1. sif. Tünd-yaşıl, yamyaşıl; hər tərəfi yaşıl. Gömgöy parça.
– Quşlar gömgöy budaqlarda oturub oxuşurdular.
Ortada gömgöy otlarda atlaz kimi döşənmiş geniş bir meydan vardı.
2. zərf Soyuqdan, hirsdən göyərmiş. Hirsindən gömgöy olmaq.
– İşləmiş qanına bu quduz şaxta; Qalın dodaqları gömgöy kəsilir.
[Şamxalın] gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın.
3. is. Zərbə və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn tünd-göy ləkə.
Qonşular hələ o vaxt deyirdilər ki, Minayənin üzü-gözü gömgöydür, cırıq-cırıqdır.
□ Gömgöy göyərmək – göy ləkələr əmələ gəlmək, bərk göyərmək.
[Səriyyə:] Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib.
Özü yoxsul balası, həm də qərib; Üz-gözü gör necə gömgöy göyərib.