlət Universitetinin Radiofizika faklütəsində təhsil alıb. 1991-ci ildə baş vermiş Çaykənd əməliyyatından sonra Birinci Qarabağ müharibəsində iştirak etməyə qərar vermişdir.
Gevin Makinnes
Qevin Mils Makaynnis (ing. Gavin McInnes; 17 iyul 1970) — aktyor, "Oskar" mükafatı laureatı.