GÖZÜMÇIXDI

gözümçıxdıya salmaq – yerli-yersiz, haqlı-haqsız danlamaq, töhmət etmək, incitmək, əziyyət vermək. Uşağı gözümçıxdıya salmaq.
– Bu Pası da yazığı lap gözümçıxdıya salıbdır. S.Rəhimov.
[Ramazan] hər zaman Tahiri danlamağa, gözümçıxdıya salmağa bəhanə axtaracaq və öz xoşu ilə işdən boyun qaçırıb, kəndlərinə qayıtmağına səbəb olacaqdır. M.Hüseyn.
[Sərvinaz Şahpəriyə:] Hümmət sənin fitvanla neçələrini gözümçıxdıya saldı, … nə bilim, tutdurdu. B.Bayramov.

GÖZÜQIRPIQLIQ
GÖZÜTOX

Значение слова в других словарях