GÖRMƏMİŞ

is. Birdən-birə əlinə düşən şeyə qarşı özünü saxlaya bilməyərək acgözlük və yersiz hərəkətlər göstərən adam haqqında. Qamış ola, camış ola; Özü də görməmiş ola. ( Ata. sözü ).
Lovğalanıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! M.Ə.Sabir.

// Sif. mənasında. Görməmiş adam.
GÖRMƏLİ
GÖRMƏMİŞ-GÖRMƏMİŞ

Значение слова в других словарях