GÖVDƏLİ

sif.
1. İri, böyük, nəhəng; gövdəsi çox inkişaf etmiş. Gövdəli palıd.
– Hündür, gövdəli çinarların yarpaqları tozdan qabıq bağlamış və bozarmışdı. M.İbrahimov.
Böyük bir maraqla de baxmısanmı; Sığınıb gövdəli şax budaqlara. B.Vahabzadə.

2. məc. Kök, dolğun, yekə, iribədənli. Gövdəli kişi.
– Qaya kimi atın üzərinə tikilmiş gövdəli adam isə cilovu daha da bərk çəkir, daxmaya … baxdıqca baxırdı. Mir Cəlal.

Синонимы

  • GÖVDƏLİ kök — dolğun
  • GÖVDƏLİ boylu-buxunlu — qədd-qamətli
GÖVDƏCİK
GÖVDƏSİZ

Значение слова в других словарях