GİRMƏK

f.
1. Daxil olmaq, içəriyə keçmək (çıxmaq əksi). Evə girmək. Otağa girmək. Qapıdan girmək.
– Mirbağır ağa girir, başmaqlarını çıxardır, salam verir. C.Məmmədquluzadə.
[Mərcan bəy:] A gədə, qoçaq, mən səni çağırmayınca sən bu otağa girmə! Ü.Hacıbəyov.
Bağa girmənəm sənsiz; Gülü dərmənəm sənsiz… (Bayatı).

2. Sığmaq, yerləşmək. Əlim əlcəyə girmir.
3. Çatmaq, yetişmək, daxil olmaq.
Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.
Tehrana girənə qədər Gülnaz da, Səriyyə də Musa kişini, Firidunu tapacaqları ümidi ilə yaşayırdı( lar). M.İbrahimov.

4. Başlamaq, başlanmaq, gəlmək, daxil olmaq. Qış girdi. Yaz girdi.
– Cənubda mart girən zaman; Əsil gözəl bahar olur. M.Dilbazi.

5. Bir yerdə gizlənmək, bir şeylə örtünmək. Günəş buludun dalına girdi.
– Açıqlıqdan keçdi, kömür qədər qara və müzlüm görünən qamışlığa girdi. H.Nəzərli.
Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. M.Rahim.

6. Yatmaq üçün yorğan-döşəyə uzanmaq. Yorğan-döşəyə girmək.
– Gəldim, soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Ə.Haqverdiyev.
Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn.

7. Daxil olmaq (bir təşkilata, işə, məktəbə və s.-yə). İşə girmək. Məktəbə girmək. İnstituta girmək.
[Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn.
Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim.

8. Batmaq, keçmək.
[Aslanın] iki böyük dəmir parçası qarnına girmiş, bağırsaqlarını çölə tökmüşdü. Ə.Vəliyev.

9. məc. Girişmək, başlamaq.
10. məc. Bir şeylə örtünmək.
…Saqqalı ağ olanın qiymətidir bir qara pul; Gərçi girsə bəzənib gündə yaşıl, al içinə. M.P.Vaqif.

11. Yuyunmaq, çimmək üçün bir şeyin içinə, ya bir yerə daxil olmaq. Suya girmək. Çaya girmək.
– Hovuza girən qaşqabaqlı çıxmazdı, həmişə şad, nurani, pak-pakizə olardı. Çəmənzəminli.
[Həsənqulu bəy:] Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? Ü.Hacıbəyov.

12. Soxulmaq. Adamların içinə girmək.
13. Dolmaq (adətən “yaşa, yaşına” sözü ilə). 10 yaşa girmək.
[Vəzir:] Sən on dörd yaşına girdiyin zaman; Ərəb ölkəsinə göndərdi atan. A.Şaiq.
Bir neçə ay bundan qabaq; Girmişdi o doqquz yaşa. M.Dilbazi.

14. məc. kob. Pul, çəki və s. haqq-hesabında aldatmaq.
15. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: başına girmək, beyninə girmək, yuxusuna girmək, qoluna girmək.

Синонимы

  • GİRMƏK girişmək — soxulmaq — batmaq
  • GİRMƏK sancmaq
  • GİRMƏK 1. GİRMƏK İçəri altmış yaşlı, .. arıq bir qadın girdi (H.Abbaszadə); AYAQ BASMAQ [Ülfət:] Görürsən, yad qızı hələ evə ayaq basmamış, gədənin saqqızım
GİRMƏ₁
GİROV

Значение слова в других словарях